Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eniş
Eniş (fr. L'aurore, ing. Dawn) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1881 - ci ildə işlənmiş rəsm əsəri. Əsərdə suya enən Aurora təsvir edilmişdir. Bu səbəbdən də əsər bəzən "Auroranın enişi" də adlandırılır. "Eniş" əsəri hazırda İngiltərənin Birmingerm İncəsənət Muzeyində saxlanılmaqdadır.
Eniş dəsti
Eniş dəsti — Aviasiya sahəsində təyyarənin yerə enməsini asanlaşdıran qurğuya (adətən bu təkər olur) deyilir. Eniş dəstinin qapıları təyyarə havaya qalxdıqdan sonra enənə kimi bağlı vəziyyətdə saxlanılır. == Ümumi baxış == Aviasiyada eniş qurğuları təyyarələrin taksi hərəkətini etməsini, yerə enməsini və yerdən qalxmasını təmin edən mexaniki sistemlərdir. Eniş qurğuları ümumiyyətlə təkərlidir, ancaq eniş və ya qalxma həyata keçirdəcəyi əraziyə görə təkərlər, kirşələr və xizək olmaqla müxtəlif növlərin fərqli birləşmələri mövcuddur. Təyyarənin eniş qurğusunun tipi mühəndislər tərəfindən hava gəmisinin hansı məqsədli və necə uçuş pistlərində hərəkət edəcəyinə görə müəyyənləşdirilir. Bərk səthlərdə (uçuş-enmə zolağı, yol, gəmi göyərtəsində) uçuş həyata keçirdəcək təyyarələr eniş şok əmici sistemlər ilə təchiz edilmiş təkərli eniş dəstindən istifadə edir, müasir dövrdə bir çox təyyarədə təkərli eniş dəsti mövcuddur, amma qarlı səthlərə və suya eniş və ya qalxma həyata keçirən təyyarələr də vardır və onlar xizəklər və ya kirşələr ilə təchiz edilirlər. Eniş dəsti təyyarənin ən ağır hissələrindən biridir, təyyarənin ağırlığının 7% -i qədər ola bilərlər, lakin adətən ümumi ağırlığın 4-5 faizi civarında olurlar.
Eniş meydançası
Eniş meydançası —təyyarənin qalxması və enməsi üçün uyğun olan relyefin quru sahəsi və ya xüsusi hazırlanmış süni platforma. Bir qayda olaraq, eniş meydançalarından 4-cü sinif təyyarələri, yerli aviaşirkətlərdə, PUA-larda, vertolyotlarda aviasiya işlərini yerinə yetirərkən istifadə olunur. Tərk edilmiş aerodromlar tez-tez eniş meydançaları kimi istifadə olunur, xüsusən də uçuş-enmə zolağı qorunub saxlanılıbsa.
Kosmik uçuş
Kosmik uçuş — Yerdən atmosfer xaricində və ya kosmosda reallaşdırılan səfər. Kosmik uçuşkar insanlı və ya insansız kosmik gəmilər vasitəsiylə elmi, hərbi və ya kommersiya məqsədləri ilə həyata keçirilir. == İnsanlı və insansız kosmik uçuş == İnsanlı kosmik uçuşlara Rusiyanın Soyuz programını, Amerika Birləşmiş Ştatlarının Speys Şattlını, Beynəlxalq kosmik stansiyanı nümunə göstərə bilərik. İnsansız səfərlərə digər göy cisimlərinə göndərilən tədqiqat robotları və ya Yerin orbitinə göndərilən kommunikasiya peykləri nümunə olaraq verilə bilər. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır.İlk dəfə insansız kosmik uçuş 1942-ci il 3 oktyabrda "Fau-2" alı dünyada uzaq mənzilli ilk ballistik raketi ilə baş tutdu. == Komersiya uçuşları == Kommersiya məqsədli kosmik uçuşlara kosmik turizm misal gətirilə bilər.
Uçuş məsafəsi
Uçuş məsafəsi — təyyarələrin təkərlərini yerdən kəsmək üçün lazım olan uçuş-enmə zolağının uzunluğuna verilən addır. == Asılı olduğu xüsusiyyətləri == Uçuş məsafəsinin hesablanması təyyarənin mühərrikinin tam gücü ilə işlədiyi və flap səviyyələri uçuş səviyyəsində olduqda hesablanır. Təyyarənin nə qədər müddət yer üzərində hərəkət etdikdən sonra uçmağa başlaması Təyyarənin bütün xüsusiyyətlərindən asılı olan bir dizayn parametridir. Məsələn, eyni çəkidə daha güclü bir mühərrik bir təyyarəyə quraşdırıldıqda, qanadların təyyarəni qaldıra biləcəyi sürət daha qısa məsafədə əldə edilə bilər. Və ya təyyarənin cari çəkisi uçuş məsafəsinə təsir göstərir. Dizayn parametri olduğundan, təyyarənin ağırlığına, sürütlənməsinə və qalxmasına təsir edən hər hansı bir dəyişiklik bu parametri də dəyişdirəcəkdir. Bundan başqa, uçuş zolağının nə qədər mükəmməlliyi, hava şəraiti, uçuş-enmə zolağının yerləşdiyi yerin hündürlüyü, küləyin istiqaməti kimi xarici amillər uçuş məsafəsinə təsir edir. == Uçuş == Təyyarə qanadları təyyarənin ağırlığını tarazlayacaq bir qüvvə meydana gətirən kimi uçuş həyata keçirilir. Pilotun simmetrik olmayan qanad profillərinə müdaxiləsi lazım deyildir. Simmetrik olmayan profillərdə isə daşıyıcı qüvvə hücum bucağı ilə meydana gəldiyindən pilot hündürlük sükanı və ya digər uçuş idarəetmə vasitələrindən istifadə edə bilər.
