ŞANLI

1. ŞANLI [Muxtar bəy:] Mənim nəslim şanlı, şərəfli Turanın cahangiri Teymur xanın nəslindəndir (S.S.Axundov); ŞÖHRƏTLİ Məlum şeydir ki, alimlərimiz və şöhrətli yazıçılarımızın çoxu Bakıdadırlar (C.Məmmədquluzadə); ZİŞAN (kl.əd.) Kişidən istənilən işdir, iş; Kim ki, iş yapdı, o zişan oldu (M.Ə.Sabir); ŞƏRƏFLİ (bax).

2. ŞANLI, CƏSUR, QƏHRƏMAN, RƏŞADƏTLİ

ŞANAPİPİK
ŞANS
OBASTAN VİKİ
Tuncay Şanlı
Tuncay Şanlı (16 yanvar, 1982 Sakarya ili) – boyu 1.82 sm, çəkisi 70 kq – hücuma meyilli yarımmüdafiəçi. 2002-2003 mövsümündə Sakaryaspordan transfer edilib. Türkiyə çempionatında Fənərbaxçadakı ilk rəsmi oyununu 11 sentyabr 2002-ci ildə Qaziantəpspor-a qarşı keçirib. 19 noyabr 2002-ci ildə İtaliya ilə rəqib meydanında Ümid Milli Komandasının keçirdiyi oyunda italyanların qapısına vurulan 3 qoldan 2-sinin müəllifidir (İtaliya 0 – Türkiyə 3). Ondan 1 gün sonra yenə İtaliya ilə rəqib meydanında oynanılan oyunda baş məşqçi Şenol Şünəşin istəyiylə Türkiyə yığmasının əsas heyətində oyunun sonuna 3 dəqiqə qalmış meydana çıxıb və təhlükəli vəziyyət formalaşdırıb. Bu onun Türkiyə yığması heyətində ilk oyunu olub.
Şanlı inqilab
Şanlı inqilab (ing. Glorious Revolution) — 1688-ci ildə İngiltərədə II Yakov Stüartın devrilməsi ilə nəticələnən çevrilişə tarixşünaslıqda verilən ad. 1688-ci il, noyabrın 5-ndə Vilhelm 15 minlik qoşunla İngiltərənin sahillərinə çıxdı. II Yakov tərəfindən toplanmış dəstələr başda komandirləri olmaqla, düşmənin tərəfinə keçməyə başladılar. Hamı tərəfindən tərk edilmiş II Yakov Fransaya qaçdı. 1688-ci il, dekabrın 18-ndə Oranlı Vilhelm Londona daxil oldu, 1689-cu ilin əvvəlindəsə İngiltərənin kralı elan olundu. Beləliklə, "Şanlı inqilab" adını almış dövlət çevrilişi qan tökülmədən baş tutdu. Yeni dövlət quruluşunun əsas sənədi "Hüquqlar haqqında Bill" oldu. İngiltərə parlamentli monarxiyaya çevrilirdi. Kral veto hüququndan məhrum edildi.
Göksu Üçtaş Şanlı
Göksu Üçtaş Şanlı (türk. Göksu Üçtaş Şanlı) — Türkiyəli bədii gimnast. O, Olimpiadada gimnastika üzrə Türkiyəni təmsil edən ilk qadın idmançıdır. O, Türkiyədə gimnastika növü üzrə Olimpiya Oyunlarına qatılan ilk idmançıdır. Üçtaş 2012 Yay Olimpiya Oyunlarına qatılıb. 1908-ci ildə Türkiyə adı ilə Olimpiya Oyunlarına qatılan Osmanlı İmperatorluğunun London Olimpiadasında Aleko Mulos tərəfindən təmsil olunmasından 104 il sonra o, gimnastikada Türkiyəni olimpiadada təmsil edən ilk şəxs olub. London Olimpiadasından sonra 4 illik fasilədən sonra, 2016-cı ildə gimnastikaya qayıdıb və Bədii Gimnastika üzrə Dünya Kubokunda qadınların döşəmə hərəkəti kateqoriyasında gümüş medal qazanıb. Bu medal Türkiyənin gimnastika üzrə böyüklər kateqoriyasında qazandığı ilk medaldır. == Həyatı == 1990-cı ildə Qaziantepdə anadan olub. Beş yaşında Qaziantep Gənclik Xidməti və İdman İl Müdirliyinin gimnastika kurslarında gimnastikaya başlayıb.
Şanlı partizan (film, 1975)
Şanlı, qeyri-adi il (film, 1960)
Şanlı, qeydi-adi il — 1960-cı ildə istehsal olunan Azərbaycan filmi. Film Azərbaycan sovetinin 40 illiyi şərəfinə respublikanın əldə etdiyi müvəffəqiyyətlərdən bəhs edir.
Şanlıurfa
Şanlıurfa (türk. Şanlıurfa) — Türkiyənin Şanlıurfa ilinin inzibati mərkəzi. Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib. Urfanın tarixi adının Ur olduğu bildirilir. Makedoniyalı İsgəndərin buraları işğal etməsindən sonra şəhərin adı tarixi mənbələrdə Edessa olaraq keçməyə başlayıb. Ərəblər isə bu şəhərə “Ər-Ruha” deyiblər. Hazırda “Ər-Ruha” adı Urfada olduqca məşhurdur. Urfada olarkən diqqəti çəkən adlardan biri də Harrandır.
Şanlıurfa döyüşü
