ƏNUŞİRƏVAN
ƏRBƏY
OBASTAN VİKİ
Xayril Ənvər
Xayril Ənvər həmçinin Xairil Ənvər (26.07.1922-ci il Medan, 28.04.1949-cu il Cakarta) — indoneziyalı şair və tərcüməçi olmuşdur. "45-ci il nəslinin" lideri idi. O, İndoneziya dilini rəsmidən qeyri-rəsmi danışıq dili ilə əvəz etmişdir. == Tərcümeyi-halı == Medanda anadan olub və orada orta məktəbi bitirib. 1940-cı ildə Cakartaya gəlir. Şair Cakartada xəstəxanada bilinməyən xəstəlikdən rəhmətə gedir. Cakartada Karet Bivak qəbirsanlığında basdırılır. == Şəxsi xüsusiyyətləri == HB Jassin qeyd edir ki, 1943-cü ildə sonuncu şeirini Pandji Pustaka'ya təqdim edərkən Ənvərın ilk təəssüratı "nazik, solğun və görünməmiş görüntü" idi. Onun gözləri "qırmızı, bir qədər çılpaq daha doğrusu boş idi, lakin həmişə bu gözlər düşüncə içində itirdi. Bəziləri bunu "sadəcə qayğıya ehtiyacı olduğu" kimi qələmə verirdilər.
Şezana Ənvər
Şezana Ənvər (21 avqust 1989) — Keniyalı oxatan. Şezana Ənvər Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmçinin həmin Olimpiya Oyunlarında Keniyanın bayrağını apardı. == Karyerası == Şezana Ənvər birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Ki Bo-Bae ilə üz-üzə gəldi. Həmin görüşdə Şezana Ənvər rəqibinə 1:7 hesabı ilə uduzdu.
Ənvər Şıxlinski
Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992, Bakı) — iqlimşünas alim, coğrafiya elmləri doktoru (1971), professor (1972), Əməkdar elm xadimi (1991), Azərbaycan EA-nın müxbir üzvü (1972). == Həyatı == Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1932-ci il­də Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İns­titutunu bitir­ib. 1933-cü ildə Lenin­qrad şəhərində (Sankt-Peterburq) Baş Geo­fizika Rəsədxanası nəzdində mütəxəssis-iqlimşünaslar hazırlayan ali kurs­larda təhsil alıb. == Əmək fəaliyyəti == Ənvər Şıxlinski əmək fəaliyyətinə Azərbaycan Hidrometeoroloji Xidmət İdarə­sində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində ça­lış­maqla başlayıb. O, 1932–1941-ci illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində çalışıb. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Ənvər Şıxlinski Coğrafiya İnstitutu yarandığı gündən orada müxtəlif vəzifələrdə çalışıb. 1948–1950-ci illərdə Coğrafiya İnstitutunun direktoru olub. 1954–1987-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş elmi işçi, iqlimşünaslıq şöbəsinin rəhbəri, 1959–1962-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib.
Ənvər Şıxəliyev
Ənvər Şıxəlizadə
Ənvər Şıxəlizadə (18 dekabr 1915, Şamaxı – 22 fevral 1975, Bakı) — Azərbaycan neftçi alimi, texnika elmləri doktoru (1962), professor (1964). == Həyatı == Şıxəlizadə Ənvər Əbdülrəhman oğlu 1915-ci il 18 dekabr tarixində Şamaxıda anadan olmuşdur. Atası, Şıxəlizadə Əbdülrəhman və anası Veyisova Əminə Hayı Veyis qızı olmuşlar. Aprel işğalı zamanı Şıxəlizadə ailəsi öz doğma yerlərini tərk etməyə məcbur olmuşdur. Bakıya köçən zaman valideynləri- Əbdülrəhman bəy və Əminə xanım həlak olurlar. Valideynlərini itirən Ənvər böyük qardaşlarının himayəsi altına düşür. 1922-ci ildə Ənvər Bakı şəhəri Oktyabr rayonu 136 saylı orta məktəbə daxil olmuşdur. Natamam orta təhsil alaraq 1932-ci ildə"Akni" işçi fakültəsinə daxil olur və 1934-cü ildə oranı bitirərək M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunun neft-mexanika fakültəsində təhsil almağa başlayır. İnstitutda təhsil aldığı illər ərzində öz bitirdiyi 136 saylı məktəbdə əvvəlcə fizika-kimya laboratoriyasında laborant, daha sonra yuxarı siniflərin rəsmxət müəllimi kimi işləyir. 1940-ci ildə institutda tam ali təhsil kursunu bitirdikdən sonra Ali Attestasiya Komitəsi ona L. Şmidt adına zavoda təyinat verir və o burada 1941-ci ilə qədər texniki şöbənin mexaniki konstruktor mühəndisi vəzifəsində işləyir.
