ŞAHMƏRDAN

Fars mənşəlidir, “igidlərin şahı”, “mərdlərin şahı” deməkdir, şahmərd sözlərindən əmələ gəlib. İmam Əlinin epitetlərindən olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞAHMAT1
ŞAHNAMƏ
OBASTAN VİKİ
Şahmərdan Cəfərov
Şahmərdan Məhəmməd oğlu Cəfərov (Şahsultan kimi də tanınır) (12 avqust 1958, Məmmədsabir, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 29 iyun 1995, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının Ali Sovetinin deputatı (1990–1995), Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı (1992–1994), AXC fəalı. Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975–1977-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib. 1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb. 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb. O, 1990-cı ildə Şərur rayonundan Azərbaycan Respublikasının Ali Sovetinin XII çağırışına üzv seçilib. 17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir. 1994-cü ilin avqustunda "Şərur işi" ilə bağlı qanunsuz silahlı dəstənin rəhbərliyində ittiham edilərək barəsində cinayət işi açılmış, Şahmərdanın 20-dən artıq tərəftarı həbs edilmişdir.
Şahmərdan Yesenov
Şahmərdan Yesenov (qaz. Шахмардан Есенұлы Есенов; 5 avqust 1927, Şiyeli vilayəti[d], Qızılordu vilayəti – 24 avqust 1994, Almatı) — Qazaxıstan alimi və dövlət xadimi, Qazaxıstan SSR Geologiya naziri (1961-1967, 1974-1978), geoloq, Qazaxıstan SSR Elmlər Akademiyasının akademiki (1967), Qazaxıstan SSR Elmlər Akademiyasının prezidenti 1967-1974) Geoloji və Mineralogiya Elmləri Doktoru (1970), Lenin mükafatı laureatı (1966), Qazaxıstan SSR Dövlət Mükafatı laureatı (1972). Sov.İKP Mərkəzi Komitəsinin namizəd üzvü (1971-1976). Qazaxıstanın geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verdi. 1944-cü ildə Qızılorda pedaqoji texnikumu bitirmişdir. 1949-cu ildə Qazaxıstan Mədən-Metallurgiya İnstitutunu (indiki — K. İ. Satpayev adına Qazaxıstan Milli Texniki Universiteti) bitirib. Əvvəlcə Cezqazqan kompleks geoloji kəşfiyyat ekspedisiyasında geoloq, sonra Cezqazqan kompleks geoloji kəşfiyyat ekspedisiyasının baş mühəndisi vəzifələrində çalışmışdır. 1953-cü ildə 45 saylı seçki dairəsi üçün Cezqazqan Bölgə Şurasının millət vəkili seçildi. 1955-ci ildə 144 saylı seçki dairəsi üçün Cezqazqan Şəhər Şurasının millət vəkili seçildi. 1959-cu ildə Çulak-Tauski seçki dairəsində 5-ci çağırış Qazaxıstan SSR Ali Sovetinin deputatı seçildi.
Şahmərdan Əliyev
Şahmərdan Əliyev (tam adı: Şahmərdan Ramazan oğlu Əliyev) – kimyaçı alim, Milli Elmlər Akademiyasının akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru "Mühafizəedici aşqarlar" laboratoriyasının işçisi. Əliyev Şahmərdan Ramazan oğlu 1942-ci ilin mart ayının 5-də Gürcüstan Respublikasının Tiflis şəhərində anadan olub. 1950-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində yeddiillik məktəbin birinci sinfinə daxil olub, sonra təhsilini Qaracalar orta məktəbində davam etdirərək oranı 1960-cı ildə bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, 1967-ci ildə Universiteti bitirib. 1971-ci ildə AMEA Aşqarlar Kimyası İnstitutunda aspiranturaya daxil olub və 1977-ci ildə "Hidroksialkiltiofenolların N-, S-, P- saxlayan törəmələrinin sintezi və onların sürtkü yağlarına aşqarlar kimi tədqiqi " mövzusunda dissertasiya müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. O, aspiranturanı bitirdikdən sonra mühəndislikdən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 2003-ü ildə "Mühafizəedici aşqarlar" laboratoriyasında aparıcı elmi işçi vəzifəsinə təyin edilib və hal-hazırda həmin vəzifədə çalışır. Əliyev Şahmərdan Ramazan oğlu "Mühafizəedici aşqarlar" laboratoriyasında mühafizəedici aşqarların sintezinin elmı əsaslarının işlənib hazırlanmasında həmmüəllif kimi iştirak edir. O, tərkibində N- və S- saxlayan yüksək təsirli yeni birləşmələr sintez edir və onları yağlara aşqar kimi tədqiq edir. Onun biləvasitə iştirakı ilə laboratoriyada AzK-18 konservasiya yağı yaradılmış və uzun illər Bakı Yastıq zavodunda tətbiq edilmişdir.
