ŞAHMAT

\[fars. “şah öldü”\] сущ. 1. шахмат (1. къугъунин тӀвар; 2. шахматдин фигураяр, шахматар; шахматдин кьул; 3. шахматдин кьул хьтин, тӀама-тӀама); 2. шахматдин.
ŞAHMAR
ŞAHMATÇI
OBASTAN VİKİ
Keyfiyyət (şahmat)
Keyfiyyət — Şahmat termini Spesifik şahmat terminidir. Keyfiyyətin udulması – yüngül fiqurun əvəzinə topun udulmasıdır.
Kombinasiya (şahmat)
Kombinasiya — Şahmat termini Bu və ya digər məqsədə çatmaq üçün nəzəri elementlərin uyğunlaşaraq xüsusi mövqedən istifadə olunması.
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.
Mittelşpil (şahmat)
Mittelşpil — Şahmat termini Hər iki tərəfin əsas qüvvələrini hərəkət etdirərək, mübarizənin başlandığı mərhələsi.
Müdafiə (şahmat)
Müdafiə — Şahmat termini. Hücum hərəkatına müqvimət göstərmək.
Mərkəz (şahmat)
Mərkəz — Şahmat termini. Şahmat taxtasının dörd xanası (a4, e4, e5, d5).
Məğlubiyyət (şahmat)
Məğlubiyyət — Şahmat termini Şahmatçının vaxtı ötürməsi, təxirə salınmış gedişdə düzgün olmayan gedişi etməsi və ya özünü məğlub sayması. Bundan əlavə yarışların keçirilməsi qaydalarını pozduğu zaman da şahmatçıya məğlubiyyət elan edilir.
Oppozisiya (şahmat)
Oppozisiya — Şahmat termini. Bu, şahların elə bir yerləşməsidir ki, şaquli, üfüqi, yaxud diaqonal xəttlər üzrə onların arasındakı xanaların sayı tək olsun.
Şahmat
Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir. Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks elətdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur. The object of the game is to checkmate the opponent's king, whereby the king is under immediate attack (in "check") and there is no way to remove it from attack on the next move.
Pat (şahmat)
Pat (fransızca pat, italyanca patta — "heç-heçə oyun") — Şahmat termini. Şahların gediş edə bilmədiyi vəziyyət. Özü də burada digər fiqurların və piyadaların da gediş etməyə imkanı olmur.
Piyada (şahmat)
Piyada — Şahmat fiquru. Piyadalar ancaq qabağa hərəkət edə bilərlər: a) piyada yerləşdiyi xanadan başlayaraq şaquli xətt üzrə başlanğıcda bir və ya iki xana tullanmaqla hərəkət edir. Sonra onun xanadan-xanaya hərəkəti şaquli xətt üzrə edilir. Rəqib piyadasını vurarkən, o, diaqonal üzrə qarışıq xanaya keçir. b) şaquli xətt üzrə hərəkət edən hər hansı bir piyada taxtanın sonuna çatdıqdan sonra sonuncu gedişdə öz rəngindən olan və rəqibin vuraraq əldə etdiyi vəzirə, topa, filə və ya ata çevrilə bilər. == Həmçinin bax == Qoşalaşmış piyada (şahmat) Keçid piyadası (şahmat) Şah (şahmat fiquru) Vəzir (şahmat) Top (şahmat) Fil (şahmat) At (şahmat) == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 8.
Proqressiv şahmat
Proqressiv şahmat — çox iştirakçılı, şahmat əsasında yaranan rəngarəng intelektual oyun. == Haqqında == Bu oyuna proqressiv şahmat adının verilməsinin əsas səbəbi, altıbucaqlı poliqon lövhəsinin üzərindəki üçbucaqların dövriliyi mərkəzdən arifmetik proqressiya üzrə artır. Altıbucağın hər yeni mərhələsi ilə üçbucaqların sayı proqressiyada artır. Bu cür şahmat qaydasının strukturu nəyinki 6 ya 18 nəfər, məhdudiyyətsiz qədər çox oyunçuların iştirakına imkan verir. Oyun rəngarəngdir, 4 rəngdən ibarətdir: ağ, qırmızı, sarı, yaşıl. Mərkəzi kontur göy rənglə təsvir olunub. Yeni şahmat qaydasının strukturu üçbucaqlardan ibarətdir. Oyun lövhəsi üçbucaqlardan – sahələrdən ibarət olan altıbucaq təşkil edir. Ücbucaqların ümumi sayı 384-dür. Üçbucaqların dövrülüyü daimidir.
