Nəsrin Əta Ərbil
Nəsrin Əta Ərbil (1934, Ərbil mühafəzəsi, İraq Kürdüstanı) — ilk türkman şairəsi,[mənbə göstərin] Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001).
Nəsrin Əta Ərbil 1934-cü ildə İraqın ən əski türkman şəhərlərindən biri olan Ərbildə doğulmuşdur. Yetişməsində atasının böyük rolu olmuşdur. Özünün qeyd etdiyi kimi, atasının "Sıcaq misraları arasında" böyümüş, onun zəngin kitabxanasından yararlanmışdır. Doğma türkman (Azərbaycan) dilindən başqa ərəb, ingilis, alman dillərini bilir.
60-cı illərdən başlayaraq İraq türkmanları arasında ən çox sevilən və məşhur şairlərdən biri olmuşdur. Bağdadda çıxan "Qardaşlıq" dərgisinin, demək olar ki, bütün saylarında onun şeirləri çap olunmuşdur.
Nəsrin Ərbil 2001-ci ildə Qəzənfər Paşayevin sayəsində Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmişdir. Həmin ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.