Uçuş simulyatoru
Aviasiya (pilotaj) trenajoru — pilotların yerüstü hazırlığı üçün nəzərdə tutulmuş uçuş simulyatorudur. Aviasiya trenajorunda trenajorun hesablama kompleksinin proqram təminatında həyata keçirilən xüsusi modellərin köməyi ilə aparat-proqram kompleksi vasitəsilə, uçuş dinamikası və hava gəmisi (HG) sistemlərinin işi imitasiya olunur. == Pilotların hazırlanması == Aviasiya trenajorunda pilotların hazırlanması — HG-nin təhlükəsiz istismarının təmin edilməsinin ən mühüm elementlərindən biridir. Bu, insan amilinin mənfi təsirini minimuma endirməyə imkan verir, yəni təyyarə heyətinin səhv hərəkətləri ehtimalını minimuma endirməyə imkan verir. Trenajor hazırlığının aktuallığı insan amilinin aviasiya qəzalarının əsas səbəbi olmağa davam etməsi səbəbindən sabit bir yüksəliş tendensiyasına malikdir. Bundan əlavə, EHM-in hesablama gücünün sürətlə artması müasir aviasiya trenajorlarını elə inkişaf səviyyəsinə çatdırmağa imkan verib ki, trenajorlarda pilotların hazırlanması real təyyarədə hazırlıqdan daha effektivdir. Aviasiya trenajorlarının bu cür effektivliyi onların yüksək hazırlıq intensivliyinin təmin edilməsi imkanları ilə şərtlənir. Belə ki, əgər real uçuşda ekipaj konkret təlim tapşırıqlarının yerinə yetirilməsilə bağlı olmayan, məsələn, uzun müddətli "qutu üzrə uçuş", hündürlüyün yığılması, zonaya uçuş və s. yerinə yetirilməsilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsinə əhəmiyyətli vaxt ayırmalıdırsa, trenajorda isə xüsusi proqram təminatı uçuş şəraitini, havanı, coğrafi mövqeyi, təhlil və təkrarlama üçün tapşırığın yerinə yetirilməsini dayandırmağa və s. imkan verir.
Kreyser uçuş rejimi
Kreyser uçuş rejimi — sabit bir sürətlə təyyarənin uçuş rejimi. Əsas diapazon uçuş rejimi uzun məsafələrdir. Kreyser rejimdəki hündürlük uçuş zamanı sabit qala bilər və ya yanacaq istehlak edildiyi üçün təyyarənin kütləsinin azalması səbəbindən artırıla bilər. İki parametrlə müəyyən olunur - sürət və hündürlük (və ya kreyser rejimdə qaldırma əmsalı). Kreyser uçuşu rejimi davamlı üfüqi uçuş rejimidir. Bu mülki təyyarələrin əsas iş rejimlərindən biridir. Təyyarə üçün ən qənaətcil uçuş profili yanacaq çənlərində yanacaq yaranması səbəbindən uçuş çəkisi azaldığından tədricən qalxma ilə bir uçuşdur - bu sözdə tavan uçuşu rejimi. Təyyarə pistonlu mühərriklər, maksimum səmərəliliyin əldə edildiyi müəyyən bir yüksəklikdə işləmələrini qənaətli edən bir gücləndirmə sisteminə malikdir. Pistonlu mühərriklər təxminən 250 mil/s qədər (460 km/s) sürətlə və 3000 metrə qədər yüksəklikdə uçanda ən təsirli olur. Bir reaktiv təyyarənin ekipajı, hava nəqliyyatının təşkilatçısı nəzarətçisinin icazəsi ilə yanacağın inkişafı səbəbindən təyyarənin çəkisi azaldıqca uçuş səmərəliliyini artırmaq üçün daha da yüksək eşelonları tuta bilər.
Maksimum uçuş çəkisi
Maksimum uçuş çəkisi və ya maksimum takeoff çəkisi (ing. Maximum Takeoff Weight) təyyarənin uçuş müddətində apara biləcəyi maksimum çəkini göstərir. Aviasiya sahəsinə qısaca MTOW olaraq bilinir. MTOW İngiliscə Maximum Takeoff Weight sözlərinin baş hərflərindən əmələ gəlmişdir. Müasir dövrdə MTOW çox vacib rəqəmdir. Yeni istehsal edilmiş təyyarələr sərnişin və yanacaq tutumunda uçuş həyata keçirə bilməzlər. Təyyarənin texniki məlumatlarının yenidən hesablanması lazımdır. Nümunə olaraq Airbus A330 sərnişin təyyarəsinin MTOW çəkisi 230 tondur. Təyyarə boş halda çəkisi 125 tondur. Təyyarənin yanacaq çənləri boş olarkən sərnişin və yük götürmə çəkisi 170 tondur.