Ənvər Əbluc
Ənvər Abbasqulu oğlu Əbluc (6 yanvar 1947, Jdanov) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006), Prezident təqaüdçüsü (2018-ci ildən). == Həyatı == Ənvər Əbluc 1947-ci ilin yanvar ayının 6-da Beyləqan (keçmiş Jdanov rayonu) İran Azərbaycanından olan siyasi mühacir ailəsində anadan olmuşdur. 1953-cü ildə məktəbə getmiş, 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1973-cü ildə isə Moskvada Ümumiittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirmişdir. 7 bədii, 18 sənədli filmə ekran həyatı vermişdir. Quruluş verdiyi "Qara gölün cəngavərləri" adlı bədii filmi 1985-ci ildə Minsk şəhərində keçirilən Ümumittifaq kinofestivlında xüsusi mükafata və diploma layiq görülmüş, Qarabağ müharibəsindən bəhs edən "Ağ atlı oğlan" filmi İran İslam Respublikasında Beynəlxalq Uşaq filmləri festivalında, "Məhəmməd Biriya" sənədli filmi İsveç Krallığında keçirilən Beynəlxalq kinofestivalında iştirak etmiş, "Tərsinə çevrilən dünya" bədii filmi isə 2012-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Polis filmləri festivalında diploma layiq görülmüşdür. 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissor sənətindən dərs deyir. Dublyaj sahəsində də xidmətləri var. Əməkdar incəsənət xadimidir (2006). 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Aktyor Həsən Əblucun qardaşıdır.
Ənvər Əfəndiyev
Ənvər Zəkəriyyə oğlu Əfəndiyev (18 noyabr 1965, Qaşqaçay, Qax rayonu) — Azərbaycan ordusunun ehtiyata buraxılmış general-leytenantı, Birinci Qarabağ müharibəsinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı, və Quru Qoşunlarının keçmiş komandanı. == Həyatı == Ənvər Əfəndiyev 18 noyabr 1965-ci ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub. === Təhsili === 1983-cü ilə qədər Qax rayonu Qaşqaçay kənd orta məktəbində təhsil alıb. Elə həmin il Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olmuşdur. 1987-ci ildə hərbi təhsilini uğurla başa çatdıraraq Sovet Ordusunun tərkibində Kiyev hərbi dairəsində taqım komandiri vəzifəsinə təyinat almışdır. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 1999–2000-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini bitirmişdir. == Hərbi xidməti == 1987–1989-cu illərdə Kiyev hərbi dairəsində taqım və bölük komandiri xidmət etdiyi müddətdə 1988-ci ildə üç aylıq müddətə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Çernobıl şəhərinə yollanıb. 1989–1992-ci illərdə Monqolustanda dislokasiya olunan Sovet qoşunlarının tərkibində bölük komandiri və taborun qərargah rəisinin müavini kimi xidmət edib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir. Azərbaycan Ordusunda xidmətə başladığı ilk vaxtlardan etibarən Birinci Qarabağ müharibəsində Ağdam-Ağdərə istiqamətində tabor komandiri, alay komandirinin müavini kimi döyüşlərdə birbaşa iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır.
Ənvər Əhməd
Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu; 8 avqust 1943, Salmanbəyli, Ağcabədi rayonu – 17 fevral 2022, Ağcabədi rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001). == Həyatı və təhsili == Ənvər Əhməd 1941-ci il avqustun 8-də Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirmişdir (1961).Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1963–1968)."M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir (1982). Hazırda AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır. == Əmək fəaliyyəti == "Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunmuşdur. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir (1961–1962). Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968–1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976–1994) işləmişdir. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994–2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000–2002) olmuşdur. Sonuncu iş yeriAzərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilmişdir (1991).
Ənvər Əlibəyli
Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. == Həyatı == Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilini əvvəl Tibb Texnikumunda, sonra ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nUn Filologiya fakültəsində almışdır. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir. İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdır. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdir. == Yaradıcılığı == Döyüşlərin birində ağır yaralanaraq Bakıya qayıdan Ənvər Əlibəyli bir müddət "Vətən uğrunda" jurnalında məsul katib kimi çalışmış, Azərbaycan KP MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. 40-cı illərin sonlarında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948–1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı "Ədəbiyyat qəzetinin" redaktoru vəzifəsini icra etmişdir.
