ƏYİRMƏK

Əymək feilindən düzəlib. Mənası “dolamaq” deməkdir. “Su gəmini əyirdi”, cümləsi “su gəmini əydi” demək olub. Türkmən dilində əqir sözü dola, fırla, tatar dilində ayla sözü “вертеть” mənalarında işlədilir, əyirmək ipi iyin üstünə dola­maqla, cəhrəni fırlamaqla bağlıdır. Sözün kökü ay (dola) etimonudur, iy isə yığ­maq anlamı ilə bağlıdır. “İynə” də “iy”lə zahiri oxşarlığa görə bu cür ad kəsb edib, iy sözünün kiçiltmə formasıdır, iynə tikən deyil, onun qədim mənası “yığan” olub, Dədə Qorqud haqlı olaraq, “iynəyə tikən deməyib”. Tatarlar rus dilindəki вертеть sözünü ayla kimi tərcümə edirlər. Əyirmək sözünün kökü aylamaq (dolamaq) məsdəri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏYİN
ƏYİŞMƏK

Digər lüğətlərdə