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti (qaz. Шахмардан Есенов атындағы Каспий мемлекеттік технологиялар және инжиниринг университеті, həmçinin Yessenov University, XDTVNU, Университет Есенова kimi tanınır) — Qazaxıstanda çoxsahəli bir ali təhsil müəssisəsidir. Universitetin indiki adı ona Qazaxıstan geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verən görkəmli qazax alimi Şahmərdan Yessenovun şərəfinə verilmişdir. Hazırda Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti 43 bakalavr, 18 magistr və 5 doktorluq ixtisası üzrə təhsil xidmətləri göstərir. Universitetdə üç tədris korpusu, üç yataqxana, üç məşq meydançası, hovuzlu idman kompleksi var. Universitetdə 16-dan çox elmlər doktoru və 169 elmlər namizədi olmaqla 350-dən çox müəllim dərs deyir. 7 mindən çox tələbə təhsil alır. Universitetin tarixi 1976-cı ildə Mangistau ərazi istehsalat kompleksi üçün mühəndis kadrları hazırlamaq üçün Qazaxıstan Politexnik İnstitutunun ümumi texniki fakültəsinin Mangışlak bölgəsinin Şevçenko (indiki Aktau) şəhərində təşkil olunmasından başlayır. Ümumi texniki fakültəni çoxsahəli bir fakültəyə çevirən yeni ixtisasların açılmasına ehtiyac yarandı. 1990-cı ildə Politexnik İnstitutunun ümumi texniki fakültəsi V.I.Lenin adına Qazaxıstan Politexnik İnstitutunun (V.İ.Lenin adına QazPTİ) Mangistau filialına çevrildi.
Kamran Şahmərdanov
Kamran Şahmərdan — Azərbaycan aktyoru. == Həyatı == Kamran Şahmərdan 1972-ci ildə Bakı şəhərində anadan olub. Bir müddət sonra İmatra şəhərində sinkretik janrlı «Ağ və Qara» teatrını yaradıb. 10 ildir ki, Azərbaycandan uzaqlarda, Finlandiyanın İmatra şəhərində yaşayıb-yaradır. Teatr sahəsində qazandığı uğurlar onu, nəinki yaşadığı məmləkətdə, eləcə də bütün dünyaya tanıdıb… Vətəndən uzaqlarda yaşamasına baxmayaraq, Azərbaycan teatr mühiti ilə əlaqəsi olduqca sıxdır. Çox qısa fasilələrlə ardıcıl olaraq üç teatrda (“İbrus” Teatrında («Tənha səs», A.Şaiq adına Dövlət Kukla Teatrında «Ağ və Qara», Rus Dram Teatrında «Torağay» – S.B,Azərbaycan Dövlət Dram Teatrı «Teleskop») uğurlu tamaşalar hazırlaması deyilənlərə sübutdur. == Filmoqrafiya == Qaladan tapılan mücrü (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) İşarəni dənizdən gözləyin (film, 1986) Araqarışdıran (film, 1987) Bəxtəvər (film, 1990) Ümid (film, 1995) 36 kadr (film, 1996) Oyun (film, 1996) == İstinadlar == == Xarici keçidlər == Кямран Шахмардан: "По-другому не получается.
Məleykə Şahmərdanova
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.

Digər lüğətlərdə