ƏLBƏYAXA

1. is. Şiddətli dava, vuruşma; mübarizə.
[Kərim] bilirdi ki, əlbəyaxa vaxtı dəmadəm yaxınlaşır. S.Rəhimov.
Mən bu qara xəyallarla əlbəyaxa ikən, birdən, deyəsən, gözümə bir işıltı dəydi, yox oldu, yenə göründü. M.Rzaquluzadə.

□ Əlbəyaxa olmaq – bərk vuruşmaq, çarpışmaq; mübarizə etmək.
Çar hökumətinin siyasəti çarın işğal orduları ilə bizi əlbəyaxa olmağa məcbur etdi. M.S.Ordubadi.
Ər və arvad əlbəyaxa oldular. C.Məmmədquluzadə.
[Yusifin] cəbhədə keçirdiyi günlər, ölümlə əlbəyaxa olub, ad-san qazandığı vaxtlar gözünün qabağına gəldi. B.Bayramov.

2. sif. Şiddətli, amansız.
Əlbəyaxa çarpışma getdikcə şiddətlənirdi. Ə.Əbülhəsən.

□ Əlbəyaxa vuruş(ma) – silahsız halda və ya soyuq silahla aparılan döyüş.
Pilləkəndə əlbəyaxa vuruşma uzun çəkdi. Mir Cəlal.
Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa. Ə.Cəmil.

Əlbəyaxa vuruşmaq – birbirindən yapışmaq, şiddətli vuruşmaq.
Araz onlarla əlbəyaxa vuruşaraq təslim olmurdu. A.Şaiq.
Müşkünaz təkliklə əlbəyaxa vuruşur, bu təkliyi evdən qovub uzaqlaşdırmaq istəyirdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLBƏYAXA ƏLBƏYAXA [Döyüşçülərdən biri:] Budur, bax, kəndə girən yolda əlbəyaxa döyüş başlandı... (M.Hüseyn); DÖŞ-DÖŞƏ Mirhadi: On səkkiz yaşında oğlan əjdahala
  • ƏLBƏYAXA dava — vuruşma — mübarizə
ƏLBƏTTƏ
ƏLBİR
OBASTAN VİKİ
Əlbəyaxa döyüş
Əlbəyaxa döyüş — == Hərbi döyüşlər == Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s.Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. == İdman döyüşləri == Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri — boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s). Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb.
Gürzə ilə Əlbəyaxa (1984)
== Məzmun == Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar. Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur. Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.
Gürzə ilə əlbəyaxa (film, 1984)

Digər lüğətlərdə

задолжа́ть инвалю́та ископа́ть каланча́ котлообра́зно отбыва́ться отста́иваться богоявле́ние дерзнове́нный издыря́вливаться колок рассогласо́ванный aerosol bomb bring up driving-axle goosery sawmill tut благообразный насмешница несоизмеримость подмостки тишь тренировка шмякнуться