ƏZRAİL

is. [ ər. ]
1. Dini etiqadlara görə, bütün insanların ölmək vaxtı çatanda onların canını alan mələk, ölüm mələyi. Əzrail gələndə soruşmaz ki, oğul-uşağın necədir? ( Ata. sözü ).
[Dərviş:] …Əzrail hərdənbir qanadı ilə məni çaldığını anlayıram… A.Divanbəyoğlu.

2. məc. Amansız, qəddar, əzazil, qorxunc adam haqqında.
[Qurban:] Amma [Hafizəni] çox əzrail arvad söyləyirlər. Ə.Haqverdiyev.
[Ağaxan:] Bəydadaş, unutma ki, biz belə [arvad kimi] əzraillərlə bir yerdə yaşayırıq. S.Rəhimov.
[Meşədə] bizim xanım və onun oğlu kimi əzraillər yoxdur… M.İbrahimov.

Синонимы

  • ƏZRAİL amansız — qəddar — əzazil
ƏZMLİ
ƏZVAY

Значение слова в других словарях