Pilotsuz uçuş aparatı
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Uçuş (film, 1931)
== Film haqqında == "Uçuş" adlı sənədli filmdə xəritə üzərində Bakıdan Moskvaya və digər şəhərlərə uçan təyyarənin hərəkət trayektoriyasını təsvir edən texniki animasiyadan istifadə olunmuşdur. O vaxtı bu çəkiliş eksperiment xarakteri daşıyırdı. == Mənbə == Rəşid Ağamalıyev və müəllif kollektivi. "Azərbaycan animasiyası". Bakı: "PERİ FİLM", 2018. 400 səh.
Uçuş məlumat bölgəsi
Uçuş Məlumat Bölgəsi — FIR (İngiliscə: Flight Information Region), içində uçuş Məlumat xidməti (FIS), xəbərdarlıq xidməti (ALRS) və aviasiya meteorologiyası xidməti verilən hüdudları müəyyənləşdirilmiş bir hava sahəsidir. FIR-lar indiki vaxtda istifadə edilən ən böyük hava sahəsi hissələridir və fərqli həndəsi formalarda ola bilərlər. FIR-ları bir-birindən ayıran xətlərə digər dillərdə olduğu kimi Azərbaycancada FIR xətti olaraq deyilir. Hər ölkənin hava sahəsi və ətrafı, ölkənin böyüklüyünə, mövqesinə və hava nəqliyyatının vəziyyətinə görə bir və ya daha çox FIR-a bölünür. Məsələn Azərbaycanın hava sahəsi Bakı FIR və Gəncə FIR olmaqla iki uçuş məlumat bölgəsinə bölünmüşdür. Bənzər şəkildə Birləşmiş Krallıq da Scottish FIR və London FIR olmaqla iki uçuş məlumat bölgəsinə bölünmüşdür. FIR-lar dəniz səviyyəsindən müəyyən bir hündürlüyə qədər olan bölgəni əhatə edirlər. FIR-ların üst limitindən sonra UIR (upper information region / üst uçuş məlumat bölgəsi) başlayır. UIR-lar da kosmos sərhədinə qədər olan bölgəni əhatə edirlər. Məsələn London UIR FL245 və FL660 arasındadır.
Sərbəst eniş (film, 2013)
Sərbəst eniş (alm. Freier Fall‎) — rejissor Ştefan Lakantın 2013-cü ildə, dram janrında çəkilmiş filmi. Baş rolda Hanno Koffler, Maks Rimelt və Katarina Şüttler oynamışdırlar. Filmin təqdimatı ilk dəfə Almaniyada 23 may 2013-cü ildə baş tutmuşdu. Sərbəst eniş rejissor və ssenari müəllifi Ştefan Lakantın ilk genişmetrajlı filmidir və 2013-cü ilin payız aylarında SWR-də nümayiş olunmuşdur. Ümumilikdə, film Baden-Vürtembergin Filmproduktionsfirma və Südwestrundfunk tərəfindən yarıyacan maliyyələşdirilmişdi. Buna görə də, filmin çəkilişlərinin hansı Bundeslandda cərəyan edəcəyi artıq məlum idi. Film Lüdviqsburqun ətrafında, 2012-ci ilin yay aylarında çəkilmişdir və 2013-cü ilin fevral ayında, Berlinale Film festivalının "Perspektiv Alman Kinosu" bölməsində açılışı təşkil edilmişdi. Ümumilikdə, "Sərbəst eniş" filminə kinotənqidçilər müsbət rəy vermişlər. 2013-cü ildə Rotten Tomatoes saytı tərəfindən 87% Təsdiq edilmiş freş səs qazanmışdı.
Üç təkərli eniş dəsti
Üç təkərli eniş dəsti sistemi, üç təkərli velosiped formasında yaradılmış bir təyyarə eniş dəsti sistemidir. Üç təkərli eniş dəsti sistemi tənzimləməsində ön tərəfdə bir burun təkəri və ağırlıq mərkəzindən bir qədər arxada iki və ya daha çox əsas təkər mövcud olur. Üç təkərli eniş dəsti enmə, qalxma və taksi üçün ən asan bir konfiqurasiya sayılır, buna görə təyyarələrdə ən çox görülən tənzimləmədir.Bir neçə erkən dövr təyyarələrində üç təkərli velosiped avadanlığı mövcud olmuşdur.
Evə uçuş (film, 2014)
Evə uçuş (ing. Flying Home) — Dominique Deruddere tərəfindən çəkilmiş 2014 romantik dram filmidir. == Süjet == Dubaylı şeyx Cos Pauelsə məxsus Wittekopu Flamand ev göyərçini almaq istəyir və müqavilə bağlamaq üçün Kolin adlı Amerika vasitəçisindən istifadə edir. Jos göyərçin satmaqla maraqlanmasa da, nəvəsi İzabelle Kolinlə açıq şəkildə maraqlanır. == Rollarda == Can Dekleir — Cos Paules Şarlotta Bruin — İzabella Paules Ceymi Dornan — Kolin Montqomeri Antoni Hed — Mr. Montqomeri Şaron Maquan — Mrs. Montqomeri Cosse de Pau — Rahib Vivian De Munik — Marta Elin Van der Velden — Selia Piet Fuç — Mr.
