ƏRƏBİST

i. bax ərəbşünas

ƏRƏBCƏ
ƏRƏBİZM
OBASTAN VİKİ
Müdafiə Nazirliyi (Səudiyyə Ərəbistanı)
Müdafiə Nazirliyi (ərəb. وزارة الدفاع‎) — Səudiyyə Ərəbistanında, ölkənin milli təhlükəsizliyinin, mənafelərinin və suverenliyinin xarici təhdidlərdən qorunmasından və milli təhlükəsizlik və sabitliyə nail olmaq üçün dövlətin bütün nazirlikləri ilə işləyən bir Nazirlikdir. Hazırkı müdafiə naziri 23 yanvar 2015-ci ildə təyin olunmuş Şahzadə Məhəmməd bin Salmandır. Nazirliyə dörd silahlı qüvvə daxildir; Səudiyyə Kral Quru Qoşunları (RSLF), Səudiyyə Krallığı Hava Qüvvələri (RSAF), Səudiyyə Krallığı Hərbi Dəniz Qüvvələri, Səudiyyə Krallığı Hava Müdafiə Qüvvələri (RSADF). 2017-ci ildə Səudiyyə Ərəbistanı hərbi xərcləri ilə dünyada üçüncü sırada və Orta Şərqdə ən böyük hərbi xərci olan ölkələr arasındadır. Ölkənin ümumi daxili məhsulunun (ÜDM) 10% -ni təmsil edən 69,4 milyard dollarlıq büdcəsi ilə Səudiyyə Ərəbistanı, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) görə hərbi xərclərdə dördüncü yeri tutan Rusiyanı əvəz etdi. SIPRI, Səudiyyə Ərəbistanının Fars Körfəzi bölgəsindəki müasir avadanlıqların siyahısına görə ən yaxşı silahlanmış ölkə olduğunu da bildirdi. == Tarix == Hərbi İşlər İdarəsi – 1929-cu ildə Səudiyyə Ərəbistanının qurucusu Kral Əbdüləziz tərəfindən hərbi məsələlərlə məşğul olmaq və güclü bir ordu qurmaq üçün Hərbi İşlər İdarəsi yaratmaq üçün krallıq əmri verildi. Ordu üç hissəyə bölündü: pulemyot, piyada və artilleriya bölmələri. Müdafiə Agentliyi – Hərbi İşlər İdarəsinə əlavə olaraq Müdafiə Agentliyi 1934-cü ildə Kral Əbdüləzizin əmri ilə daha da dəstələrin yaradılması və ölkənin şəhərlərinə və dəniz limanlarına paylandığı genişləndirmə və modernləşdirmə tələbi olaraq quruldu.
Osmanlı Ərəbistanı
Osmanlı Ərəbistanı (ərəb. الدولة العثمانية في شبه الجزيرة العربية‎; türk. Osmanlı Arabistanı) — Ərəbistan yarımadasının 1517-ci ildən 1918-ci ilə qədər davam edən dövrdəki adı. Bu dövrdə, Ərəbistan torpaqlar Osmanlı imperiyasının tərkibində olduğuna görə belə adlandırılmışdır. Regionda osmanlıların nəzarəti mərkəzi hakimiyyətin gücü zəiflədikcə azalmağa başladı. == Tarixi == === Erkən dövr === XVI əsrdə Osmanlı imperiyası Qırmızı dənizindən Fars körfəzinə qədər olan torpaqlarda (Hicaz, Asir və əl-Xasa) öz hakimiyyətlərini qurdular. Qırmızı dənizi və Hind okeanı sahillərində portuqaliyalıların güclənməsinin qarşısını almaq üçün bu fəthlər çox önəmli idi. Hələ 1548-ci ildə Məkkə şərifi Nəcd və Hicaz tayfalarını cəzalandırmaq məqsədilə basqınlar təşkil edirdi. == Səudiyyə dövlətlərinin yaranması == XVIII əsrdə Ərəbistan yarımadasının mərkəzi bölgələrində Səud sülaləsi güclənməyə başlamışdı. Bu sülalə müstəqil ərəb dövlətlərinin formalaşmasına önəmli rol oynamışdı.
