Uy-uş-maq kimi olub, mənası “qatılaşmaq” deməkdir. Bişmiş südə çalası (maya) qatırlar, bir müddət sonra süd üyüşür, qatıq olur. Başıma üyüşüblər cümləsi də mövcuddur. Deməli, üyüşmək (uyumaq) toplaşmaq, əlaqələndirmək mənasını da verir. Tatar dilindəki üyüş sözü ruscaya слитный və собираться kimi tərcümə olunub. Deməli, üyüş (uyuş) sözü “bir yerə toplanmaq” mənasını verir. Ayaq da üyüşür (uyuşur): qan bir yerə yığılır və hərəkətini dayandırır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)