Hərbi Pilotsuz Uçuş Aparatı
Hərbi Pilotsuz Uçuş Aparatı (qısaca: HPUA), Hərbi məqsədlər üçün istifadə olunan Pilotsuz Uçuş Aparatı, Hərbi PUA, Silahlı Pilotsuz Uçuş Aparatı (qısaca: SPUA), Silahlı PUA olaraq da bilinən bu Pilotsuz uçuş aparatı növü, adətən bomba, raket və/yaxud ATGM kimi təyyarə sursatlarını daşıyır və dron hücumları üçün istifadə edilirlər. Bu texnikalar adətən real vaxt rejimində insan nəzarəti altında fəaliyyət göstərirlər və müxtəlif səviyyələrdə avtonomluğa malikdirlər. Bu tip təyyarələrdə oturaq bir pilot yoxdur. Operator bu texnikanı uzaq terminaldan idarə etdiyi üçün bu texnikalarda pilot üçün lazımi avadanlıqlara ehtiyac qalmır, nəticədə pilotlu təyyarədən daha az çəki və daha kiçik ölçüyə malik olurlar. Bir çox ölkədə operativ yerli pilotsuz uçuş aparatları mövcuddur və daha bir çox pilotsuz uçuş aparatları da ya idxal olunur və yaxud da inkişaf proqramları vasitəsilə inkişaf etdirilir.
Marşal Kosmik Uçuş Mərkəzi
George C. Marshall Kosmik Uçuş Mərkəzi, George C. Marshall Kosmik Uçuş Mərkəzi (MSFC); NASA-nın əsasən mərkəzidir, kosmik -raket dartı qurğuları sistemləri, kosmik gəminin xarici yanacaq çənləri, uçuş və ekipaj təlimləri, Beynəlxalq Kosmik Stansiyası (ISS/BKS), layihələndirmə və istehsalat, şəbəkələr və məlumatların idarə olunması üçün liderlik vəzifəsini icra edən mərkəzdir. == Rəhbərləri == Verner fon Braun - 1 iyul, 1960 - 27 yanvar, 1970 Эберхард Реес - 1 Mart, 1970 – 19 Yanvar, 1973 Rocco Petrone - 26 Yanvar, 1973 - 15 Mart, 1974 Uilyam R. Lucas - 15 İyun, 1974 - 3 İyul 1986 Thomas Jack Lee - 3 İyul, 1986 - 29 Sentyabr, 1986 James R. Thompson, Jr. - 29 Sentyabr, 1986 - 6 İyul, 1989 Thomas Jack Lee - 6 İyul, 1989 - 6 Yanvar, 1994 Cin Porter Bridwell - 6 Yanvar, 1994 - 3 Fevral, 1996 Jerroll Wayne Littles - 3 Fevral, 1996 - 3 Yanvar, 1998 Kerolin Və S. Griner - 3 Yanvar, 1998 - 11 Sentyabr, 1998 Artur G. Stephenson - 11 Sentyabr, 1998 - Sentyabr, 2003 Devid A. Kinq - 15 İyun, 2003 - 26 Mart, 2009 Robert M. Lightfoot, Jr.
Pilotlu kosmik uçuş proqramı
Pilotlu kosmik uçuş proqramı, heyəti insan olan və bəlkə insanları sərnişin kimi də daşıyan kosmik uçuşlara verilən addır. Bu robotik kosmik gəmilər, kosmik zondlardan və ya uzaqdan idarə olunan peyklərdən fərqlidir.
Uçuş xətti (film, 1987)
== Məzmun == Film Bakıdakı Yuri Qaqarin adına Mərkəzi Pionerlər sarayının fəaliyyətindən bəhs eir.
Zərbə (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". == İstehsalı == Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir."Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir.