Pakistan–Səudiyyə Ərəbistanı münasibətləri
Səudiyyə Ərəbistanı–Pakistan münasibətləri — Səudiyyə Ərəbistanı və Pakistan arasındakı mövcud ikitərəfli münasibətlər. Bu iki dövlət arasında yaxın və dost münasibətlər mövcuddur. İki ölkə arasında ilk diplomatik əlaqələr 1960-cı ildə qurulmuşdur. Səudiyyə Ərəbistanı və Pakistan İslam Əməkdaşlıq Təşkilatının üzvləridirlər. Pakistanın İranla və Səudiyyə Ərəbistanının Hindistanla yaxın əlaqələrinə baxmayaraq, Pakistan "Səudiyyə Ərəbistanının ən yaxın müsəlman müttəfiqi" hesab olunur. == İkitərəfli əlaqələrin inkişafı == Səudiyyə Ərəbistanı Pakistanın Hindistanla olan münaqişəsində onu daim dəstəkləmiş və Şərqi Pakistanın müstəqil bir dövlətə çevrilməsinin əleyhdarı olmuşdur. Sovet İttifaqının Əfqanıstana soxulmasından sonra başlayan Əfqanıstan müharibəsi zamanı həm Səudiyyə Ərəbistanı, həm də Pakistan Taliban təşkilatının və əfqan mücahidlərinin yanında olmuş, onlara maliyyə və silah yardımı etmişdir. 1990—1991-ci illərdə baş vermiş Körfəz müharibəsi zamanı Pakistan öz qoşunlarını müsəlmanların müqəddəs məkanlarını qorumaqdan ötrü göndərmişdir. Ancaq Pakistanın o zamankı Baş Qərargah rəisi general Mirzə Aslan Bəy və bir çox siyasətçilər Səddam Hüseyni açıq şəkildə dəstəkləmişlər. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan Talibanların idarə etdiyi Əfqanıstan dövlətini tanıyan dünyanın azsaylı dövlətlərindən olmuşdur.
Qazaxıstan–Səudiyyə Ərəbistanı münasibətləri
Qazaxıstan–Səudiyyə Ərəbistanı münasibətləri — Qazaxıstan və Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 30 aprel 1994-cü ildə qurulmuşdur. Qazaxıstan səfirliyi 13 dekabr 1995-ci ildə Ər-Riyadda açılır və Qazaxıstan Respublikasının Konsulluğu Ciddədə 28 dekabr 2007-ci ildən fəaliyyət göstərir. Səudiyyə Ərəbistanı 30 dekabr 1991-ci ildə Qazaxıstanın müstəqilliyini tanıyan ilk ərəb və müsəlman ölkələrindən biri olur. İki ölkə arasında əməkdaşlığın əsasları 1994-cü ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri zamanı qoyulmuşdur. == Anlaşma və hüquqi çərçivə == Qazaxıstan-Səudiyyə qanunvericilik bazası fərqli xarakterli 17 sənədi (dövlətlərarası müqavilələr, hökumətlərarası və idarələrarası müqavilələr, protokollar və memorandumlar) əhatə edir. == Ticarət və iqtisadi əməkdaşlıq == 2016-cı ildə iki ölkə arasındakı ticarət həcmi 44,3 milyon dollar (ixrac 39,3 milyon dollar, idxal 5 milyon dollar) təşkil edib. 2015-ci ildə ticarət dövriyyəsi 16,3 milyon ABŞ dolları (ixracat - 5,4 milyon ABŞ dolları, idxal - 10,9 milyon ABŞ dolları) təşkil etmişdir. 2014-cü ildə bu göstərici 13,4 milyon ABŞ dolları səviyyəsində idi (ixrac - 1,6 milyon ABŞ dolları, idxal - 11,8 milyon ABŞ dolları). 2005-2016-cı illərdə Qazaxıstan iqtisadiyyatına Səudiyyə Ərəbistanı investisiyalarının həcmi 90 milyon dollar təşkil etmişdir.
