ədədi
ədib
OBASTAN VİKİ
Ədən
Ədən — keçmişdə Yəmənin paytaxtı olmuşdu. Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur. 1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
Ədən bağı
Ədən bağı (ivr. ‏גַּן־עֵדֶן‏‎, yun. Εδέμ, lat. Paradisus) İncildə Adəm ilə Həvvanın yaşadığı cənnət bağıdır. Harada olduğu mübahisəli olsa d Orta Şərqdə bir yerdə olduğu düşünülməkdədir.
Ədən körfəzi
ƏdƏsn körfəzi (ərəb. خليج عدن‎, fr. golfe d'Aden) Ərəb dənizində yerləşən və Hind okeanına aid olan körfəz. Körfəzinin şimal sahilində Ərəbistan yarımadası və orda olan Yəmən ölkəsi məskunlaşıb, şərq və qərbdə isə Afrika kontinenti ilə Somali və Cibuti. Həmdə qərbdə Tacura körfəzinidə qeyd etmək olar. Şərq sərhədi Qvardafuy burnunun meridianı sayılır (51°16’E). Körfəz Babülməndəb boğazı vasitəsilə Qırmızı dənizlə birləşir. Körfəzin iqtisadi əhəmiyyəti ondadıki, o, Fars körfəzindən Avropaya neftin nəqli üçün su yolu kimi istifadə edilir. XXI əsrdən başlayaraq burada dəniz quldurluğu problemi ortaya çıxmışdı. Əsas limanları: Əl Mukəlla (Yəmən), Ədən (Yəmən), Cibuti (Cibuti), Berabera (Somali) Körfəz Öz adını Yəmənin əvvəlki paytaxtı və ən böyük şəhəri olan Ədən şəhərindən alıb.Liman-şəhər olan Ədən bu körfəzin ismini daşıyır.
Ədən mühafəzəsi
Aden mühafazası — Aden mühafazasının ərazisi 1 114 km2-dır. 2013-cü ilə olan məlumatlara əsasən Aden mühafazasının əhalisi 1 088 654 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ədən (Lemin romanı)
Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir. Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.
Ədənin alınması
Ədənin alınması — 1547-ci ildə yerli əl-Tevlaki qəbiləsinin nəzarətinə keçən Ədənin Portuqaliya imperiyasının işğal etməsinə qarşı 26 Fevral 1548-ci ildə Piri Rəisin komandanlığı altında Osmanlı imperiyası tərəfindən keçirilən hərbi əməliyyat. Ədən əməliyyatı Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) zamanı əsas hadisələrdən olmuşdur. Yəmən və onun ən əhəmiyyətli limanı olan Ədən, Məmlük Sultanlığına daxil olduğu üçün 1517-ci ildə Ridaniyə döyüşüdən sonra, bu ölkənin bütün torpaqları ilə Osmanlı imperiyasının tabeliyinə keçdi. Tahirilər sülaləsinin nümayəndələri tərəfindən idarə olunan bölgənin strateji əhəmiyyəti və yerli hökmdarların Qırmızı dəniz bölgəsində getdikcə daha təhlükəli olan Portuqaliyaya rəğbət bəsləməsi səbəbindən Yəmən və Ədənin birbaşa Osmanlı rəhbərliyi altında olacağı təxmin edilirdi. Lakin portuqaliyalıların artan iddiası Osmanlı imperiyasını xüsusilə narahat edirdi. Onlar hər vəchlə Hind Okeanında nəzarəti ələ alaraq, Avropa ilə bütün Şərqi Asiyanın ticarətini inhisara almağa çalışırdılar. Bu səbəbdən portuqallar Ərəbistan yarımadasında olan əsas liman və boğazları ələ keçirməyə çalışırdılar. Məmlük dövlətinin süqutundan sonra Portuqaliyalılara mübarizə aparacaq yeganə dövlət Osmanlı imperiyası idi. Çünki, regionda olan daha bir müsəlman dövləti Səfəvi imperiyasının donanması və odlu silahı az olduğundan onlarla mübarizə aparacaq potensiala malik deyildi. Bu məqsədlə 1525-ci ildə Salman Rəisin komandanlığı altında 18 gəmidən ibarət Osmanlı donanması Ədəni ələ keçirməklə Portuqaliyanın bu bölgədəki mövqelərinə ciddi zərbə vurdu.
Ədənin tutulması (1548)

Digər lüğətlərdə