ÜZƏN

f.sif. 1. iqt. ◊ Üzən məzənnə \[ing. Floating exchange rates\] - stabil olmayan məzənnə. Xarici valyuta bazarında ölkənin valyutasının digər ölkələrindəkinə nisbətdə məzənnəsinin tələb və təklif nəticəsində formalaşması rejimi. Üzən valyuta məzənnəsi xarici valyuta bazarında sərbəst şəkildə dəyişir. Üzən faizli istiqraz \[ing. Floating rate bond\] – kupon dərəcəsi sabit olmayan, dəyişkən olan istiqraz. 2. loq. ◊ Üzən ehtiyat – tranzit mal. 3. xüs. □ Üzən qazma qurğuları – dəniz akvatoriyalarında axtarış, strukrur-axtarış və kəşfiyyat quyuları qazmaq məqsədilə işlədilən səyyar dəniz qurğuları.
ÜLGÜC
VALEOLOGİYA
OBASTAN VİKİ
Qızıl Üzən
Qızılüzən(Qızılözən) çayı — uzunluğuna görə İranın ikinci çayı, əsasən Cənubi Azərbaycan ərazisindən axır. Azərbaycan türkcəsindəki adı olan "Qızılüzən" adı "qızıl" (qırmızı rəng) və "özən" (çay, axar su) sözlərindən ibarətdir. Həmçinin bu addakı "qızıl" (qırmızı rəng) hissəsini tarixən coğrafi məkan adlarında kompas yönlərini bildirən rəng adlarıyla əlaqələndirib, adı "cənubi çay" (qırmızı rəng vaxtilə cənub yönünü bildirmək üçün istifadə olunub) şəklində açıqlamaq olar. Çayın farsca adı olan "Səfidrud" adı isə "ağ çay" deməkdir ("səfid" sözü farsca "ağ rəng", "rud" isə "çay, axar su" deməkdir). Bu çay Bicarın Qırxbulaq adlı dağlarından başlanır. Məncilə qədər çay Qızılözən adlanır, Məncildən Xəzərə qədər farsca adı olan Səfidrud adıyla adlanır. Aşağı hissəsində çay, sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır. Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir.
Üzən buğa
Üzən boğa (əvvəlki adı: Kara şahin, indiki adı Ferdinand) — 2018 Qurban bayramının birinci günü Rizenin İyidere ilçəsində Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarından qaçan, bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsi sahilində tapılan, Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa. 2018-ci ildə keçirilən Qurban bayramı zamanı Türkiyədə bir qurbanlıq buğa xeyli məşhurlaşıb. Belə ki, "Kara şahin" adlı buğa Qurban bayramının birinci günü təxminən saat 10-da Rizedə — İyidere ilçəsinin Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarında bağlı olduğu ipdən qurtulub, 5 metr yüksəkliyindəki divardan atlayaraq, düşdüyü dərədən qaçıb, qurban kəsilməkdən xilas olmuşdur. Buğanın sahibləri olan Metin Yalçın və Zekeriya Balık adlı ortaqlar onu tapa bilmədikləri üçün jandarmaya müraciət edirlər. Axtarış işləri davam edərkən, bəzi şahidlər buğanı dənizdə üzərkən gördüklərini bildirirlər. Heyvan sahibləri onu Rize və Trabzon arasındakı sahil xəttində axtarırlar. Buğa bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsində dənizin sahilində görünür. İnsanların yaxınlaşdığını görən qurbanlıq buğa, onlardan ürkərək dənizə girir. Hətta balıqçı qayığının yaxınlığına qədər üzür. Bundan sonra balıqçıların da yardımı ilə Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa baytarlıq nəzarətindən sonra sahiblərinə təhvil verilir.
Üzən mayak
Üzən mayak ― mayak funksiyasını görən gəmi. Onlar çox dərin və ya hər-hansısa digər səbəbə görə mayak tikintisi üçün yararsız olan sularda istifadə olunur. Roma İmperiyası dövründə gəmilərdə atəş fənərləri barədə qeydlər olsa da, ilk müasir üzən mayak İngiltərədə Temza çayının mənsəbindəki Nor barında 1734-cü ildə Robert Hamblin tərəfindən quraşdırlmışdır. Bu növ köhnəlmiş sayılır.