Qətər–Səudiyyə Ərəbistanı münasibətləri
Qətər–Səudiyyə Ərəbistanı münasibətləri — Qətər Dövləti ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanı Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Rusiya ilə Səudiyyə Ərəbistanının neft müharibəsi
Rusiya ilə Səudiyyə Ərəbistanının neft müharibəsi — 8 Mart 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə Rusiya Federasiyası arasında olan və neft qiymətləri üzərində baş vermiş qiymət müharibəsi. Bu müharibənin təsiri nəticəsində neft qiymətlərində ciddi azalma baş verir. Neft qiymətinin azalması ABŞ-də 34%, ortalama xam neftin qiymət azalması isə 26% olur. Qiymət müharibəsi, Neft İxrac edən Ölkələr Təşkilatı(OPEC) ilə Rusiya arasında 2019–20 koronavirus pandemiyası fonunda iddia edilən neft hasilatı azalması ilə bağlı dialoqun kəsilməsindən sonra başlayır. == Hadisələrin gedişatı == 8 Mart 2020-ci ildə Səudiyyə Ərəbistanı gözlənilmədən Avropa, Asiya və Amerika Birləşmiş Ştatları istehlakçıları üçün, neftin hər bir barrelində 6–8 dollar arasında endirim elan edir. Bu elan, Brent markalı neftin Körfəz müharibəsindən bəri ən böyük günluk düşüş olan 30% qiymət düşməsinə səbəb olur. Neft qiymətlərində etalon kimi istifadə edilən xam neft olan West Texas Intermediate (WTI) 20 faiz qiymət itirir. 9 Mart 2020-ci il tarixində qlobal fond bazarları, başlanan bu qiymət müharibəsi və koronavirus pandemiyası səbəbindən böyük itkilər verdiyini bildir. Bu açıqlamadan sonra Rusiya rublu ABŞ dollarına nisbətdə 7% düşərək son 4 ilin ən aşağı səviyyəsinə yenir. 10 Martda Səudiyyə Ərəbistanı hasilatı gündəlik 9,7 milyon bareldən 12,3 milyona qədər artıracağını, Rusiya isə gündəlik neft istehsalını 300 min barel artırmağı planlaşdırdığını bildirir .
Səudiyyə Ərəbistan
Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir. Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir. Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır.
Səudiyyə Ərəbistan kralı
Səudiyyə Ərəbistan kralı (ərəb. قائمة ملوك السعودية‎) — Vəzifəni Əbüləziz bin Salman icra edir. Bəzən kralı İki müqəddəs məscidin Şərifi adlandırırlar. == Ümumi məlumat == İbn Səudun ölümündən bəri padşahların hamısı onun övladlarıdır və yəqin ki, hökmranlıq edən Kral Salmanın dərhal davamçıları onun nəslindən olacaqlar. İbn Səudun övladları Səudiyyə Ərəbistanının taxtında əsas iddia hesab olunur. Bu, Səudiyyə monarxiyasını ümumiyyətlə böyük, dəqiq müəyyənləşdirilmiş kral ailələri və varis əmrləri olan və varisliyin mütləq primojenasiya sistemindən istifadə edən Qərb monarxiyalarından tamamilə fərqləndirir. 2017-ci ildə kral fərmanı ilə vəliəhd vəzifəsindən kənarlaşdırılmadan əvvəl Məhəmməd bin Nayef, İbn Səudun ard-arda olan ilk nəvəsi idi.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir. Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir. Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır.
Səudiyyə Ərəbistanı FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Səudiyyə Ərəbistanı klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Səudiyyə Ərəbistanı Krallığı
Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir. Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir. Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır.
Səudiyyə Ərəbistanı bayrağı
Səudiyyə Ərəbistanı bayrağı — Səudiyyə Ərəbistanının Dövlət bayrağı 1973-cü ilin mart ayının 15-də Səudiyyə Ərəbistanının dövlət bayrağı haqqında qanun qəbul edilib. İslamı tərənnüm edən yaşıl parçanın üzərində "La İlahe İllallah va Muhammadun Rasululallah" ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah Əziz ibn Saudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Səudiyyə Ərəbistanı coğrafiyası
Səudiyyə Ərəbistanının krallığı (ərəb. Al-Mamlyaka al-Arabiya as-Saudiya) — cənub-qərbi Asiyada Ərəbistan yarımadasında dövlət. Şimalda İordaniyayla, İraqla və Küveytlə; şərqdə Fars körfəziylə və Qətərlə və Birləşmiş Ərəb Əmirlikləriylə, cənub-şərqdə Omanla həmsərhəddir, cənubda – Yəmənlə, qərbdə Akabanın Qırmızı dəniziylə və körfəziylə yuyulur. Sərhədlərin ümumi ölçüsü – 4431 kilometr. Sahə – 2149,7 min kv. kilometr (məlumatlar təxminidir, çünki cənubda və cənub-şərqdə sərhədlər aydın qurulmamışdır (təyin edilməmişdir)). Mübahisəli ərazilər var.İndiyə qədər Yəmənlə sərhəd sualları məsələləri həll edilməmişdir; Yəmənlə sərhəd rayonlarında köçəri qruplar sərhədin demarkasiyasına müqavimət göstərirlər. İranla dəniz sərhədi sularla Küveytin və Səudiyyə Ərəbistanının danışıqları davam edir. Birləşmiş Ərəb Əmirlikləriylə sərhədin statusu qəti təyin edilməmişdir. Əhali – 24 293 min nəfərdir, və onun 5576 min əcnəbidir (2003).
