1. Əsas, təməl, özül, bünövrə. Əsli çürükdür.
// Mahiyyət, kök. İşin əsli budur.
2. sif. Əsilli, nəcabətli, əsil-nəcabət sahibi, nəcib. Əsil adam. – Əsil al, çirkin olsun; Bədəsil gözəl alma. ( Ata. sözü ).
3. Mənbə, çıxış, başlanğıc. Bu işin əsli 20 il qabaqdan hesab edilməlidir
// məc. Həqiqət, gerçəklik, doğruluq. Bu xəbərin əsli yoxdur. – [Müəllim:] Sizin barənizdə yeni bir söz eşitmişəm.
4. Surət, yaxud tərcümə olmayan, ilk halında olan yazı; orijinal. Surəti əslinə uyğundur. Məqalənin əsli. Məktubun əsli.
// Sif. mənasında.
5. sif. Həqiqi, doğru, düzgün. Əsil adın nədir? Əsil gözəl buna deyərlər. Əsil mərəkə başlandı.
□ Əslinə baxsan (baxdıqda, qalanda) – əslində, həqiqətdə, həqiqətə gəldikdə. Əslinə baxsan, günah ondadır.
// Həqiqətən, nə cür lazımsa, o cür, bir şeyin ən yaxşı nümunəsini, idealını təmsil edən, həqiqi. Əsil sənətkar. Əsil insan.
// Başlıca, əsas, ən mühüm. Əsil məsələ budur. Əsil mətləbə keç. Onun əsil sənəti müəllimlikdir.
// Həqiqətən, gerçəkdən. Əsil iş görən kənarda qalıb.
6. Nəsil, soy, nəsəb, mənşə.
7. sif. Ən birinci, ən köhnə, ilk. Onun əsil vətəni Qarabağdır. Əsil yurduna dönmək.
8. sif. Xalis, saf, təmiz, qatışıqsız. Əsil kərə. Əsil motal pendiri. Əsil qızıl. Əsil şal parça.
9. Məhz, həmin, lap.
10. Əslində şəklində – 1) kökündə, bünövrəsində;
2) ibtidada, başlanğıcda, lap əvvəlində. Əslində o, dərzi olmuşdur. Əslində o, xanəndə idi;
3) həqiqətdə, əslinə baxılarsa. Əslində o da bu fikirdə idi.