Derəfş Şəhdad
"Derəfş Şəhdad" — İranda, Kirman ostanının Şəhdad şəhərində aşkar edilmiş tarixi derəfş. Kvadrat metaldan ibarətdir, ölçüsü 23x23 sm-dir, üzərində qartal təmsil olunmuşdur və çubuq üzərində quraşdırılmışdır. Bu bayraq dünyanın ən qədim bayrağı hesab edilir. Üzərində bir xurma ağacı, iki başqa ağac, beş kiçik və böyük insan, iki şir, bir donqar inək və Ciruft mədəniyyətində təsvir olunan ilanlara bənzər bəzi ilanların şəklini görmək olar. Min illərdir paslandığı üçün yaşıllaşmışdır, lakin əvvəlcə günəşi əks etdirən metal parıltıya sahib idi. Aşkar edildikdən sonra Tehrana aparılmış, İran Milli Muzeyində saxlanılır. Qədim İran mifologiyasında Simurq quşu günəş tanrısının, müdriklik və böyük külək tanrısının simvolu olmaqla yanaşı, İran yaylasının qədim yerliləri hesab olunurdu. Bu səbəbdən onun rəmzi Sasanilər dövründə bu bayrağın və "Derəfş Kavyani"nin dirəyində qoyulmuşdur .