Səudiyyə Ərəbistanı himni
Səudiyyə Ərəbistanı himni – 1950-ci ildə rəsmiləşdi. 1984-cü ildə mətninin bir az dəyişikliyindən sonra, yenidən rəsmiləşdi.
Səudiyyə Ərəbistanı kralı
Səudiyyə Ərəbistan kralı (ərəb. قائمة ملوك السعودية‎) — Vəzifəni Əbüləziz bin Salman icra edir. Bəzən kralı İki müqəddəs məscidin Şərifi adlandırırlar. == Ümumi məlumat == İbn Səudun ölümündən bəri padşahların hamısı onun övladlarıdır və yəqin ki, hökmranlıq edən Kral Salmanın dərhal davamçıları onun nəslindən olacaqlar. İbn Səudun övladları Səudiyyə Ərəbistanının taxtında əsas iddia hesab olunur. Bu, Səudiyyə monarxiyasını ümumiyyətlə böyük, dəqiq müəyyənləşdirilmiş kral ailələri və varis əmrləri olan və varisliyin mütləq primojenasiya sistemindən istifadə edən Qərb monarxiyalarından tamamilə fərqləndirir. 2017-ci ildə kral fərmanı ilə vəliəhd vəzifəsindən kənarlaşdırılmadan əvvəl Məhəmməd bin Nayef, İbn Səudun ard-arda olan ilk nəvəsi idi.
Səudiyyə Ərəbistanı milli futbol komandası
== Tarixi ==
Səudiyyə Ərəbistanı tarixi
Səuddiyyə Ərərbistanı — Hazırda Səudiyyə Ərəbistanı adlanan ərazinin tarixi. Səudiyyə Ərəbistanı köçəri ərəb tayfalarının ən qədim dövrlərdən qədimdən məskunlaşdığı ərazilərdəndir. Erkən paleolit dövründə Ərəbistan yarımadası insanların bu ərazidən planetin digər hissələrinə miqrasiyasının başlandığı ilk ərazidir.. Ərəb tayfaları ilkin dövrlərdə ölkənin şimal-şərqində, e.ə. II minillikdə isə Ərəbistan yarımadasının hər yerində yayılmışdı. Məkkə şəhəri Ərəbistanın mühüm siyasi, ticarət mərkəzinə idi. Məkkəlilər VII əsrin ortalarında qonşu tayfaları öz ətrafında birləşdirdilər. Hicaz əyalətində VII əsrdə yeni din – İslam və ilk müsəlman teokratik dövləti – xilafət yarandı. Xilafətin ilk paytaxtı Mədinə şəhəri olmuşdu. Ərəb xilafəti VII-VIII əsrlərdə Əməvilərin, VIII-IX əsrlərdə Abbasilərin hakimiyyəti altında olmuşdu.
