Əhəri

Bu çörək növündən daha çox Güney Azərbaycanda istifadə edilir. Fikrimizcə, bu sözün əsasında Əhər toponimi durur və vaxtilə bu çörək növü Cənubi Azərbaycanın Əhərnəhərqidə daha çox bişirildiyinə görə belə ad almışdır. Mənbələrdə qeyd edilir ki, bu çörəyin bişirilməsində yumurta, un, zəncəfil, yoğurt, yağ, şəkər, doşabdan istifadə olunur. Bişirmək üçün un ilə yağ puk və ələ yapışmayan xəmir halına gələnə kimi qarışdırırlar. Sonra şəkərlə yumurtanı birlikdə əllə ovuşdurarlar, sonra doşabla zəncəfili, bir də turşumuş yoğurtu artıraraq qarışdırıb bütün bunlarla bir az boş xəmir düzəldərlər. Bir-iki saat bu xəmiri qoyurlar dincəlsin, sonra yayıb qəliblə girdə-girdə kəsib üzərinə bir-iki qaşıq doşabla qarışmış yumurta sarısını qatırlar. Nəhayət, bir çəngəl ilə bunların üstünə şəkil çəkib bişirərlər. Bu çörək məhərrəm və orucluqda bişirilir. (28, 306)
Ədviyə plovu
Ələyəzdi çəkmə
OBASTAN VİKİ
Fəxrəddin Cəbrayıl Əhəri
Fəxrəddin Cəbrayıl bin Əhməd Peykər Əhəri (?-?) — Eldənizlilər dövlətinin əmiri. == Həyatı == İbnül-Fuvatiyə görə "Təşkinül-Kəbir" adlı bir zatın oğlu olan hacib Fəxrəddin Cəbrail Əhəri haciblər soyuna mənsub idi. Hacib Fəxrəddin Cəbrailin Nurüddin Mikail adlı bir qardaşi də vardı. Hacib Fəxrəddin Cəbrail Azərbaycandakı Əhər, Əvrab, Mincarun qalaləri və bu qalalərin ətrafındakı bölgələrin hakimiydi. O, Eldənizlilərin Vəziri Rəbibüddin Əbül-Kasım Harunun yaxın arxadaşıydı. İbnül-Fuvati Fahrüddin Cəbrailin ölümündən sonra Şəmsüddin Əlişirin Azərbaycan Atabəylərinin sarayında hacibliğə təyin olunduğunu qeyd etmişdir. İbnül-Fuvatinin Məcmaül-Adabını tədqiq və nəşr edən Dr. Mustafa Cəvad "Təşkinül-Kəbir" adını şərh edərkən "bu ad Nuştəgini çağırıştırıyor və Nuştəgin, Əbu Nasr bin Cuhəyrin xidmətindəki əmirlərdəndi" şəklində qeyd düşmüşdür. Azərbaycanın coğrafyası və tarixinə bələd olmaması naşirin yanılmasına səbəb olmuşdur. Burada sözü edilən şəxs əslində "Təşkinül-Kəbir" deyil, Piştəkindir.
Qasım xan Əhəri
Qasım xan Hacı Həsən ağa oğlu Əhəri (1882-?) — həkim. Qasım xan Hacı Həsən ağa oğlu 1882-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Əhər şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Avropaya yollanmış, ali tibbi təhsil almışdı. İran Milli Məclisinin vəkili seçilmişdi. Azərbaycanın senatoru olmuşdu.
Şeyx Şəhabəddin Mahmud Əhəri
Şeyx Şəhabəddin Mahmud Əhəri (1180 – 1265) — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. Şeyx Şəhabəddin Mahmud Əhəri Azərbaycanın tanınmış ariflərindəndir. İlk təhsilini Molla Həsən Əhəridən alıb. Sonra Təbriz şəhərinə yollanıb "Vəhdətiyyə Sürxab" mədrəsəsində oxuyub. Bu mədrəsədə üç dəfə qırxgünlük riyazət edəndən sonra Socasa gedib Şeyx Rüknəddin Məhəmməd Sücasinin müridliyini qəbul etmişdi. Mükəmməl təhsildən sonra mürşidindən təriqət şeyxliyinin icazəsini alaraq Əhərə qayıtmışdı. Şeyx Şəhabəddin Mahmud mürşidinin qızı Xədicə Sultan xanımla həyat qurmuşdu. Şeyx Əli adlı oğlu vardı. Şeyx Şəhabəddin Mahmud Əhəri təriqət başçılığında ən ulu dərəcə olan "qütb" dərəcəsinə çatmışdı. Onun yaratdığı "Şəhabiyyə" təriqətinin sorağı bütün şərqə yayılmışdı.