Üzən suçiçəyi
Üzən susünbülü
Üzən susünbülü (lat. Potamogeton natans) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin susünbülükimilər fəsiləsinin susünbülü cinsinə aid bitki növü.
Üzən kapital
Üzən kapital (ing. floating capital) — daim bir valyutadan digər valyutaya çevrilən (konvertasiya olunan) kapitaldır. Üzən kapital dedikdə bir çox məqsədlər üçün istifadə oluna bilən dövriyyədə olan valyuta və aktivlər nəzərdə tutulur. Bu terminə hansı tərif verilməsindən asılı olmayaraq, belə nəticəyə gələ bilərik ki, “üzən kapital” ondan daha çox mənfəət əldə etmək üçün istifadə etməyə imkan verir. Çünki, pulun bir maliyyə aktivindən digərinə və ya bir valyutadan digərinə köçürülməsi belə baş verə bilməz; Üzən kapital adətən tez bir zamanda satıla və alına bilən yüksək likvid aktivlər arasında hərəkət edir, eyni zamanda faiz fərqindən pul qazanır.
Üzən şəhər
Üzən şəhər (fr. Une ville flottante) — Fransa yazıçısı, fantastı Jül Vernin 1871-ci ildə nəşr olunmuş macəra romanı. Nəşr olunduğu dövrdə roman "80 gün dünya ətrafında" əsəri kimi populyarlıq qazandı. Romanın İngiltərədə və ABŞ-də ilk nəşrləri 1874-cü ildə işıq üzü görüb. Jül Ferat roman üçün orijinal illüstrasiyalar çəkmişdir. Əsər Jül Vernin "Great Eastern" (Böyük şərqi) adlı gəmidə qardaşı Pol və ailəsi ilə birgə Amerikaya etdikləri səyahət xatirələrinə əsaslanır. Əsərdə zalım əri ilə birgə "Great Eastern (Böyük Şərq)" gəmisinin göyərtəsində səyahət edən və əsl sevdiyini gəmidə görən qadın və onların macəralarından bəhs olunur.
Üzən valyuta kursu
Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır. Təsbit edilmiş məzənnə rejimində mərkəzi bank tədiyə balansının tarazsızlığını maliyyələşdirmək üçün tələb olunan miqdarda xarici valyutanı təmin etməlidir. Çevik (üzən) məzənnə rejimində isə mərkəzi bank əksinə, xarici valyutaya olan tələb-təklifi tarazlaşdırmaq məqsədilə məzənnənin dəyişməsinə imkan verir. Əgər dolların yenə nəzərən məzənnəsi 0.86 sentə bərabərdirsə və Yaponiyanm ABŞ-yə ixracı artırsa, bu, amerikanların yapon ixracatçılarına daha çox ödəniş etmələrini tələb edir. Yaponiya Mərkəzi Bankı prosesə müdaxilə etmir və məzənnə öz-özünü tənzimləyir. Bu nümunədə məzənnə 0.86-dan 0.90-dək dəyişir və yapon məhsullarını dollar ifadəsində bahalaşdırır, amerikan istehlakçıları üçün onu daha az cəlbedici edir. Çevik məzənnə və üzən məzənnə qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi istifadə olunur.Üzən məzənnə rejimi də özlüyündə iki yerə bölünür:"Təmiz" və "Çirkli" “Təmiz” üzən məzənnə rejimində mərkəzi bank valyuta bazarında iştirak etmir və məzənnə bazar tərəfindən müəyyən olunur. Bu rejimdə mərkəzi banklar heç bir müdaxilə həyata keçirmədiklərinə görə rəsmi valyuta əməliyyatları müvafiq olaraq sıfıra bərabər olur.
