Mənbələrdə “əlbəyaxa tutaşma”, “mübarizə” kimi şərh olunub. Çalpaşıq kəlməsi də var, “ziddiyyətə qovuşmuş” mənasını verir (bu çəp kəlməsi ilə də bağlı ola bilər). Güman edirəm ki, sözün əsli əlləşmək olub, sonra çalışmaq, çəlləşmək şəklinə düşüb (əlbəyaxa tutuşma ifadəsi ilə əlləşmə, təxminən, eyni şeydir). Sözün qarışmaq, (qatışmaq) mənasını da nəzərə almaq olar: çalış “işə qarış” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)