ÇƏMƏN-BOZ

прил. лугово-серозёмный. Çəmən-boz torpaqlar лугово-серозёмные почвы
ÇƏMƏN-BATAQLIQ
ÇƏMƏN-BOZQIR
OBASTAN VİKİ
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Çəmən (Urmiya)
Çəmən (fars. ‎‎‎برده سور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (13 ailə).
Çəmən belibağlısı
Çəmən belibağlısı (lat. Circus pygargus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Çəmən dağı
Çəmən dağı — Xocavənd rayonu ərazisində dağ. Türkdilli xələc tayfasının cəmənli tirəsinin adını daşıyır. 1933-cü ildə Füzuli rnunun Qoçəhmədli inzibati ərazi vahidində Çimən adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Çəmən güllücəsi
Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır. Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir. Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir.
Çəmən kəpənəyi
Çəmən kəpənəyi (lat. Loxostege sticticalis L.) — Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Sakit halda kəpənəyin qanadları üçbucaq formasını alır. Tırtılı yaşılımtıl bozdur. Beli üzərində bütün bədən boyu aydın seçılən tutqun zolaq vardır. Yan tərəflərdən uzanan zolaqlar arası ilə dalğavari yaşılımtıl sarı zolaqlar gedir. Qarıncıq ziyilcikləri ( 6 ədəd ) üzərindən əsası qara və iki konsentrik ağ zolaqla çevrələnmiş qılcıqlar çıxır. Başı qaradır. Uzunluğu 25-mm-dir.
Çəmən parabüzəni
Çəmən parabüzəni (lat. Pullus hemorrhoidalis) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Parabüzən böcəklər və ya koksinellidlər fəsiləsinə aid olan növ. Qara rənglidir, üzəri xırda tükcüklərlə örtülüb, ağız hissə və bığcıqları sarı rənglidi. Bığcığı 10-buğumdan ibarətdir, hiss qabiliyyəti çox yüksəkdir. Ona görə də 1 və 2-ci buğumları nisbətən iridir. Qanadlarının üzərinin son hissəsində 1-4 sarı və qara rəngli qarışıqlı ləkələr olması bunlar üçün xarakterikdir. Ayaqları sarı-qırmızımtıldır. Böyüklüyü 1,5-2,2 mm-dir. Zonalar üzrə areal üçün tam səd çəkmək olmur. Lakin bir qayda olaraq düzən-səhra hissədə, çəmənliklərdə, bataqlıqlardakı bitkilər üzərində mənənələrlə qidalanırlar.
Çəmən taxtabitisi
Çəmən taxtabitisi (lat. Lygus pratensis L) — Buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ. Çəmən taxtabitisi əsas yem otlarına zərər verir. Qorxulu zərərverici hesab olunur. Çəmən taxtabitisinin bədəni uzunsov dairəvi olub, üzəri batıq nöqtələrlə örtülüdür. Bığcıqları bədəndən qısadır. İkinci buğumun sonu bir qədər yoğunlaşmışdır. Bədəninin rəngi çox dəyişkən olub, yaşılımtıl-sarıdan tutqun bozumtul rəngə qədər dəyişməklə üstündə qırmızımtıl və ya qəhvəyi ləkələr olur. Bel qabağı üzərində 4, başın üzərində isə 3 tutqun xətt vardır. Bədəninin uzunluğu 5–7,5 mm-dir.
Çəmən tülküquyruğu
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Çəmən yarpızı
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Çəmən yemliyi
Çəmən yemliyi (lat. Tragopogon pratensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yemlik cinsinə aid bitki növü.
Çəmən pişikquyruğu
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Çəmən nanəsi
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Boz Abdal
Boz Abdal — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Quqark rayonu) kənd adı == Haqqında == Kəndin adı Boz Abdal dağının adından götürülmüşdür. 1878-ci ildə Boz Abdal kəndinin azərbaycanlılardan ibarət əhalisi kənddən qovulmuş və burada Türkiyədən gətirilən ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Bartsum adlandırılmışdır. == Mənbə == B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998. A. Ə. Bayramov. Qədim Oğuz ellərinin — Ababa, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
Boz albalı
Boz albalı (lat. Prunus incana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Boz albalı əsasən Qafqazda və Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Boyu 1,5-2 m olan şaxəli koldur. Yarpaqları ensiz, xırda, xətvarı-lansetvari, yumurtaşəkilli olmaqla kənarı dişli, üstü və altı çılpaq, saplaqları qısa ağ tüklərlə örtülü, adatən kənarı eşilib qatlanmış olur, uzun zoğlarda yerləşir. dür. Çəhrayı-qırmızı çiçəklərinin diametri 1,5 sm, qısa saplaqlı və ya saplaqsızdır, 4-5 ədədi birlikdə çətir çiçək salxımında toplanır. Çiçəkləmə müddəti 5-16 gündür. Ləçəkləri çəhrayı, tərs ovalşəkillidir. Mayda çiçəkləyir, meyvələri iyun-iyulda, bəzən də avqustda yetişir.