Türk Hava Yolları uçuş nöqtələri
Türk Hava Yolları aşağıdakı istiqamətlərdə uçuşlar həyata keçirir: == Afrika == === Səhra-altı === Anqola Luanda Benin Kotonu Burkina Faso Uaqaduqu Cənubi Afrika Respublikası Durban Keyptaun Yohannesburq Cibuti Cibuti Çad Ncamena Efiopiya Əddis-Əbəbə Ekvatorial Qvineya Malabo Eritreya Əsməra Kamerun Duala Yaunde Keniya Mombasa Nayrobi Komor adaları Moroni Konqo Demokratik Respublikası Kinşasa Konqo Respublikası Puent-Nuar Kot-d’İvuar Abican Qabon Librevil Qambiya Bancul Qana Akkra Qvineya Konakri Madaqaskar AntananarivuMali Bamako Mavriki Mavriki Mozambik Maputu Niger Niamey Nigeriya Abuca Laqos Port-Harkort Ruanda Kiqali Seneqal Dakar Seyşeller Mahe Syerra-Leone Fritaun Somali Moqadişo Tanzaniya Dar əs Salam Kilimancaro Zənzibar Uqanda Entebbe Zambiya Lusaka === Şimali Afrika === Əlcəzair Əlcəzair Konstantin Oran Cənubi Sudan Cuba Mavritaniya Nuakşot Mərakeş Kasablanka Mərakeş Misir İsgəndəriyyə Qahirə Hurgada Luksor Şarm əş-Şeyx Sudan Xartum Tunis Tunis == Amerika == === Cənubi Amerika === Argentina Buenos Ayres Braziliya San Paulo Ekvador Kito (yalnız yük uçuşlar) Kolumbiya Boqota Venesuela Karakas === Şimali Amerika === Amerika Birləşmiş Ştatları Atlanta Boston Çikaqo Dallas Detroyt 15 noyabr 2023-cü il tarixində başlanacaq Hyuston Los-Anceles Mayami Nevark Nyu-York San-Fransisko Sietl Vaşinqton Kanada Toronto Vankuver Kvebek Monreal Kuba Havana Meksika Kankun Mexiko Mexiko-Felipe Ángeles (yalnız yük uçuşlar) Panama Panama == Asiya == === Cənub-Şərqi Asiya === Filippin Manila Sebu İndoneziya Cakarta Denpasar Malayziya Kuala Lumpur Sinqapur Sinqapur Tailand Banqkok PxuketVyetnam Hanoy Hoşimin (Sayqon) === Cənubi Asiya (Hind yarımqitəsi) === Banqladeş Dəkkə Hindistan Banqalor (yalnız yük uçuşlar) Çennai (Madras) (yalnız yük uçuşlar) Dehli Heydərabad (yalnız yük uçuşlar) Mumbay (Bombay) Maldiv adaları Male Nepal Katmandu Pakistan İslamabad Karaçi Lahor Şri-Lanka Kolombo === Orta Asiya (Mərkəzi Asiya) === Qazaxıstan Aktau Almatı Karaqanda Astana Türkistan Qırğızıstan Bişkek Özbəkistan Buxara Daşkənd Fərqanə Nəvai (yalnız yük uçuşlar) Səmərqənd Ürgənc Tacikistan Düşənbə Türkmənistan Aşqabad Türkmənbaşı (Qızılsu) === Orta Şərq (Ön Asiya, Yaxın Şərq, Qərbi Asiya) === Əfqanıstan Kabil Məzari-Şərif Bəhreyn Manama Birləşmiş Ərəb Əmirlikləri Dubay Dubay Dubay-Al Maktum (yalnız yük uçuşlar) Əbu-Dabi Şarja İordaniya Aqaba Amman İran İsfahan Məşhəd Şiraz Tehran Təbriz Urmiya İraq Bağdad Bəsrə Ərbil Kərkük Nəcəf Süleymaniyəİsrail Tel-Əviv Küveyt Küveyt Qətər Doha Livan Beyrut Oman Maskat Səudiyyə Ərəbistanı Ciddə Dammam Əl Qasım Ər-Riyad Mədinə Taif Yanbu === Şərqi Asiya === Cənubi Koreya Seul Çin Çjençjou (yalnız yük uçuşlar) Quançjou Pekin Sian Şanxay Şençjen (yalnız yük uçuşlar) Honkonq Honkonq Makao Makao (yalnız yük uçuşlar) Tayvan Taybey Yaponiya Osaka Tokio Tokio-Haneda Tokio-Narita === Şimali Asiya === Monqolustan Ulan-Bator Rusiya (Asiya ərazisində) Yekaterinburq == Avropa == === Balkanlar === Albaniya Tirana Bolqarıstan Sofiya Varna Bosniya və Herseqovina Sarayevo Xorvatiya Dubrovnik Zaqreb Kosovo Priştina Şimali Makedoniya Skopye Moldova Kişinyov Monteneqro Podqoritsa Tivat Rumıniya Buxarest Kluj-Napoka Konstansa Serbiya Belqrad Sloveniya Lyublyana Şimali Kipr Şimali Lefkoşa Yunanıstan Afina Saloniki === Britaniya adaları === Britaniya İngiltərə Birminhem London London-Gatvik London-Hitrou London-Stansted Mançester Şotlandiya Edinburq İrlandiya Dublin Şannon (yalnız yük uçuşlar) === Cənubi Avropa === İspaniya Madrid Malaqa Valensiya Baskiya Bilbao Kataloniya Barselona İtaliya Bari Berqamo Bolonya Milan Neapol Piza Roma Turin Venesiya Siciliya Kataniya Palermo Malta Malta Portuqaliya Lissabon Portu === Qafqazlar === Azərbaycan Bakı Gəncə Naxçıvan Gürcüstan Tbilisi Acarıstan Batumi === Qərbi Avropa === Belçika Brüssel Fransa Bordo Lion Marsel Nitsa Paris Strasburq Tuluza Lüksemburq Lüksemburq Niderland Amsterdam Maastrixt (yalnız yük uçuşlar) === Orta Avropa (Mərkəzi Avropa) === Almaniya Berlin-Brandenburq Bremen Düsseldorf Frankfurt Fridrikshafen