Urfa döyüşü — Qüvayi-milliyə birlikləri ilə Fransa ordusu arasında Fransa–Türkiyə müharibəsi zamanı baş vermiş döyüş. Mudros barışığının 7-ci maddəsinə görə "Müttəfiqlər, təhlükəsizliyi şübhə altına alan bir vəziyyətdə hər hansı bir strateji bölgəni işğal haqqı verilir" hökmü ilə hərəkətə keçən ingilislər 1919-cu il 24 martda Şanlıurfa bölgəsini işğal etdilər. Bir ingilis podpolkovniki, iki zabit və 1 zirehli avtomobillər ilə Urfaya gələn ingilis komandiri ziyarət getdiyi Mutasarrıfı Nüsrət bəyə "Qalib bir hökumətin zabiti niyə qarşılanmır?" soruşduqda Nüsrət bəy "Haqsız yerə məmləkəyi işğal edən bir ordunu qarşılamağa çıxmaq bir türk mutasarrıfa yaraşmır. Siz bir qonaq kimi gəlsəydiniz,sizi qarşılamağa çıxardım" cavabını vermişdi. 200 nəfərlik bir piyada bölüyü, 1 zirehli, 6 yük və 3 sərnişin olmaqla ümumilikdə 10 avtombil və 50 yük avtomobili ilə Urfanı işğal edən ingilislər, səhərisi gün Urfada olan 1-ci süvari Alay komandiri Mayor Hüseyn bəydən Alayın Urfanı tərk etməsini istədi. Vəziyyət rəhbərliyə bildirildikdən sonra Urfada 1 zabir və 1 süvari taqımı saxlanılaraq Alay Qarakörpüyə, sonra isə Siverek bölgəsinə getdi. İngilislər bölgədə olduqları müddətdə xüsusilə əsgərlərlə əlaqə qurmağa çalışırdılar. İngilislər üçün əhəmiyyətli olan Milli tayfa rəisi İbrahim Paşanın oğlu Mahmud bəyə, kürd Lavrenc adlandırılan mayor Noel və kapitan Voleyi göndərib Qafqaz və Mesopotamiya arasındakı bölgəni yoxlamağa göndərdi. Bununla da kifayətlənməyərək Xaləbdəki ingilis generalı Barrov, Mahmud bəyi 30 iyunda Urfaya dəvət etdi. Mahmud bəy 13-cü Diviziyadan aldığı təlimatlara əməl edərək Urfaya getmədi.
Şanlıurfa ili
Şanlıurfa ili — Türkiyədə il. Ölkənin şərqində yerləşir. Bura Türkiyənin 1-ci müqəddəs ərazisidir. Burada 439 ziyarətgah vardır. Turizm potensialına görə Şanlıurfa ili ikincidir. Hər il buraya minlərlə turist gəlir. Bunun da əsas səbəblərindən biri maraqlı ziyarətgah yerlərinin olmasıdır. Məsələn, buradakı ziyarətgahların biri vaxtilə imamın evi olub. Həyətdə bir hovuz var, içində minlərlə balıq var. Həmin balığı yeyənlər isə səhərisi gün ölərmiş.
Şanlıurfaspor
Şanlıurfaspor- Şanlıurfada futbol və basketbol sahələrində fəaliyyət göstərən peşəkar bir klubdur. Klubun rənglərini Mustafa Dişli təyin etmişdir. 1969-cu ildə qurulmuş bu klub hal-hazırda 1-ci Liqasında mübarizə aparır və ev oyunlarını 28.965 nəfərlik Şanlıurfa 11 Aprel Stadionunda oynayır. Basketbol komandası isə basketbol liqasında mübarizə aparır. Trabzonspor ilə qardaş klubdur. Klub yaşadığı maddi böhran səbəbiylə 2008-ci ildə qəyyuma təhvil verildi. Qəyyum olaraq təyin olunmuş Şanlıurfa Bələdiyyə Başçısı Şanlıurfa Belediyespor ilə eyni qrupda olan komandanın UEFA meyarlarına görə liqada qala bilməsi üçün iki klubun idarəçilərinin birləşməsini təmin etdi. Klub prezidentliyinə sonrakı dövrdə Kamal Saraçoğlu gəldi. Futbol komandası PTT 1. Liqaya yüksəldikdən sonra alınan nəticələr səbəbiylə Kamal Saraçoğlu istefa verdi.
Naci Şanlıtürk
Naci Şanlıtürk (1969, İstanbul ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Naci Şanlıtürk 1969-cu ildə İstanbulda anadan olub. İbtidai təhsilini Orduda, orta təhsilini Ordu İmam-Hatip Liseyində, lisey təhsilini isə Ordu Liseyində alıb. İstanbul Universiteti Tarix Bölməsindən və Anadolu Universiteti Ədliyyə Bölməsindən məzun olub. 1992-1995-ci illərdə Avstriyada ticarətlə məşğul olub. İnşaat, sığorta, turizm və otel sahələrində çalışıb. Ordu Sənayeçi və İş Adamları Dərnəyinin sədr müavini olub. Üç dəfə Ordu Ticarət və Sənaye Palatasının Şura üzvü vəzifəsinə seçilib. Uzun illərdir MHP üzvüdür. 2020-2023-cü illərdə MHP Ordu il şöbəsinin sədri olub.

Значение слова в других словарях