əhli-vəfa 2021

əhli-vəfa
əhli-ürfan 2021
əhli-zələmə 2021
OBASTAN VİKİ
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Həqq

Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət

Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi. Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Vəfa Allahyarova
Vəfa Allahyarova-Cəfərova (14 may 1965, Bakı) — qrafik, miniatürist, karikarurist. Vəfa Allahyarova 14 may 1965-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildən respublika və beynəlxalq müsabiqələrdə," Bacarıqlı əllər" və digər verlişlərdə rəssam kimi iştirak edib. 1980–1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1984–1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1991 ildən — Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyətə başladı. 1990 — SSRİ Rəssamlar İttifaqin üzvü oldu. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Karikaturaçılar Birliyin sədr müavini kimi çalışdı. 2000–2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika" kafedrasında müəllim kimi çalışdı. 2004 – 2010-cu illərdə baş müəllim kimi fəaliyyət göstərib.
Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Vəfa Hüseynova
Vəfa Hüseynova (10 noyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. Vəfa Hüseynovanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Vəfa Hüseynova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadam ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Vəfa Muradzadə
Vəfa Quluzadə
Vəfa Mirzəağa oğlu Quluzadə (21 dekabr 1940, Bakı – 1 may 2015, Bakı) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri. Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda kasıb ailədə anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazax rayonunun Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir. İkinci dünya müharibəsi illərində Qazax rayonunun Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub. Quluzadə nənəsin ona böyük təsirini belə izah edir: Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946-cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır. 1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur.
Vəfa Qurban
Vəfa Qurban — (1975-ci il, Bakı) - Tarixçi 1975-ci ildə Bakıda anadan olmuşdur. Ailəlidir. 2 övladı var: Tural və Tunay 1993-1998-ci illərdə Egey Universitetində Ədəbiyyat fakültəsinin Tarix bölməsinin məzunu olub. 1998-2000-ci illərdə eyni adlı universitetin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində magistr təhsilini alıb. Elmi işi “XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda torpaq mülkiyyəti" (türkcə) adlanırdı. Təhsilini davam etdirərək Egey Universitetinin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində doktorantura təhsili alır. “1900-1978-ci illərdə Azərbaycanda şəhərləşmə və oturaq həyat" (türkcə) adlı dissiertasiya işini müdafiə edir. 2015-ci ildə Dosent Doktor adını alır. Dokuz Eylül Universiteti və İzmir İqtisadiyyat Universitetində müəllim işləmişdir. Kurban V. Russian-Turkish Relations from the First World War to the Present, Cambridge Scholars Publishing, Cambridge, 2017 Arxivləşdirilib 2017-06-11 at the Wayback Machine Kurban V. Neriman Nerimanov ve Türkiye Politikası.
Vəfa Rzayeva
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) (4 oktyabr 1975, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Ailəlidir, əkiz qızları var. 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Səltənət bəyim ("Hökmdar və qızı", İ. Əfəndiyev) Şirinin rəfiqəsi ("Fərhad və Şirin", S. Vurğun) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam" S. S. Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər…"R. Novruz) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan" İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı"O. İoseliani) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam"S. S. Axundov) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan"İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı" O. İoseliani) Leyla ("Mesenat" Ə. Əmirli) Zümrüd ("Eloğlu" A. Şaiq) Gəlin ("Uçqun", T. Cücenoğlu) Qloriya ("Qocanı öldürməliyik", C. Patrik) Pırpız Sona "Dəli yığıncağı" C. Məmmədquluzadə) və s. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Arzu Adam ol!
Vəfa Sultan
Vəfa Sultan (ərəb. وفاء سلطان‎), qızlıqda Vəfa Əhməd (d. 1958, Baniyas, Suriya) — sekulyar aktivist, psixoloq və islam tənqidçisi. Sultan sünni müsəlman ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunun onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Ancelesdə yaşayır. Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı.