Hamburq Hannover Karlsrue/Baden-Baden Köln/Bonn Leypsiq Münhen Münster/Osnabrük Nürnberq Ştutqart Avstriya Linz (yalnız yük uçuşlar) Qrats Vyana Zalsburq Çexiya Praqa İsveçrə Bazel Cenevrə Sürix Macarıstan Budapeşt Polşa Krakov Varşava === Şərqi Avropa === Belarus Minsk Rusiya (Avropa ərazisində) Çelyabinsk Kalininqrad Krasnodar Moskva Moskva-Domodedovo Moskva-Vnukovo Omsk Perm Rostov-na-Donu Samara Sankt-Peterburq Soçi Tümen (Çimke-tora) Voronej Başqırdıstan Ufa Xantı-Mansi muxtar dairəsi Surqut Tatarıstan Kazan === Şimali Avropa === Danimarka Billund Kopenhagen Estoniya Tallin Finlandiya Helsinki Rovaniemi İsveç Göteborq Stokholm Latviya Riqa Litva Vilnüs Norveç Oslo == Türkiyə == Türkiyə Adana Adıyaman Ağrı Alanya/Gazipaşa Amasya/Mərzifon Ankara Antalya Batman Bingöl Bodrum/Milas Bursa/Yenişehir Çanaqqala Dalaman Dənizli/Çardaq Diyarbəkir Edremit Elazığ Ərzincan Ərzurum Əskişəhər Hakkari/Yüksekova Hatay İğdır İsparta İstanbul İstanbul İstanbul-Səbihə Göyçən İzmir Kastamonu Kayseri Kocaeli Konya Kütahya Qars Qaziantep Qəhrəmanmaraş Malatya Mardin Muş Nevşəhər Ordu/Girəsun Rizə/Artvin Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Təkirdağ/Çorlu Tokat Trabzon Uşak Van Zonquldak == 2023-cü ildə açılması planlaşdırılır == A Koruniya, Abha, Aqtöbe (Ağtəpə), Asuan, Asunsyon, Atırau, Avassa, Banqalor, Bayburt, Bergen, Brazzavil, Bristol, Busan, Çendu, Çennai (Mədrəs), Çuntsin, Denver, Ənnabə, Hanqco, Harare, Hargeisa, Həştərxan, Heydərabad, Kassel, Katoviçe, Koçi, Krabi, Qlazqo, Lənkəran, Lome, Mahaçqala, Melburn, Monroviya, Nankin, Nant, Naqoya, Nyukasl-apon-Tayn, Orlando, Pert, Pinanq, Pnompen, Port-Sudan, Rabat, Rio-de-Janeyro, Salalah, San-Xuan, Santo-Dominqo, Santyaqo, Sen-Deni, Sialkot, Sidney, Stavanger, Şannon, Tarsus, Timişоаrа, Vindhuk, Volqoqrad, Yanqon, Yassı, Yozqat.
Türk Hava Yollarının uçuş nöqtələri

İti qovan (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". == İstehsalı == Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir."Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir.
LOT Polşa Havayolları - Uçuş 5500 qəzası
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. == Həyatını itirənlər == Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. == Təyyarə ekipajı == İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. == Xarici keçidlər == SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
Malaysia Airlines 370 saylı uçuş (8 mart 2014)
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.
Uçquş
Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və “tumanı” kürəndir. "Bığları" aydın görünür. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib.
Uçux
Uçux — türk, anadolu və altay xalq inancında xəstəlik cini. Uçuq (Uçuh, Uçuğ, Uçıg) və ya Uşux (Uşıg) da deyilir. İnsanlara xəstəlik verən bir pis ruhdur. Daha çox yuxudan oyanıldığında dodaq və ağız kənarında görülən qabarıqlıqlara və bəzən də bədəndə kızarıklıklar və kabarmalar şəklində ortaya çıxan xəstəliklərə səbəb olduğuna inanılar. Uçuq sözü bu gün də dodaq kabarığı olaraq istifadə edilməyə davam edir. Uçux müalicəsi edilər. "Uçuq yaladı" deyərək, gecə insanın ağzını və ya bədənini bu ruhun yaladığı və bu səbəblə uçuq, qızılca, qırmızı, ziyil kimi xəstəliklərə tutulduğu bildirilir. Uçuh, türk və altay xalq inancında eyni zamanda müalicə qurbanıdır. Ucug da deyilir. Uçuq xəstəliyi ilə də yaxından əlaqəlidir.
Aniş Qiri
Aniş Qiri (28 iyun 1994, Sankt-Peterburq) — Rusiyada doğulmuş Holland şahmatçısı və qrosmeysteridir. Aniş qrosmeyster titulunu 14 yaş 7 ayda alıb. Qiri 4 dəfə Hollandiya Şahmat Çempionu (2009, 2011, 2012, 2015) və 2010-da Corus Şahmat B qrupunu udub. Hollandiyanı 5 dəfə Şahmat Olimpiadasında təmsil edib (2010, 2012, 2014, 2016, 2018). == Həyatı == 28 iyun 1994-cü ildə Sankt Peterburqda anadan olmuşdur, atası Nepal hindlisi (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. Onun iki bacısı var, Nataşa və Ayuşa. 2013-cü ildə 'Middelbare Məktəbi'ni Grotius kollecini bitirib (Hollandiyanın Delft şəhərində). Riyaziyyat, fizika, coğrafiya və tarix onun sevimli fənnləri olub.
