ÇƏRƏNLƏMƏK (həddindən artıq çox danışmaq) O qımışdı, irişdi və çərənlədi yenə.. (Ə.Cəmil); ƏNGİNİ YORMAQ Başla, xala, cəfəngini; Müftəcə yorma əngini (Ə.Nəzmi); YANŞAMAQ [Ağa bəy Zeynala:] Yaxşı, yanşadın bəsdi, gedək Büləndgilin yanına (Ə.Əbülhəsən); ZƏVZƏMƏK Arvad tayfasının hülqumu yoxdur, nə qədər zəvzəyirlər, qoy zəvzəsinlər (İ.Əfəndiyev); NAQQALLAMAQ (bax).