Üzən valyuta məzənnəsi

Üzən faiz dərəcəsi
Üzən faiz dərəcəsi (ing. Floating interest rate) — kredit, istiqraz, ipoteka və ya kredit kimi hər hansı növ borc aləti üzrə bütün ömrü boyu sabit faiz dərəcəsi olmayan faiz dərəcəsi. Bu dərəcə müəyyən fasilələrlə vaxtaşırı nəzərdən keçirilir və kredit bazarındakı vəziyyətdən asılıdır. Üzən faiz dərəcələri adətən indikativ dərəcədən (istehlak qiymətləri indeksi kimi hər hansı maliyyə amilinin etalonundan) asılı olaraq dəyişir. Üzən faiz dərəcələrinin tətbiqi üçün etalon kimi istifadə edilən ən geniş yayılmış göstərici dərəcələrdən biri London Banklararası Təklif Faiz dərəcəsi və ya LIBOR-dur (böyük bankların bir-birinə borc vermə dərəcəsi). Tipik olaraq, üzən faizli kreditlər, gəlir əyrisindən qismən asılı olaraq, sabit faizli kreditlərdən daha az başa gələcək. Daha aşağı kredit dərəcəsi müqabilində borcalan faiz dərəcəsi riskini üzərinə götürür: faizlərin gələcəkdə yüksəlməsi riski. Gəlir əyrisinin tərsinə çevrildiyi hallarda, üzən faiz dərəcələri ilə borclanmanın dəyəri əslində daha yüksək ola bilər, lakin əksər hallarda kreditorlar uzunmüddətli sabit faiz dərəcəsi kreditləri üçün daha yüksək dərəcələr tələb edirlər, çünki onlar faiz dərəcəsi riskini daşıyırlar (dərəcənin aşağı düşməsi riski). yüksəlir və onlar başqa cür ola biləcəklərindən daha az faiz gəliri alacaqlar). Üzən faiz dərəcəsi ilə kreditlər əsasən hüquqi şəxslərə verilir.
Frying Pan üzən mayakı
Frying Pan (Frayin Pen kimi tələffüz olunur) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonundaki Pirs 66a-da quraşdırılan üzən mayak. O, 30 il ərzində Şimali Karolinadaki Keyp-Fir dili tərəfdə yerləşən eyni adlı barda istifadə olunmuşdur. Üzən mayak 1929-1930-cu illərdə "Charleston Dry Dock & Machine" şirkəti tərəfindən 274.434 dollarlıq müqavilə qiymətinə istehsal edilmişdir. Onun kili 30 yanvar 1929-cu ildə, suya endirilməsi 30 avqustda və təchiz olunması 8 aprel 1830-cu ildə baş tutmuşdur. İşıq, səs və zəngdən başqa tikiliyə inşaat zamanı radiomayak və sualtı gəmi üçün siqnal zəngi quraşdırılmışdır. Frying Pan tədbirlər üçün icarəyə götürülə bilər. O, Nyu-Yorkda əyləncə mərkəzi olaraq tanınır.
İdarə olunan üzən məzənnə rejimi
İdarə olunan üzən məzənnə rejimi (ing. managed float regime) — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.
Üzən-yarı suya salınmış qazma qurğusu-"Şelf" (film, 1982)
Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Üzən-yarı suya salınmış qazma qurğusu — "Şelf" (film, 1982)

Üzəngi
Üzəngi — atlanmaq üçün və at belində olanda müvazinatı saxlamaq üçün zəruri yəhər ləvazimatı. Köçərilər tərəfindən IV əsrdə icad edilməsi onların döyüş taktika və strategiyasında və silahlanmasında dəyişikliklərə gətirdi. Qılıncla və nizə ilə daha dəqiq və güclü zərbələr endirmək üçün dayaq və ox atmaq üçün at belində ayağa durmaq üçün imkan yaratdı.
Üzəngi sümükcüyü
Üzəngi sümükcüyü (lat. stapellos) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Əsasdan, ön və arxa ayaqcıqlaradn, boyuncuqdan və başcıqdan ibarət bu sümük at üzəngisinə bənzədiyindən belə adlandırılmışdır. Üzənginin başı-lat. caput stapedis (capitulum stapedis-BNA) və iki ın (düz) ayaqcığı-lat. crus antcrius və dal (əyləşmiş) ayaqcığı-lat. crus posterius vardır. Bu ayaqcıqlar bir-biriilə oval səfhə-üzəngi əsası-lat. basis stapedis vasitəsilə birləşmişdir. Üzənginin əsası təbil boşluğunun içəri divarında olan dəhliz pəncərəsini qapayır.
Üzəngi əzələsi
Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunun dal divarında yerləşir və lat. eminentia pyramidalis adlanan hündürlüyün içəri tərəfindən başlayaraq üzəngi sümükcüyünün dal ayaqcığına bağlanır. Vəzifəsi üzəngini dartmaqla daxili qulağı şiddətli vurğulardan mühafizə etməkdir.

Digər lüğətlərdə