Ənvər Əlibəyov
Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. == Həyatı == Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilini əvvəl Tibb Texnikumunda, sonra ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nUn Filologiya fakültəsində almışdır. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir. İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdır. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdir. == Yaradıcılığı == Döyüşlərin birində ağır yaralanaraq Bakıya qayıdan Ənvər Əlibəyli bir müddət "Vətən uğrunda" jurnalında məsul katib kimi çalışmış, Azərbaycan KP MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. 40-cı illərin sonlarında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948–1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı "Ədəbiyyat qəzetinin" redaktoru vəzifəsini icra etmişdir.
Ənvər Əlixanov
Ənvər Nəzər oğlu Əlixanov (17 (30) aprel 1917, Bakı – 31 iyul 1992, Bakı) — Azərbaycan SSR Nazirlər Sovetinin sədri, geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Ənvər Nəzər oğlu Əlixanov 1917-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. O, 1924-cü ildə Bakı şəhəri 19 saylı natamam orta məktəbə get-miş, məktəbi müvəffəqiyyətlə bitirib 1931-ci ildə Bakı şəhəri Sabunçu qəsəbəsindəki texnikuma daxil olmuşdur. Ə. Əlixanov 1934-cü ildə texnikumu bitirib texnik-geoloq peşəsinə yiyələnir. O, gənc texnik-geoloq kimi Zığda neft mədənlərində əmək fəaliyyətinə başlayır, 1936-cı ilin sentyabrına kimi burada çalışır. 1936–1941-ci illərdə Ə. Əlixanov Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) kəşfiyyat-geologiya fakültəsinin tələbəsi olmuş, 1941-ci ilin mayında institutu bitirib mədən mühəndis-geoloqu ixtisasını almışdır. Ə. Əlixanov institutu bitirdikdən sonra Kaqanoviçneft trestinin 3-cü mədəninə geoloq göndərilir. Burada bir neçə ay işlədikdən sonra orduya çağırılır. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsində cəbhədə döyüşmüşdür. O, əvvəl Tbilisi şəhərindəki topçuluq məktəbində oxumuş və leytenant rütbəsi almışdır.
Ənvər Əliyev
Ənvər Abbas oğlu Əliyev (25 yanvar 1951, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Ənvər Abbas oğlu Əliyev 25 yanvar 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır. Ənvər Əliyev aqrar elmlər üzrə fəlsəfə doktoru və dosentdir. O, hal-hazırda AMEA Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi daşımaqdadır. == Siyasi fəaliyyəti == Ənvər Əliyev Meydan Hərəkatının fəallarından və təşkilatçılarından biri olmuşdur. Ənvər Əliyev 26 sentyabr 1992-ci ildə yaradılan Vətəndaş Həmrəyliyi Partiyasının təsisçilərindən və partiya Ali Məclisinin ilk üzvlərindən biri olmuşdur. Ənvər Əliyev 2002-ci ildən MSK üzvü kimi fəaliyyət göstərdiyi üçün partiya sıralarından istefa vermişdir. === Mərkəzi Seçki Komissiyasında === Ənvər Əliyev 28 iyun 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir. Ənvər Əliyev 13 iyun 2003-cü ildə növbəti dəfə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.
Ənvər Əsfəndiyarov
Ənvər Əsfəndiyarov (başq. Әнүәр Зәкир улы Әсфәндиәров; 15 may 1934 — 4 fevral 2014) — sovet və rus tarixçisi, Tarix elmləri namizədi (1970), professor, Salavat Yulayev ordeni kavaleri (2004). == Bioqrafiyası == 15 may 1934-cü ildə Başqırd MSSR Baymak rayonu, Çingiz kəndində anadan olmuşdur. Anası o hələ uşaq ikən vəfat etmişdir. Atası isə Voronej cəbhəsində itkin düşmüşdür. Ənvər Baymak rayonunda olan uşaq evində böyümək məcburiyyətində qalmışdır. 1953-cü ildə Ufa şəhəri № 9 orta məktəbdə təhsil almışdır. 1958-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1958—1965-ci ildə Ufa çəhər 1 saylı məktəb-internatında dərs demişdir. 1965-ci ilin yanvarından noyabra qədər Başqırdıstan Dövlət Tibb Universitetində dərs demişdir.
