ŞALBANLIQ
ŞALLAQ
OBASTAN VİKİ
Şalğam
Şalğam (Brassica rapa subsp. rapa) köklü tərəvəz. Adətən dünyada mülayim iqlimlərdə onun ağ, soğanaqlı paya kökü üçün becərilir. Şalğam bitkisi Avropa mənşəli, soyuğadavamlı, yüksək məhsuldar bitkidir. Başqa kökümeyvəlilərə nisbətən torpaq münbitliyinə az tələbkardır. Genetik tədqiqatlar göstərmişdir ki, bu bitki raps bitkisinə çox yaxındır. Bunların hər ikisi turpəng və yabanı turpun kələm növləri ilə öz-özünə çarpazlaşmasından yaranmış və xromosom sayı artmışdır. Şalğam ancaq mədəni halda məlumdur. Rusiya ərazisinə XVIII əsrin axırında Qərbi Avropadan gətirilmiş və tərəvəz bitkisi kimi geniş yayılmışdır. Şalğam və yem turpu (turneps) mədəni halda kartofdan əvvəl məlum olmuşdur.
Şalğam-turp
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Şalğam suyu
Şalgam kələmkimilər fəsiləsinə aid bitki olan Şalgamdan hazırlanan Çukurova bölgəsinə xas bir içkidir. Adana, Mersin, Osmaniye kimi bir çox cənub bölgələrində geniş istifadə olunur. Qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri vardır. Acı şalgam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalgam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalgamla bərabər qara yerkökü də yeyilə bilər. Mayalanma dövründə daxil edilmiş bu qara yerkökülər şalğam suyunun içində qalırlar. Bunlara tane deyilir ( bu, bölgə dialektində belə səslənir, “ dənə” sözünün modifikasiyaya uğramış formasıdır). Şalgam adətən kababla içilir.
Şalğamturş
Azərbaycan Respublikası Cənub-Şərq bölgəsi əhalisinin, xüsusən bölgədə yaşayan talışların öynəsində içkilərdən “şit”-süd, “mos”- qatıq, “ayran”- du, “avdux”- yəni qatıqla suyun qarışdırılmasından hazırlanan içki, “şərbətlər”- üzüm və ya başqa məhsullardan hazırlanan şirələr “şəlem tırş” və. sairləri mühüm yer tutur. Bumlardan ag turpa oxşar şalğam bitkisindən hazırlanan içki payız və qış fəsillərində daha önəmlidir. Spirtli içkilərə bölgə əhalisi arasında yer olmamış və bu cur içkilər əsasən XX əsrdən məişətə daxil olmuşdur. Yuxarıda adı qeyd olunan “şəlimtırş” içkisi bu gündə bölgə əhalisinə məxsus içki kimi spesifikliyini saxlayır. “Şəlemtırş” (Şalğamturş) bəhs olunan bölgə əhalisinin ənənəvi içkisi olmaqla əsasən ərazinin ovalıq hissəsi üçün xarakterikdir və qış mövsümündə hazırlanıb istifadə olunan içkidir . Bu içki soyuq və ilıq halda içilməsinə baxmayaraq bədənə quruluq və istilik gətirməklə yanaşı yüksək təzyiqli insanların təzyiqinin normallaşmasına müsbət təsir edir. İçkinin effektli olması üçün onun hazırlanması qaydalarına tam riayət edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Şəlemtırş hazırlanarkən şalğam bitkisi (şalğam ağ turpa oxşayır, lakin ağ turp deyil və çiy halda yeyilmir) yuyulub təmizləndikdən sonra yarpaqları ayrıca doğranılıb vam odda müəyyən miqdar suyun içərisində qaynadılır. Sonra isə şalğamın kök hissəsinin yumrusu doğranılıb yarpaqları kimi ayrıca qaynadılır.

Digər lüğətlərdə