Səudiyyə Ərəbistanı şəhərləri
== Ədəbiyyat ==
Səudiyyə Ərəbistanı şəhərlərinin siyahısı
== Ədəbiyyat ==
Səudiyyə Ərəbistanında ali təhsil
Səudiyyə Ərəbistanında ali təhsil — Səudiyyə Ərəbistanı Krallığında ali təhsil sistemi. == Ali Təhsil Nazirliyi == Ölkənin ali təhsil sisteminə Ali Təhsil Nazirliyi nəzarət edir. Onun tabeliyində bir sıra qurumlar fəaliyyət göstərir: Ali Təhsil Şurası – ölkənin ali təhsil sisteminə nəzarət edən ali orqandır. Şuranın əsas məqsədi ali təhsil islahatlarının müvafiq strategiyaya uyğun həyata keçirilməsi, ali təhsilin genişləndirilməsi, universitetlər arasında əməkdaşlığın təmin edilməsi, elmin və tədqiqatın inkişafının stimullaşdırılmasından ibarətdir; Akademik Akkreditasiya və Qiymətləndirmə üzrə Milli Komissiya – əsas fəaliyyət istiqaməti ali təhsil müəssisələrinin və onların təklif etdiyi proqramların akkreditasiyasını həyata keçirməkdir. == Təhsil müddəti == Ölkədə humanitar və sosial elmlər sahələri üzrə ali təhsil proqramları 4 illikdir. Tibb, mühəndislik və əczaçılıq sahələri üzrə ali təhsil müddəti isə 5–6 il davam edir. == Ali məktəblər == Səudiyyə Ərəbistanında 32 universitet fəaliyyət göstərir. Onlardan 24-ü dövlət, 8-i isə özəl ali təhsil müəssisəsidir. Ölkə üzrə ali təhsilə cəlb olunma göstəriciləri ilbəil artır. == İnkişaf tarixi == Ölkədə ali təhsil sisteminin özünəməxsus inkişaf tarixi var.
Səudiyyə Ərəbistanında erkən islam abidələrinin dağıdılması
Erkən islama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir . Əsasən Məhəmmədləvə erkən islam tarixinin əsasını qoyan bir çox şəxslərlə əlaqəli olan məscidlər, qəbiristanlıqlar, evlər və tarixi ərazilər uçurulma məqsədilə hədəfə alınmışdır. Səudiyyə Ərəbistanında bu tikililərin dağıdılması durmadan artmaqda olan Həcc ziyarətçilərini yerləşdirmək məqsədilə Məkkədə Məscid əl-Həramın və Mədinədə Peyğəmbər Məscidinin və onların köməkçi xidmət vasitələrinin rəsmi surətdə genişləndirilməsi prosesinin bir hissəsidir. == Səudiyyə Ərəbistanı == === Hicazda islam === 1932-ci ilə qədər Ərəbistan yarımadasının əksər hissəsi üçüncü və hazırkı Səudiyyə hakimiyyəti tərəfindən siyasi olaraq birləşdirilmişdi. Kral Əbdüləziz ibn Səudun rəhbərliyi ilə onun ruhlandırılmış qəbilə üzvlərindən ibarət bədəvi ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Hicaz zəbt edildi və Haşimi tayfası hakimiyyətdən kənarlaşdırıldı. Əsasən tayfa üzvlərindən ibarət olan və yazı-pozu bilməyən Nəcdli yeni idarəçilər çox mürəkkəb bir cəmiyyətin başçıları oldular. “Məclis əş-Şura” (Məsləhət şurası) sisteminə əsaslanan birgə siyasi struktur yüz illər ərzində orada mövcud olmuşdur. Mərkəzi idarəetmə orqanı orta məktəblərə, hərbi və polis qüvvələrinə xərclənən büdcəyə nəzarət edirdi. Eynilə, Nəcd və Hicazın dini strukturu həddən artıq müxtəlif idi. Ənənəvi Hicaz mədəni adət-ənənə və ritualları təbiətcə demək olar ki, təmamilə dini idi.
Səudiyyə Ərəbistanında orta təhsil
Səudiyyə Ərəbistanında orta təhsil — Səudiyyə Ərəbistanı Krallığında orta təhsil sistemi. Səudiyyə Ərəbistanında tam orta təhsil mərhələsi 2 pilləyə bölünür. Hər ikisi 3 illik olan natamam orta təhsil və orta təhsil pillələri tədris proqramlarına görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. İbtidai təhsil pilləsini uğurla başa vuran şagirdlər təhsillərini natamam orta təhsil pilləsində davam etdirirlər. Həm natamam orta təhsil, həm də orta təhsil pillələrində şagirdlərin biliyi ildə iki dəfə keçirilən imtahanlar vasitəsilə qiymətləndirilir. Bu imtahanlar Təhsil Nazirliyi tərəfindən təşkil edilir. 2009-2010-cu tədris ilində ölkədə 7 min 910 natamam orta məktəb fəaliyyət göstərib. Onların 3 min 780-i qızlar, 4 min 130-u isə oğlanlar üçün təyin olunmuş təhsil müəssisələri olub. Natamam orta təhsil müəssisələrində oxuyan 1 milyon 188 min 342 nəfər şagirddən 553 min 415 nəfərini qızlar təşkil edib. Həmin məktəblərdə çalışan müəllimlərin ümumi sayı 117 min 370, inzibati heyətin sayı isə 6 min 289 nəfər olub.