Ənvər Əsgərov
Ənvər Əsgərov (1 may 1940, Qutqaşen – dekabr 2014) — Sovet və Azərbaycan rəssamı, 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycanın əməkdar rəssamı, Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı. Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrə və ABŞ-də şəxsi kolleksiyalarda saxlanılır. == Bioqrafiya == Ənvər Əsgərov 1 may 1940-cı ildə Qəbələdə anadan olmuşdur. İlk peşəkar təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov və Lətif Feyzullayev kimi rəssamlardan almışdır. Daha sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunu bitirmişdir. 1968-ci ildən Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Sultan Məhəmməd mükafatına layiq görülüb. 2000-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür. Ənvər Əsgərovun yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olmuşdur. Lakin onun yaratdığı Bakının neftçıxarma şəhəri simaları o qədər lirik və zərif idilər ki, rəssamın əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edirdilər.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970–1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloq Ənvər Xudiyev — Ənvər Şıxəlizadə — Kəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Ənvər Abbasov
Ənvər Abbasov (2 iyun 1985, Ağdam rayonu) — rejissor, aktyor, ssenarist, redaktor. == Həyatı == Ənvər Abbasov 2009-cu ildən fəaliyyət göstərən Bacanaqlar komediyasının ssenari müəlliflərindən biri olmuşdur. 2015-ci ildən isə filmdən ayrılmışdır, filmin ssenarisini Ramin Hacıyev, Tərlan-Nur Yaşar yazmışdır. İlk dəfə Emil Abdullayevin rejissorluq etdiyi My Name is İntiqam filmi 2014-cü ildə çəkilmişdir. Bu filmin ssenarisini Fariz Əliyev, Ənvər Abbasov, qələmə almışdır. 2015-ci ildə isə filmin 2 ci hissəsi çəkilmişdir. Bu filmi İlham Yaşaroğlu çəkmişdir. Bu filmdə ssenari 4 insanın qələmindən keçmişdir: İlham Yaşaroğlu, Fariz Əliyev, Ənvər Abbasov. 2015 ci ildə isə Kənan Mahmudovun rejissorluq etdiyi Ay Brilliant komediyasının ssenari müəllifi olmuşdur. 2014 cü ildə "Qız Atası" komediyasının redaktoru və ssenari müəllifidir.
Ənvər Abican
Ənvər Abican (Abicanov) (əsl adı Ənvərcan Obitcanov; 25 yanvar 1947, Fərqanə – 11 aprel 2020, Daşkənd) — Özbəkistan-sovet jurnalisti, şairi, fantastika yazıçısı. 1998-ci ildə Özbəkistanın xalq şairi adına layiq görülmüşdür. 2020-ci ildə vəfat etmişdir. == Əsərləri == === Kitabları === Аламазон и его пехота: Фантастическая повесть (60000 nüs.). Ташкент: Ёш гвардия. Пер. с узб. О. Ипатова. 1984. Грозный Мешпалван: Сказки, приключения, фантастика (75000 nüs.).
Ənvər Almaszadə
Ənvər Hacağa oğlu Almaszadə (27 avqust 1918, Bakı – 6 mart 2007, Bakı) — Azərbaycanın teatr rəssamı, qrafik, Azərbaycan SSR əməkdar rəssamı (1964). == Həyatı == Ənvər Almaszadə 27 avqust 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildən rəssam kimi fəaliyyət göstərmiş AOBT-da Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasına və "Leyli və Məсnun" operasına tərtibat vermiş, geyim eskizləri hazırlamışdır. 29 iyun 1964-cü ildə Azərbaycan SSR əməkdar rəssamı fəxri adı ilə təltif olunub. Ənvər Almaszadə 6 mart 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Həmçinin bax == Qəmər Almaszadənin qardaşıdır.
Ənvər Altaylı
Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. == Ailəsi == Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. == Təhsili == 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. == Karyerası == 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır.
Ənvər Arazov
Ənvər Talış oğlu Arazov (2 dekabr 1953, Kirovabad – 2 noyabr 1992, Sırxavənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı. == Döyüşlərdə iştirakı == Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib.
Ənvər Bariyev
Ənvər Rza oğlu Barıyev (2 oktyabr 1964, Əli-Bayramlı) 2 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əli Bayramlı (Şirvan) şəhərində anadan olmuşdur. O, 1985-ci ildə SSRİ DİN-in Lvovdakı yanğınsöndürmə üzrə texniki məktəbini əla qiymətlərlə bitirdikdən sonra Minskdə yanğından mühafizə şöbəsində mühəndis, daha sonra Belorusiya SSR DİN yanğından mühafizə İdarəsində mühəndis işləmişdir. Ənvər müəllim 1991-ci ildə keçmiş SSR DİN-in Ali Mühəndis Yanğınsöndürmə Texniki Məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1991–1996-cı illərdə Belorusiya DİN Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsinin Respublika Praktiki Mərkəzində baş elmi işçi, sonra rəis müavini işləmişdir. 1996-cı ildə ona böyük etimad göstərilir. Ə. Bariyev MDB üzrə Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsi rəisinin 1-ci müavini təyin olunur. 2000-ci ildə Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasını əla qiymətlərlə bitirən istedadlı həmyerlimiz Belorusiya Respublikası fövqəladə hallar nazirinin 1-ci müavini təyin edilir. O, 29 dekabr 2004-cü ildə isə fövqəladə hallar naziri vəzifəsini icra edir. Ə. Bariyev 22 mart 2005-ci ildən — 2011-ci ilə kimi Belorusiya fövqəladə hallar naziri işləmişdir.