Boz ay
Boz ay (az.-əski. بوز آی‎) və ya Boz Çillə – azərbaycanlıların keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayı. Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya "yazın qırxlı çağı" da deyilir. == Müddəti == Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20–22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. Kiçik Çillənin qurtarmasından Novruz bayramına, qarayaz ayına qədər davam edir. Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir.
Boz ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. == Ümumi məlumat == Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Boz balina
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Boz balinalar
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Murad Boz
Murad Boz (türk. Murat Boz; 7 mart 1980, Zonquldak) — Türk musiqiçi. Türkiyəli müğənni Murad Boz 7 mart 1980-ci ildə Zonquldakda anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 1996-cı ildə İstanbula gələrək təhsilini İstanbul Gözəl Sənətlər Liseyinde davam etdirmişdir. Bu vaxt ərzində Atatürk Mədəniyyət Mərkəzi və Camal Rəşid Rey adına konsert zalında vokalist olan Murad Boz 1999-cu ildə Milliyət qəzetinin təşkil etdiyi Liseylərarası Musiqi və Xalq Oyunları (rəqsləri) müsabiqəsində birinci olmuşdur. 1999-ci ildə İstanbul Bilgi Universitetinin Caz Vokal fakültəsinə qəbul olan Murad Boz 2003-cü ildən İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Təməl Elmlər fakültəsində təhsilini davam etdirir. Sonralar Tarkan, Nilüfər, Nazan Öncəl, Nil Karaibrahimgil, Hepsi qrupu, Burcu Günəş kimi sənətçilərin səhnə performanslarında və albomlarında iştirak edən Murat, eyni zamanda bir çox reklam musiqisində iştirak edib (McDonalds, İstikbal, Cola Turka). 16 İyul 2006-cı ildə "Aşkı bulamam ben" adlı mahnısını ifa edən Murad Boz, 25 Yanvar 2007-ci ildə "Maximum" adlı ilk albomunu çıxartdırır. O, albomunun prodüserliyində Ozan Çolakoğlu rəhbərliyindəki Sarı Ev ilə birlikdə çalışmağa başlayır. Stardium Musiqi İstehsal etiketiylə nəşr olunan albomdan ilk video klip işi albomla eyni adı daşıyan mahnı üçün seçilir və Murad Küçük klipin rejissorluğunu öhdəsinə götürür.
Murat Boz
Murad Boz (türk. Murat Boz; 7 mart 1980, Zonquldak) — Türk musiqiçi. Türkiyəli müğənni Murad Boz 7 mart 1980-ci ildə Zonquldakda anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra 1996-cı ildə İstanbula gələrək təhsilini İstanbul Gözəl Sənətlər Liseyinde davam etdirmişdir. Bu vaxt ərzində Atatürk Mədəniyyət Mərkəzi və Camal Rəşid Rey adına konsert zalında vokalist olan Murad Boz 1999-cu ildə Milliyət qəzetinin təşkil etdiyi Liseylərarası Musiqi və Xalq Oyunları (rəqsləri) müsabiqəsində birinci olmuşdur. 1999-ci ildə İstanbul Bilgi Universitetinin Caz Vokal fakültəsinə qəbul olan Murad Boz 2003-cü ildən İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının Təməl Elmlər fakültəsində təhsilini davam etdirir. Sonralar Tarkan, Nilüfər, Nazan Öncəl, Nil Karaibrahimgil, Hepsi qrupu, Burcu Günəş kimi sənətçilərin səhnə performanslarında və albomlarında iştirak edən Murat, eyni zamanda bir çox reklam musiqisində iştirak edib (McDonalds, İstikbal, Cola Turka). 16 İyul 2006-cı ildə "Aşkı bulamam ben" adlı mahnısını ifa edən Murad Boz, 25 Yanvar 2007-ci ildə "Maximum" adlı ilk albomunu çıxartdırır. O, albomunun prodüserliyində Ozan Çolakoğlu rəhbərliyindəki Sarı Ev ilə birlikdə çalışmağa başlayır. Stardium Musiqi İstehsal etiketiylə nəşr olunan albomdan ilk video klip işi albomla eyni adı daşıyan mahnı üçün seçilir və Murad Küçük klipin rejissorluğunu öhdəsinə götürür.
Boz alma
Boz alma (lat. Malus fusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Boz müşgül
Boz müşgül (lat. Falco ardosiaceus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Boz qızılquş
Boz qızılquş (lat. Falco hypoleucos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Süməyyə Boz
Süməyyə Boz (1985, Muş ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Süməyyə Boz 1985-ci ildə Muş ilində anadan olub. Cümhuriyyət Universiteti Antropologiya Bölməsindən məzun olub. Van ilinin İpəyyolu ilçə bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb, həmçinin bələdiyyə sədrinin müşaviri və bələdiyyənin gənclər və idman şöbəsinin müdiri vəzifələrində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Subaydır.