Kapital uçuşu
Kapital uçuşu və ya qaçışı — sərmayələrini daha etibarlı və gəlirli etmək, habelə özgəninkiləşdirilməsini, yüksək vergiyə cəlb olunmasını və inflyasiyadan gələn zərərləri qarşısını almaq üçün dövlət tərəfindən tənzimlənməyən kortəbii, hüquqi və fiziki şəxslər tərəfindən xaricə kapital ixracı. Ödəniş balansında kapital qaçışı iki maddədə əks olunur: "İdxal müqavilələri üzrə pul köçürmələri, uydurma qiymətli kağızlar əməliyyatları üzrə köçürmələr qarşı vaxtında alınmayan ixrac gəlirləri, mal və xidmətlər" və "Xalis səhvlər və səhvlər". Sərmayə axını və kapital axını qarışdırılmamalıdır. Böyük həcmdə kapital axını müsbət ticarət balansı olan bütün ölkələr üçün xarakterikdir və birbaşa ondan asılıdır. Məsələn, Çində kapital ixracatı ildə 1 trilyon dollara çatır. == Müzakirə == === Qanuni === Sərmayə axını milli qanunlara görə qanuni və ya qanunsuz ola bilər. Qanuni kapital qaçışı köçürmə həyata keçirən hüquqi və ya fiziki şəxsin kitablarında qeyd olunur və faiz, dividend və əldə edilmiş kapital qazancından əldə olunan gəlir ümumiyyətlə mənşə ölkəsinə qaytarılır. Qanunsuz maliyyə axınları olaraq da bilinən kapital uçuşu, mənşə ölkəsindəki hər hansı bir qeyddən yox olmaq üçün nəzərdə tutulmuşdur və ölkədən qeyri-qanuni kapital uçuşundan əldə edilən gəlir adətən mənşə ölkəsinə qaytarılmır. Bu, ölkənin tədiyyə balansında itkin pul kimi qeyd olunur. === Ölkə daxilində === Sərmayə axını, bəzən bir ölkənin daxilindəki bir şəhərdən və ya bölgədən sərvət və varlıqların axınını ifadə etmək üçün də istifadə olunur.
Çarter uçuşu
Çarter (ing. charter – gəmini və ya təyyarəni icarə etmək) – hava nəqliyyat vasitələrinin fraxtedilmə müqaviləsi, hava gəmilərinin bütün tutumunun və ya hissəsinin fraxt edilməsini nəzərdə tutur.
Enid Blayton
Enid Blayton (11 avqust 1897[…], Şərqi Dalçın[d] – 28 noyabr 1968[…], Hampsted, Böyük London) — İngiltərə uşaq romanı yazıçısı. == Həyatı == Enid Blayton 11 avqust 1897-ci ildə Londonda anadan olmuşdur. Tomas Keri Blayton və Tereza Merinin ən böyük uşağı idi. Hanli və Keri adı iki qardaşı vardı. 1907–1915-ci illərdə Blayton Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil almışdır. Məktəbin ən yaxşı oxuyan şagirdlərindən biri olduğundan "Headgirl" adını qazanmışdı. Riyaziyyatı yaxşı bilməsə də, yaxşı piano çala bilirdi. Liseyi tamamladıqdan sonra müəllim olmağa qərar verdi, amma universitetdə ikən musiqi məşğələlərini buraxdı. Boş zamanlarında yazıçılıq etməyə başladı və 1922-ci ildə ilk əsəri olan və uşaqlar üçün nəzərdə tutulan "Uşaq pıçıltıları" kiatbı nəşr olundu. 28 avqust 1924-cü ildə Hay Aleksandr Pallok ilə evləndi.
Enuma eliş
Enuma eliş (; akk.. enūma eliš) — dünyanın yaradılması haqqında Babil və Akkad eposu. Adı eposun ilk iki sözündən: "enūma eliš" - "nə zaman yuxarıda" götürülmüşdür. Mətn şumer dilində mixi yazısı ilə yeddi gil lövhələr üzərində yazılmışdır. Bu kitabələr Assuriya çar kitabxanasına məxsus olmuşdur. Onun yaranma tarixi e.ə. II minilliyə təsadüf edir. == Yaranması == Eposun yaranması stadial xarakter daşısa da o, tarixi şəraitlərlə əsaslandırılmışdır. Eposun məğzini paneqiriklər və ağılar təşkil edir. Türk və rus ədəbiyyatındakı leksik düzüm və üslub bu eposun üslubuna daha yaxındır.
Square Enix
Square Enix — bir Yapon videooyun firmasıdır. Şirkət Dragon Quest, Final Fantasy kimi məşhur RPG janrlı oyunları ilə tanınınır. Baş ofis binası Tokiodadır. Adını iki ayrı şirkət olan Square Co. və Enix Co. dan aldı. 1 aprel 2003 tarixində iki şirkət birləşərək Square Enix'i meydana gətirdi. Square Enix şirkətinin 80% hissəsi köhnə adıyla Square şirkətinə məxsusdur. Şirkətin ən uğurlu addımı Eidos şirkətini alaraq etdi. Aralarında Hitman və Tomb Raider kimi məşhur oyunların olduğu bir çox oyunun prodüser firması Eidos adını dəyişdirərək Square Enix Avropa oldu.
Benis
Benis - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Həmin mənbədə deyilir ki, kənddə 7 xristian ailəsi yaşayır.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlarDenis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Eris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Penis
Əniq
Əniq (Qusar)
Ənıx
Əniq (Qusar)
Əriş
Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır).Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir. Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.