Ənvər Bayramov
Ənvər Rza oğlu Bayramov (15 avqust 1939, Kiçik Məzrə, Basarkeçər rayonu – 30 mart 2015, Gəncə) — Azərbaycan Texnologiya Universiteti mexanika kafedrasının professoru. == Həyatı == Ənvər Bayramov 15 avqust 1939-cu ildə Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Atası İsmayılov Rza Bayram oğlu 1941-ci ildə Boyük Vətən Müharibəsinə getmiş və 25 yaşında həlak olmuşdur. Anası İsmayılova Sura Hüseyn qızı 23 yaşında dul qalaraq iki övladını böyütmüş, 1980-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Ə. Bayramov 1947-ci ildə Basarkeçər rayon Balaməzrə kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1952-ci ildə Ə. Bayramovun ailəsi başqa qohum-əqrabaları ilə birlikdə Azərbaycan SSR-in Tərtər rayonuna deportasiya olunub və o təhsilini Tərtər rayon Cəmilli kənd orta məktəbində davam etdirib və 1957-ci ildə həmin məktəbi bitirib. 1958-ci ildə Ə. Bayramov Nuxa toxuculuq texnikumuna qəbul olunaraq həmin texnikumu 1961-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1961-ci ildə Daşkənd Toxuculuq Institutunun mexanika fakültəsinə daxil olur. O, əyani şöbədə əla qiymətlərlə oxumaqla yanaşı 1961-1966-cı illərdə «Узбекхлопкомаш» zavodunda frezerçi, institutun qrafika kafedrasında baş laborant, təchizatçı, «Таджиктекстильмаш» zavodunda mühəndis-konstruktor vəzifələrində işləmişdi. İnstitutun rektoru akademik M.A.Xadjinova Nuxa ipək kombinatına Bayramov Ənvərin nümunəvi tələbə olması haqda razılıq məktubu yazmışdı və həmin məktub Nuxa şəhərinin "İpəkçi" qəzetində dərc olunmuşdu.
Ənvər Behbudov
Ənvər Məcid oğlu Behbudov (20 mart 1912, Şuşa – 18 mart 1993, Moskva) — RSFSR xalq artisti (1965), rejissor, bədii rəhbər. == Həyatı == Ənvər Məcid oğlu 20 mart 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirmiş (1942), Ulyanovsk (1944–1946), Xabarovsk (1946–1948), Novosibirsk (1948–1954) teatrlarında rejissor və bədii rəhbər olmuşdur. V. Kaçalov adına Böyük Dram Teatrında (Kazan, 1954–1959) və M. Qorki adına Dram Teatrında (Rostov, 1959–1964) baş rejissor işləmişdir. "Tüfəngli adam" (N. Poqodin), "Oyanmış torpaq" (M. Şoloxov), "Ölü canlar" (N. Qoqol), "Məhəbbət haqqında 104 səhifə" (E. Radzinski) və s. tamaşaların quruluşunu vermişdir. 1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor işləmiş, "Koroğlu" operasını tamaşaya qoymuşdur. 1969-cu ildən Azərbaycan Rus Dram Teatrının baş rejissoru olmuşdur; Ə. Behbudov burada "Altı iyul" (1970, M. Şatrov), "Kənar adam" (1972, M. Dvoretski), "Öz yolunla" (1973, R. İbrahimbəјov), "Sən yanmasan" (1974, N. Xəzri), "Ötən yay Çulimskdə" (1975, A. Vampilov), "Bir iflasın protokolu" (1976, A. Gelman) və s. əsərləri tamaşaya qoymuşdur. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, həmçinin, medallarla təltif edilmişdir.
Ənvər Bikçentayev
Ənvər Bikçentayev (tam adı: Ənvər Qadeyeviç Bikçentayev; başq. Әнүәр Һаҙый улы Бикчәнтәев; d. 4 oktyabr 1913, Ufa – 18 may 1989, Ufa) — başqırd sovet yazıçısı. == Həyatı == 4 oktyabr 1913-cü ildə Ufada anadan olmuşdur. 1921-ci ildə ailəsi Orenburqa köçmüşdür. 1928-1931-ci illərdə Orenburqda pedaqoji texnikumda təhsil almışdır. Texnikumu bitirdikdən sonra Arxangelskə tatarlarla işləməyə göndərilmişdir. 1931-1932-ci illərdə tatar məktəbində direktor müavini olmuşdur. 1935-1936-cı illərdə Qızıl Orduda xidmət etmişdir. 1941-ci ildə Başqırdıstan Pedaqoji İnstitutunu, 1956-cı ildə isə Moskvadakı Ali ədəbiyyat kurslarını bitirmişdir.