Vəfa Təyyarqızı
Vəfa Zeynalova
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) (4 oktyabr 1975, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Ailəlidir, əkiz qızları var. 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Səltənət bəyim ("Hökmdar və qızı", İ. Əfəndiyev) Şirinin rəfiqəsi ("Fərhad və Şirin", S. Vurğun) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam" S. S. Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər…"R. Novruz) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan" İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı"O. İoseliani) Aynişan ("Burlaxatun" N. Xəzri) Zöhrə ("Eşq və intiqam"S. S. Axundov) Sonya ("Cinayət oyunu" N. Dostayevski) Bəyim ("Xurşidbanu Natəvan"İ. Əfəndiyev) Soqa ("Kaş araba aşmayaydı" O. İoseliani) Leyla ("Mesenat" Ə. Əmirli) Zümrüd ("Eloğlu" A. Şaiq) Gəlin ("Uçqun", T. Cücenoğlu) Qloriya ("Qocanı öldürməliyik", C. Patrik) Pırpız Sona "Dəli yığıncağı" C. Məmmədquluzadə) və s. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Arzu Adam ol!
Vəfa Şərifova
Vəfa Şərifova (4 yanvar 1990, Ağsu rayonu) — Azərbaycan müğənnisi. Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsu-da anadan olub. 1 yaşı olanda anasını itirib. Ailədə 3 uşaq olublar və onları nənə və babası böyüdüb. 11-ci sinfi bitirdikdən sonra Bakıya köçüblər. Müəllimi İntiqam Kərimov və Tacir Şahmalıoğlu olub.
Vəfa Əliyev
Əliyev Vəfa Xanoğlan oğlu 14 sentyabr 1953-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1974-cü ildə həmin institutda təhsilini başa vuraraq Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir. 1974–1982-ci illərdə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində müəllim və direktor müavini kimi fəaliyyət göstərmişdir. Həmin illərdə yerli "Araz" qəzetində elmi-nəzəri və publisistik məqalələrlə çıxış etmişdir. 1982–1985-ci illərdə "Bilik" Cəmiyyəti Füzuli rayon təşkilatının məsul katibi və rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışmışdır. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ilin sentyabr ayından 1987-ci ilin avqust ayına qədər Beyləqan şəhər orta məktəbində direktor müavini işləmişdir. 1987-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə baş müəllim seçilmişdir. 1991–1994-cü illərdə Universitetin "Ədəbiyyat və dillər" kafedrasında dosent, 1994–1997-ci illərdə elmi katib vəzifəsində çalışmışdır.
Xuraman Vəfa
Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə. Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. İki övladı var. Qızı — ali təhsilli hüquqşünas, Oğlu — ali təhsilli iqtisadçı və hüquqşünasdır. Eyni zamanda Polis Akademiyasını bitirib.
Zeynal Vəfa
Zeynal Vəfa (Zeynalov Zeynalabdin İsmayıl oğlu; 2 dekabr 1938, Naxçıvan – 14 mart 2024) — şair, publisist. Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M. T. Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957–1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963–1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969–1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980–1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982–1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987–1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990–1992), "Meydan" qəzetində baş redaktor (1992–1993) vəzifələrində çalışıb.
Əl-Əhli İK
Əl-Əhli — Misirin futbol klubu. 1907-ci ildə yaradılıb.
Mehdiqulu xan Vəfa
Mehdiqulu xan Vəfa və ya Mehdiqulu xan Usmiyev (d. 1855, Şuşa, Rusiya İmperiyası - ö. 1900, Tiflis, Rusiya İmperiyası) — ata tərəfdən qumuq əsilli azərbaycanlı hərbçi və şair. Ana tərəfdən Cavanşirlər və Qarabağ xanları nəslindən olan Xurşidbanu Natəvanın oğludur. Çar ordusunun podpolkovniki olmuş və Vəfa təxəllüsü ilə şerlər yazmışdır. == Həyatının erkən dönəmi == 1855-ci ildə Şuşa şəhərində qumuq əsilli general-mayor Xasay xan Usmiyevlə (1808-1866) şairə və Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın ailəsində dünyaya gəlmişdir. Ona ana babası Mehdiqulu xanın adı verilmişdir. 1859-cu ildə Şuşanı ziyarət etmiş Aleksandr Düma onun barədə bu sözləri demişdir: Bir fotoşəkli məlumdur. 1999-cu ildə Gürcüstan Dövlət Arxivindən əldə edilmiş foto şəklinin altında "1877-ci il, Dunay" yazılmışdır. == Hərbi karyerası == 1871-ci ildə hərbi xidmətə başlamış və elə həmin ildə də "Zati-aliləri İmperatoru 1871-ci ildə Tiflisdə qarşılamaya görə" medalı ilə mükafatlandırılmışdır.

Digər lüğətlərdə