Şeyx Şəhabəddin Mahmud Əhəri

Şeyx Şəhabəddin Mahmud Əhəri (11801265) — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi.

Şeyx Şəhabəddin Mahmud Əhəri
Şeyx Şəhabəddin Mahmud Əhəri
Doğum tarixi
Doğum yeri Əhər şəhəri
Vəfat tarixi
Vəfat yeri Əhər şəhəri

Şeyx Şəhabəddin Mahmud Əhəri Azərbaycanın tanınmış ariflərindəndir. İlk təhsilini Molla Həsən Əhəridən alıb. Sonra Təbriz şəhərinə yollanıb "Vəhdətiyyə Sürxab" mədrəsəsində oxuyub. Bu mədrəsədə üç dəfə qırxgünlük riyazət edəndən sonra Socasa gedib Şeyx Rüknəddin Məhəmməd Sücasinin müridliyini qəbul etmişdi. Mükəmməl təhsildən sonra mürşidindən təriqət şeyxliyinin icazəsini alaraq Əhərə qayıtmışdı.

Şeyx Şəhabəddin Mahmud mürşidinin qızı Xədicə Sultan xanımla həyat qurmuşdu. Şeyx Əli adlı oğlu vardı.

Şeyx Şəhabəddin Mahmud Əhəri təriqət başçılığında ən ulu dərəcə olan "qütb" dərəcəsinə çatmışdı. Onun yaratdığı "Şəhabiyyə" təriqətinin sorağı bütün şərqə yayılmışdı. Çoxlu müridlər, yol-təriqət ərənləri yetişdirmişdi. Sonradan məşhur olan şagirdlərinin arasında "Xəlvətiyyə" təriqətinin banisi, Şeyx Zahid Gilaninin mürşidi Şeyx Cəlaləddin Rumiin, "Mövləviyyə" təriqətinin yaradıcısı, Balə Həsən Benislinin mürşidi Şeyx Müinəddin Əsvabin, "Biramiyyə" təriqətinin yaradıcısı Baba Fərəc Vayqanlının adları var.

Şeyx Şəhabəddin Mahmud Əhərinin türbəsi

Əhər şəhərinin mənzərəli guşəsində Şeyx Şəhabəddin Mahmud Əhərinin türbəsi var.

شرح حال شیخ شهاب، موزه ادب و عرفان اهر، ۱۳۸۶ * ‎

سیری در احوال و آثارشیخ شهاب الدین محمود اهری عارف قرن هفتم،حسین دوستی،انتشارات مهرعلی،1377