Ənvər Fərəcov
Ənvər Fərəcov (28 iyun 1952, Sarov, Qasım İsmayılov rayonu – 11 sentyabr 1991, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır. 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. == Döyüşlərdə iştirakı == 18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır.
Hacı Ənvər Vəliyev
Vəliyev Ənvər Əliyulla oglu (14 may 1945, Bakı – 23 may 2023) — Azərbaycan aktyoru, qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi. == Həyatı == Ənvər Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş. 1951-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbə daxil olub 1960-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutuna Dram-Kino fakültəsi üzrə daxil olmuş və 1973-cü ildə həmin inisitutunu bitirmişdir. Elə həmin ildən uzun illər həmin universitetdə saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti idi. 2023-cü ilin mayında vəfat etmişdir.
İlham Ənvəroğlu
İlham Ənvəroğlu ( Əhmədov İlham Ənvər oğlu; d.1975 - Azərbaycan SSR, Ağcabədi şəhəri) - Türkiyədə çalışan tanınmış azərbaycanlı rəssam,dizayner,sənətşünas alim,Səlcuq Universitetinin professoru == Həyatı == İlham Ənvər oğlu Əhmədov 27 may 1970-ci ildə Ağcabədi şəhərində şair, filoloq alim Ənvər Əhmədin ailəsində anadan olmuşdur. == Təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə aldıqdan sonra 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olmuşdur.1998-ci ildə Türkiyədə Konya şəhərində Səlcuq Universitetində incəsənət fakültəsində təhsil işçisi olaraq çalışmışdır.2000-ci ildə Səlcuq Universiteti İctimai Elmlər İnstitutunda “rəsm təhsili fundamental elm sahəsi” üzrə magistr adını qazanmışdır. == Əmək fəaliyyəti == Səlcuq Universiteti incəsənət fakültəsində müəllim olaraq fəaliyyətə başlamışdır.Hazırda Türkiyədə Konya şəhərində Səlcuq Universitetində dosent olmaqla Gözəl sənətlər (incəsənət) fakültəsində "endüstri ürünləri tasarım bölümü"nün başkanıdır (sənaye məhsulları dizaynı kafedrasının müdiridir). == İştirak etdiyi sərgilər == Rəssam İlham Ənvəroğlu 50-dən çox milli və beynəlxalq sərgilərdə iştirak etmişdir. Bakıda (1995), Konyada (1996, 1997, 1999, 2003, 2005, 2007), Adanada (2006), Bodrumda (2008, 2010), İstanbulda (2009, 2010), Ankarada (2001, 2002, 2003, 2007), Eskişehirdə (2010), Samsunda (2000), Malatyada (2005, 2006), Kayseridə (2006) və Bursada (2007) fərdi sərgiləri rəssamın əsərləri uğurla nümayiş etdirilmişdir.2006-cı ildə 67-ci Dövlət rəsm və heykəl sərgisində, 2008-ci ildə “Kempinski sənət günləri” sərgisində birincilik mükafatına layiq görülmüşdür. İ.Ənvəroğlu 2010-cu ildə Balaton – Szalon Kiçikhəcmli işlər Biennalında böyük mükafatla təltif olunmuşdu. UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının (AİAP ) üzvüdür.İ.Ənvəroğlu “Aman ovçu”, “Şaman”, “Kutsal şehirler”, Cənnət quşu” və digər məşhur əsərlərin müəlifidir. Həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən mərasimdə rəssamın 30 işi nümayiş etdirilib Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi olub.
Şeyx Ənvər ül-Haqq
Şeyx Ənvər ül-Haqq (11 may 1917, Calandhar[d], Britaniya Hindistanı – 3 mart 1995, Lahor) — 23 sentyabr 1977-ci il tarixindən 25 mart 1981-ci il tarixinə kimi (istefaya qədər) Pakistanın 9-cu Baş hüquqşünas vəzifəsini icra edən Pakistan hüquqşünası və akademik. O, Lahordakı Pəncab Universitetində iqtisadçı olaraq təhsil almış, 1944-cü ildə Britaniya Hindistanında bələdiyyə idarəçiliyinə rəhbərlik etmək üçün təyin edilmiş bir məmur olaraq Hindistan Dövlət Xidmətinin məmuru olaraq çalışmışdır. 1947-ci ildə Britaniya Hindistanının bölünməsi nəticəsində Pakistanın müstəqillik qazandı.Sonradan o, 1957-ci ildə Sind Ali Məhkəməsinin hakimi olaraq yüksəldildi. 1962-ci ildə Ali Məhkəmədə vəzifə almaq üçün namizəd oldu və 1971-ci ildə Pakistan Ali Məhkəməsinin baş hakimi vəzifəsinə təyin olunmadan əvvəl 1970-ci ildə Lahor Ali Məhkəməsinin baş hakimi təyin edildi.