Qalaqurma (şahmat)
Qalaqurma — Şahmat termini Şahın topun hərəkəti ilə tamamlanmış hərəkəti.
Qambit (şahmat)
Qambit — Şahmat termini Tərəflərdən birinin (daha çox ağlar) mərkəzdə piyadaların inkişafını sürətləndirmək və ya piyada üstünlüyünə nail olmaq üçün maddi üstünlüyü (adətən piyadalar hesabına) qurban verdikləri debütlərin adı.
Qrossmeyster (şahmat)
Qurban (şahmat)
Qurban — Şahmat termini. Müəyyən edilmiş məqsədə nail olmaq üçün könüllü surətdə verilmiş maddi üstünlük.
Saat (şahmat)
Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz. == Tarixi == Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur. Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir. 1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı. Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı.
Seytnot (şahmat)
Seytnot — Şahmat termini. Düşünmək üçün vaxtın çatışmazlığı.
Strategiya (şahmat)
Strategiya — Şahmat termini. Mübarizənin ümumi planı, onun düzgünlüyü mövqenin konkret qiymətləndirilməsi ilə müəyyənləşdirilir. O, nəinki öz imkanlarını, həm də rəqib tərəfin imkanlarını nəzərə almalıdır.
Suqsvanq (şahmat)
Suqsvanq (alm. zugzwang‎) — Şahmat termini İstənilən bir gedişi ona məğlubiyyət gətirəcək olan durum..
Taktika (şahmat)
Taktika — Şahmat termini Strategiyanın tərkib hissəsi olub, strateji planların ayrı-ayrı əməliyyatlarının həyata keçirilməsini təmin edir.
Temp (şahmat)
Temp — Şahmat termini Şahmat mübarizəsində iki məna daşıyır. "Temp" sözü altında mübarizənin inkişaf etməsinin ahəngini başa düşmək olar. Digər mənası bir gediş çox etməkdir.
Top (şahmat)
Top — Şahmat fiquru. Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Təhlil (şahmat)
Təhlil — Şahmat termini Mövqedə yaranmış görüşlərin və mümkün vəziyyətlərin qiymətinin araşdırılması. Təhlil variantların işlənməsini və ya yaranmış görüşlərin qiymətləndirilməsini özündə birləşdirir. Variantların hesablanması və mövqenin qiymətləndirilməsi təhlil bacarığının əsasını təşkil edir.
Tələ (şahmat)
Tələ — Şahmat termini Rəqibin uduş güman etdiyi, əslində isə səhv olan gediş.
Keçid piyadası (şahmat)
Keçid piyadası — Şahmat termini Qarşısında rəqibin maneə törədən piyadası olmayan piyada. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2. Af3 Af6 3.d4 ed 4.e5 Ke4 5. V:d4 d5 (diaqrama bax) 6.ed.
Keçid Şahmatı
Keçid şahmatı ( həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir. == Qaydalar == Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır. Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur.
Keçiddə götürmə (şahmat)
Keçiddə vurma — Şahmat termini Başlanğıc mövqedən birdən-birə iki xana hərəkət edərək, rəqibin piyadası ilə üfüqi vəziyyətdə duran piyadanı götürmək deməkdir. Keçiddə vurma (bəzi ədəbiyyatlarda "keçiddə götürmə") yalnız müvafiq gedişdən sonra ola bilər. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2. Af3 Af6 3.d4 ed 4.e5 Ae4 5. V:d4 d5 (diaqrama bax) 6.ed.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb. == Olimpiada == === 38-ci Şahmat Olimpiadası. Drezden, Almaniya (2008) === === 39-cu Şahmat Olimpiadası. Xantı-Mansi, Rusiya (2010) === === 43-cü Şahmat Olimpiadası. ===
Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
Köhnə hind başlanğıcı (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Lyuis şahmatı
Lyuis şahmatı — (ing. Lewis Chessmen) Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu (8 şah, 8 vəzir, 16 fil, 15 at, 12 top, 19 piyada) bu şahmat növü həm də qədim Roma incəsənətinin nadir nümunələrindəndir. Günümüzə gəlib çatan 67 fiqurlu versiyası Britaniya muzeyində saxlanılır. Bu şahmatdan Harri Potter və Fəlsəfə Daşı filmində də istifadə olunmuşdur.