Səudiyyə Ərəbistanında təhsil
1925-ci ilədək bu ölkədə bir dənə də olsa dünyəvi məktəb olmadığı halda, cəmi 25 ildə bu sahə krallığın ən aparıcı inkişaf istiqamətlərindən birinə çevrilmiş, 1953-cü ildə Maarif Nazirliyi yaradılmışdır. Son 20 ildə isə (1990-2010) bu ölkədə təhsilin inkişafına, eləcə də təhsil müəssisələrinin ehtiyacının ödənilməsinə 30 milyard ABŞ dollarına yaxın vəsait xərclənmişdir. 1970-ci ildə ölkədə 3,3 min məktəb və kollec var idisə, yeni əsrin ilk ilində onların sayı 24 mindən çox idi. İnkişaf etmiş ölkələrdə istehsal edilən ümumi daxili məhsulun dəyərinin 5 faizi təhsil sektoruna yönəldilirsə, Səudiyyə Ərəbistanı Krallığında bu göstərici 9 faizdir. Bu ölkədə təhsilə marağın artmasını göstərən rəqəmlərin özü də maraqlıdır. Məsələn, hər il orta məktəb şagirdi olan oğlanların sayı 6,7 faiz, qızların sayı isə 11,2 faiz artır. Qız məktəbləri 1961-ci ildən fəaliyyət göstərir. Səudiyyə Ərəbistanında ibtidai təhsil 6 yaşdan başlanır və 6 il davam edir. Üç il natamam orta, üç il orta təhsil alan məzunlar ali məktəblərdə 4 il oxuyurlar. Bu ölkənin attestatları ABŞ və Qərb ölkələrində, eləcə də bütün ərəb dünyasında tanınır.
Səudiyyə Ərəbistanının İraq səfirliyi
Səudiyyə Ərəbistanının İraq səfirliyi — Səudiyyə Ərəbistanının İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Səudiyyə Ərəbistanının İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Tamer əs-Sabhandır == Fəaliyyəti == Səudiyyə Ərəbistanının İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır. Yalnız bundan 25 il sonra – 2015-ci ilin sonunda fəaliyyəti yenidən bərpa olunmuş və Tamer əs-Sabhan ölkənin İraqdakı səfiri təyin edilmişdir.
İran–Səudiyyə Ərəbistanı münasibətləri
İran–Səudiyyə Ərəbistanı münasibətləri — Səudiyyə Ərəbistanı və İran arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında münasibəıtlər İran İslam İnqilabından (1979) sonra olduqca gərgindir. Səudiyyə Ərəbistanı tehranı Şiəliyi dəstəkləməkdə, İran isə Ər-Riyadı şiə azlığının hüquqlarını pozmaqda ittiham edir. Bununla yanaşı həcc ziyarətinin həyata keçirilməsində iranlı zəvvarlar üçün müəyyən problemlər yaranır. İkitərəfli münasibətlər (1988 və 2016) Səudiyyə Ərəbistanının təşəbbüsü ilə dayandırılmışdır. İki ölkə Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra 10 mart 2023-cü ildə əlaqələrin bərpa olunduğunu elan etmişdir. Birgə bəyanatda onların səfirliklərinin iki ay ərzində yenidən açılacağı bildirildi. Razılaşmaya gedən yol bir neçə il ərzində İraqın ev sahibliyi etdiyi beş raund barışıq danışıqları ilə açılıb. == Tarixi == İki ölkə arasında münasibətlər şah dönəmində normal şəkildə inkişaf edirdi. Hətta dostluq səviyyəsinə çatmışdı.

Значение слова в других словарях