Şəhid Ənvər Paşa (roman)
Şəhid Ənvər Paşa (türk. Şehit Enver Paşa) — Nevzat Kösoğlunun Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər Paşadan bəhs edən son kitabı. Nevzat Kösoğlunun son kitabı olan “Şəhid Ənvər Paşa” ilk dəfə 2008-ci ildə “Ötükən” nəşriyyatında işıq üzü görüb. 2019-cu ilə qədər 7 dəfə təkrar nəşr olunub. Əsər Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış türk hərbçisi və siyasi xadim Ənvər Paşanın həyat və fəaliyyətinə həsr olunub. Kitab müəllifin uzun müddət davam edən araşdırmaları nəticəsində ərsəyə gəlib, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. == Məzmun == Osmanlının tənəzzülü də təşəkkülü kimi bir dastandır. Tənəzzülün qəhrəmanları olan nəslin bayraqdarı Ənvər Paşadır. Onların varlığı ilə imperiyanın tənəzzülünü birlikdə düşünmək çaşdırıcıdır və haqsızlıq kimi görünər. Onların ürəkləri dağ kimi idi; xəyalları da həmçinin...
Əli Ənvəri-Əbivərdi
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. == Həyatı == Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. == Yaradıcılığı == Mühəmməd Vakidi (740–823) xəlifə Ömərin zamanında, təqribən 638–639-cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan "Düsturnamə" əsərində də yer almaqdadır. Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. == Hekayət == Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Ənvər İsmayılov (memar)
Ənvər Ələkbər oğlu İsmayılov (10 aprel 1916, Tiflis – 25 aprel 1988, Bakı) — Azərbaycan-sovet memarı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsi sədrinin birinci müavini (1959–1988), müavini (1955, 1955–1957, 1958–1959), Azərbaycan SSR tikinti nazirinin müavini (1957–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi (1951–1953, 1953–1955), Azərbaycan SSR kommunal təsərrüfatı və mənzil-mülki tikinti nazirinin müavini (1953), SSRİ Arxitektorlar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan SSR əməkdar mühəndisi (1962), SSRİ Nazirlər Sovetinin mükafatı laureatı (1972). == Həyatı == Ənvər Ələkbər oğlu İsmayılov 10 aprel 1916-cı ildə Tiflis şəhərində anadan olmuşdur. O, 1928–1933-cü illərdə texnikumda təhsil almış, 1933–1939-cu illərdə Azərbaycan Sənaye İnstitutunun memarlıq-tikinti fakültəsində təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra memar kimi əmək fəaliyyətinə "Azərdövlətlayihə" institutunda başlamışdır. Qısa müddət ərzində o, əvvəlcə layihə institutunun baş mühəndisi, sonra isə yaşayış-mülki binaların layihələndirilməsi şöbəsinin müdiri vəzifələrinə çalışmışdır. 1942–1944-cü illərdə Ənvər İsmayılov Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının idarə rəisi olmuşdur. 1944–1945-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yanında Arxitektura İşləri İdarəsinin yaşayış-mülki binalar və yaşayış məskənləri tikintisi şöbəsinin rəisi işləmişdir. Ənvər İsmayılov 1945-ci ildə "Azərdövlətarxitekturalayihə" institutuna qayıtmış, 1951-ci ilədək bu müəssisənin müdiri olmuşdur. Ənvər İsmayılov 1951–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi kimi fəaliyyət göstərmişdir. O, 1953-cü ilin iyunun 1-dən dekabrın 1-dək Azərbaycan SSR kommunal təsərrüfatı və yaşayış-mülki tikinti nazirinin müavini vəzifəsində çalışmış, 1 dekabr 1953 – 1 aprel 1955-ci illərdə yenidən Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi olmuşdur.