Macarıstan görüşü (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Müxtəlif rəngli fillər (şahmat)
Müxtəlif rəngli fillər — Şahmat termini Rəqiblərin müxtəlif rəngli xanalarla hərəkət edən filləri.
Mərkəzi debüt (şahmat)
Mərkəzi debüt — Şahmatda 1. e2-e4 e7-e5 2. d2-d4 e5:d4 3. Vd1:d4 gedişləri ilə başlayan debüt. Şahmata dair qədim əsərlərdə xatırlanan bu debütə XIX əsrin 80-ci illərində keçirilən yarışlarda təsadüf olunur.
Namiq Quliyev (şahmatçı)
Namiq Quliyev (13 fevral 1974, Jdanov) — Azərbaycan şahmatçısı, qrosmeyster (2005). İki dəfə Azərbaycan yığmasının tərkibində şahmat olimpiadasında oynayıb (1994, 2006). == Həyatı == == Naliyyətləri == 2003-cü ildə Bischwiller-də keçirilən turnirdə birinci yeri tutub. 2005-ci ildə Béthune-də keçirilən turnirdə Oleg Korneev, Andrei Sokolov and Azər Mirzəyev ilə 1-4-cü yerləri bölüşüb. 2009-cu ildə Metz-də keçirilən turnirdə Friso Nijboer və Adam Horvath ilə 1-3-cü yerləri bölüşüb. 2010-cu ildə Malakoff-da keçirilən turnirdə Valentin Panbukchian və Vladimir Malaniuk ilə 1-3-cü yerləri bölüşüb. 2012-ci ilin yanvarında Cenevrədə keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub. == İstinadlar == == Xarici keçidlər == Namig Guliyev. Chess-DB.com Arxivləşdirilib 2016-08-01 at the Wayback Machine (ing.) Namig Guliyev. fide.com (ing.) Namig Guliyev.
Naxçıvan Şahmat Məktəbi
Naxçıvan Şahmat Məktəbi — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən şahmat məktəbi. == Tarixi == 1981-ci ildə yaradılmışdır. == Fəaliyyəti == Açılış mərasimində o zaman da Azərbaycanın rəhbəri olan Heydər Əliyev iştirak etmişdir. Məktəbdə 460 şagird məşğul olur. Onların 20-si ustalığa namizəddir (2005). Təkmilləşmə və ibtidai hazırlıq, təlim-məşq qrupları fəaliyyət göstərir. Məktəbin yetirmələri məktəblilərin keçmiş ümumittifaq və respublika şahmat yarışlarında iştirak etmişlər. 1998-ci ilin dekabrında şəhərin Nizami küçəsindəki ikimərtəbəli müasir binaya köçmüşdür.
Nicat Məmmədov (şahmatçı)
Nicat Məmmədov (azərb. Nicat Məmmədov‎; 2 aprel 1985, Naxçıvan) — Azərbaycanlı şahmatçı, qrosmeyster (2006). == Həyatı == 2 aprel 1985-ci ildə Naxçıvanda anadan olub.
Pirs-Ufimsev müdafiəsi (şahmat)
Pirs-Ufimsev müdafiəsi — Şahmat termini. Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır.
Ponsiani debütü (şahmat)
Ponsiani debütü — Şahmat termini. İlk dəfə XVIII əsrdə italyan nəzəriyyəçisi tətbiq etmişdir.
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı 1963
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı —1963-cü ildə keçirilən Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı SSRİ-nin qadınlar arasında şahmat üzrə yeddinci çempionatıdır. Noyabrın 15-dən dekabrın 15-dək Bakıda keçirildi. Çempionat eyni vaxtda FİDE bölgə turnirində keçirildi. Turnirdə iştirak etmək hüququ Ranniku, Zatulovskaya və Kuşnir qazandı.
Qadınlararası Dünya Şahmat Çempionatı
Qadınların Şahmat üzrə Dünya Çempionatı— şahmat üzrə qadınların dünya çempionunu müəyyənləşdirmək üçün oynanılır. Şahmat üzrə Dünya Çempionatı FİDE tərəfindən həyata keçirilir.

Digər lüğətlərdə