İlham Ənvəroğlu
İlham Ənvəroğlu ( Əhmədov İlham Ənvər oğlu; d.1975 - Azərbaycan SSR, Ağcabədi şəhəri) - Türkiyədə çalışan tanınmış azərbaycanlı rəssam,dizayner,sənətşünas alim,Səlcuq Universitetinin professoru
İlham Ənvər oğlu Əhmədov 27 may 1970-ci ildə Ağcabədi şəhərində şair, filoloq alim Ənvər Əhmədin ailəsində anadan olmuşdur.
Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə aldıqdan sonra 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olmuşdur.1998-ci ildə Türkiyədə Konya şəhərində Səlcuq Universitetində incəsənət fakültəsində təhsil işçisi olaraq çalışmışdır.2000-ci ildə Səlcuq Universiteti İctimai Elmlər İnstitutunda “rəsm təhsili fundamental elm sahəsi” üzrə magistr adını qazanmışdır.
Səlcuq Universiteti incəsənət fakültəsində müəllim olaraq fəaliyyətə başlamışdır.Hazırda Türkiyədə Konya şəhərində Səlcuq Universitetində dosent olmaqla Gözəl sənətlər (incəsənət) fakültəsində "endüstri ürünləri tasarım bölümü"nün başkanıdır (sənaye məhsulları dizaynı kafedrasının müdiridir).
Rəssam İlham Ənvəroğlu 50-dən çox milli və beynəlxalq sərgilərdə iştirak etmişdir. Bakıda (1995), Konyada (1996, 1997, 1999, 2003, 2005, 2007), Adanada (2006), Bodrumda (2008, 2010), İstanbulda (2009, 2010), Ankarada (2001, 2002, 2003, 2007), Eskişehirdə (2010), Samsunda (2000), Malatyada (2005, 2006), Kayseridə (2006) və Bursada (2007) fərdi sərgiləri rəssamın əsərləri uğurla nümayiş etdirilmişdir.2006-cı ildə 67-ci Dövlət rəsm və heykəl sərgisində, 2008-ci ildə “Kempinski sənət günləri” sərgisində birincilik mükafatına layiq görülmüşdür. İ.Ənvəroğlu 2010-cu ildə Balaton – Szalon Kiçikhəcmli işlər Biennalında böyük mükafatla təltif olunmuşdu. UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının (AİAP ) üzvüdür.İ.Ənvəroğlu “Aman ovçu”, “Şaman”, “Kutsal şehirler”, Cənnət quşu” və digər məşhur əsərlərin müəlifidir.
Həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən mərasimdə rəssamın 30 işi nümayiş etdirilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi olub.