Ənvər İsmayılov (musiqiçi)
Ənvər Sərvər oğlu İsmayılov (ukr. Енвер Серверович Ізмайлов, krımtat. Enver Server oğlu İzmaylov; d. 12 iyun 1955, Kirquli, Fərqanə, Özbəkistan SSR, SSRİ) — Krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, virtuoz gitaraçı, "teppinq" gitara texnikasının məşhur təbliğatçısı, İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Beynəlxalq Gitara Yarışmasının birincilik mükafatının laureatı (1995), çoxsaylı diplom və mükafatların sahibi, Ukrayna Caz Assosiasiyasının Rəyasət Heyətinin üzvü (1995). == Bioqrafiya == Ənvər İsmayılov 12 iyun 1955-ci il tarixində Özbəkistanın Fərqanə şəhərində anadan olmuşdur. Onun ailəsi Krım tatarlarının deportasiyası zamanı 1944-cü ildə Krımdan Özbəkistana deportasiya edilmişdir. Yerli bir incəsənət məktəbindən faqot sinfində məzun olduqdan sonra, o, müstəqil olaraq elektrogitaranı məsimsəməyə və ifa etməyə başlamışdır. 1980-ci illərdə o, «Sato» adlı bir caz-rok qrupunun üzvü olmuşdur. Ənvər İsmayılov 1990-cı illərdə Fontan adlı mənzərəli bir kəndə köçmüşdür (hal-hazırda Simferopol şəhərinin ətrafında yerləşən bir məhəllə). O, burada öz dədə-babalarının – Krım tatarlarının musiqi folklorunu öyrənməyə başlamışdır.
Ənvər Şıxlinski (coğrafiyaçı)
Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992, Bakı) — iqlimşünas alim, coğrafiya elmləri doktoru (1971), professor (1972), Əməkdar elm xadimi (1991), Azərbaycan EA-nın müxbir üzvü (1972). == Həyatı == Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1932-ci il­də Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İns­titutunu bitir­ib. 1933-cü ildə Lenin­qrad şəhərində (Sankt-Peterburq) Baş Geo­fizika Rəsədxanası nəzdində mütəxəssis-iqlimşünaslar hazırlayan ali kurs­larda təhsil alıb. == Əmək fəaliyyəti == Ənvər Şıxlinski əmək fəaliyyətinə Azərbaycan Hidrometeoroloji Xidmət İdarə­sində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində ça­lış­maqla başlayıb. O, 1932–1941-ci illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində çalışıb. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Ənvər Şıxlinski Coğrafiya İnstitutu yarandığı gündən orada müxtəlif vəzifələrdə çalışıb. 1948–1950-ci illərdə Coğrafiya İnstitutunun direktoru olub. 1954–1987-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş elmi işçi, iqlimşünaslıq şöbəsinin rəhbəri, 1959–1962-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib.
Ənvəri
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. == Həyatı == Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. == Yaradıcılığı == Mühəmməd Vakidi (740–823) xəlifə Ömərin zamanında, təqribən 638–639-cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan "Düsturnamə" əsərində də yer almaqdadır. Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. == Hekayət == Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Ənvər Abbasov (dəqiqləşdirmə)
Ənvər Abbasov (pedaqoq)
Ənvər Süleyman oğlu Köçərli
Ənvər Süleyman oğlu Köçərli — biologiya elmləri namizədi (1966), Eksperimental Kolbasa-Konserv Zavodunun direktoru (1971-1982), Elmi tədqiqat institutunda baş elmi işçi və laboratoriya müdiri (1982-1989), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparıcı elmi işçi–ekspert (1989-2008). == Həyatı == Ənvər Süleyman oğlu Köçərli 1934-cü il yanvar ayının 10-da Gədəbəy rayonunun İsalı kəndində doğulub. 1952-ci ildə Bakı Feldşerlik Texnikumunu, 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1959-cu ildən 1964-cü ilə qədər Gədəbəy və Masallı rayonlarında fəaliyyət göstərmiş, əldə etdiyi nəzəri bilikləri təcrübəyə tətbiq etmişdir. O, 1963-cü ildə Azərbaycan EA Zoologiya İnstitutunun aspiranturasına daxil olub. 1966-cı ildə dissertasiya müdafiə edərək biologiya elmlər namizədi elmi adı almışdır. Qafqazda miqyasına görə ən böyük və ixtisaslaıdırılmış Mərdəkan Quşçuluq Fabrikinin yaradılması Ənvər Köçərlinin rəhbərliyi altında qısa müddətdə uğurla yerinə yetirilmişdir. 1971-1982-ci illərdə Eksperimental Kolbasa-Konserv Zavodunun direktoru vəzifəsində işləmişdir. Dövlət tərəfindən orden, diplom və fəxri fərmanlarla təltif edilmişdir. 1982-1989-cu illərdə Elmi tədqiqat institutunda baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Значение слова в других словарях