Ensi
Ensi — Qədim Mesopotamiyada e.ә. 27-26-cı əsrlərdə şəhər-dövlət hakimi. Kahinlik və inzibati səlahiyyətləri var idi. E.ә. 21-ci əsrdə hökmdar tərəfindən təyin olunan mahal rəisləri Ensi adlanırdı. E.ә. 2-ci minillikdə istehsal vasitələri üzərində mülkiyyətdən məhrum edilən, yarımqul vəziyyətinə düşən, hökmdar və məbəd təsərrüfatlarında işləyən əkinçi-yardarlara da Ensi deyilirdi.
Ənis Behiç Koryürək
Ənis Behiç Koryürək (11 mart 1891, Konstantinopol – 18 oktyabr 1949, İstanbul) — Türkiyə şairi. == Həyatı == İlk şeirlərini əruz vəzni ilə yazmağa başlamış, ərəbcə və farsca kəlmə və epitetlərə çox yer vermişdir. Sonralar Ziya Göyalpın təsiriylə heca vəzninə keçmişdir. Ənis Behiç Ziya Göyalpla tanış olmasını və əruzdan hecaya keçməsini 26 oktyabr 1934-cü ildə Ankara xalqevində verdiyi bir konfransda açıqlamışdır. Ənis Behiçin milli anlayışa keçməsində Ziya Göyalpdan sonra təsirində qaldığı bir başqa önəmli isim Müftüoğlu Əhməd Hikmətdir. Son illərində spirtizm ilə maraqlanaraq metafizik mövzulara meyl etmiş və ruh çağırma seansları ilə bir mövləvilik təriqətinə mənsub olan Süleyman Çələbinin ruhu ilə təmasa keçmiş, ondan aldığı ilhamları əruz vəznilə əski kəlmə və epitetlərlə dolu bir dil və üslubla nəzmə çəkmiş, sonra da bunları "Varidati-Süleyman" (1949) adlı kitabında toplamışdır. Digər şeir kitabları bunlardır: "Miras" (1927), "Günəşin ölümü" ("Miras"la birlikdə, 1951). Ənis Behiç şeirlərində ən çox eşq və qəhrəmanlıq mövzularına yer vermişdir. Şeirə canlılıq və hərəkət qazandırmaq üçün bəzi şeirlərində hecanın birdən artıq vəznini işlətmişdir. Beləcə, "Ədəbiyyati-cədidə"nin eyni şeirdə əruzun birdən artıq qəlibini işlədərək yeknəsəkliyi pozma səylərini o, heca vəznində sınaqdan keçirmişdir.
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Umus
Li Siçonq (Uyğ. - Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. == Həyatı == Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. == Çindəki həyatı == İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. == Toponomikası == Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. == Əhalisi == Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Anuş Arşakyan
İnqa və Anuş Arşakyan (erm. Ինգա եւ Անուշ Արշակյաններ; d:18.3.1982 (İnqa), d:24.12.1980 (Anuş)) — erməni xalq musiqisi ifa edən bəstəkar bacılar. İnqa və Anuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Jan Jan" (azərb. Can Can‎) mahnısı ilə təmsil etmişdir. Birinci yarımfinalda 99 xalla 5-ci olmuş və finala keçmişlər. Finalda isə 92 xalla 10-cu olmuşlar.
Anuş Təkin
Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran hökmdar. == Həyatı == Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl, bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır.Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Tarixi Portalı :З.М. Буниятова Государство хорезмшахов-ануштегинидов 1097-1231 г.
Ücur
Ücur (fars. اوجور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 456 nəfər yaşayır (88 ailə).
Fucus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Bənis (Şəbüstər)
Bənis (fars. بنیس‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Bağlar və yaşıllıqlar əsasən dağdan gələn su kanalları ilə sulanır. Kənd meydanının ətrafında məscid, ictimai hamam və müxtəlif mağazalar var. Əsas yol asfaltlaşdırılmışdır. == Əhalisi == Yaz aylarında Benisin əhalisi əhəmiyyətli dərəcədə artır. Kənd təsərrüfatı Benisdə yerli bir sənayedir və inkişaf etməyə davam edir. XIX əsrdə kənddən köçlərin çoxu İstanbul, Bakı və Tiflis kimi xarici şəhərlərə olmuşdur. Rusiya İnqilabından sonra Benisdən İran daxilinə və Abadan, Əhvaz və Tehran kimi şəhərlərə daha çox köç yaşanmışdır. Bir çox işçi əsasən, qənnadı istehsalı, karbamid və kağız emalı müəssisələrində işləyirlər.
İnqa və Anuş Arşakyan
İnqa və Anuş Arşakyan (erm. Ինգա եւ Անուշ Արշակյաններ; d:18.3.1982 (İnqa), d:24.12.1980 (Anuş)) — erməni xalq musiqisi ifa edən bəstəkar bacılar. İnqa və Anuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Jan Jan" (azərb. Can Can‎) mahnısı ilə təmsil etmişdir. Birinci yarımfinalda 99 xalla 5-ci olmuş və finala keçmişlər. Finalda isə 92 xalla 10-cu olmuşlar.
Anus
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.