ÇEŞM

[fars.] сущ. клас. вил; çeşmi-siyah [fars.] чӀулав вилер.
ÇEŞİDLİ
ÇEŞMƏ
OBASTAN VİKİ
III Əhməd çeşməsi
III Əhməd çeşməsi — İstanbulda Topqapı sarayının giriş qapısı ilə Ayasofya arasında Nevşəhərli Kürəkən İbrahim Paşanın təklifi ilə III Əhməd tərəfindən Perayton adlı bir Bizans çeşməsinin yerinə inşa etdirilən çeşmə Osmanlı memarlığının şah əsəridir. Türk rokoko üslubunun ən gözəl nümunələrindən biri olan çeşmə 1728-ci ildə inşa edilmişdir. Memar Əhməd Ağa tərəfindən inşa edilmişdir. Çeşmənin künclərində yumşadılmış kənarları düzbucaqlı plandadır. Künclərində fəvvarələr olan çeşmə taxta saçaqlı bir dam ilə örtülmüşdür. Kənardan görünə bilən qübbələr yalnız görünüş üçün hazırlanmışdır. Üstündə muqarnas kəmər və üstündə çini kəməri var. Bu çinilərə həm klassik motiflər, həm də lalə və akantus yarpaqları kimi Avropa motifləri daxildir. Vazadaki çiçək motivləri qərbləşmə ilə Osmanlı bəzəklərində görünməyə başladı. III Əhməd kitabxanasında da bu çeşmədə olanlara bənzər bəzək əşyaları var.
Quşlu çeşmə üzərində qırxpillə
Quşlu çeşmə üzərində qırxpillə — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16–18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə. == Tarixi == Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır.
Sülh Çeşməsi əməliyyatı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. == Zəmin == Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
Yunus Əmrə Çeşməsi
Yunus Əmrə Çeşməsi — Bulaq kompleksi Yunus Əmrə şərəfinə inşa edilib. Vyananın Türkenschanzpark parkında yerləşir. 1991-ci ildə Türkiyə Cümhuriyyətinin Avstriyaya hədiyyəsidir.
Çahar Çeşmə (Əsədabad)
Çahar Çeşmə (fars. چهارچشمه‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 58 nəfər yaşayır (17 ailə).
Çeşman
Çeşman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Çeşman kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 276 nəfərdir. == Toponimiyası == Oykonim fars dilindəki çeşm (çeşmə, goz, bulaq) və -an (məkan və cəmlik bildirir) komponentlərindən düzəlib, "bulaq yeri, bulaqlar" deməkdir.
Çeşme
Çeşmə (İzmir)
Çeşmə
Çeşmə (İzmir)
Çeşmə-i Qulaməli
Çeşmə-i Qulaməli (fars. چشمه غلامعلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 401 nəfər yaşayır (101 ailə).
Çeşmə (Xoy)
Çeşmə — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsində, Vələdyan kəndistanında, Xoy şəhərindən 15 km simal-şərqdədir.
Çeşmə (qəzet)
"Çeşmə" qəzeti — Azərbaycanda dərc olunmuş satirik qəzet. Qəzet 1991-ci il aprel ayının 1-də Lənkəran şəhərində yaradılmışdır. Şüarı "Dama-dama göl olar, yağa-yağa sel" idi. Təsisçi və baş redaktoru Sakin Məmmədzadə, redaktor: Ayaz Əhmədov idi. == Haqqında == "Çeşmə"nin ilk sayının dünyada "Gülüş günü" kimi qəbul edilən 1 apreldə çapdan çıxması mətbu orqanın satirik mahiyyəti ilə bağlı idi. Qəzet əvvəlcə qeyri-leqal şəkildə çap olunub. 1992-ci ildə qeydiyyatdan keçib və leqal şəkildə fəaliyyət göstərib. 1993-cü ildən sonra isə yenidən qeyri-leqal şəkildə nəşrini davam etdirib. 1995-cü ildə mətbu orqanın redaktoru, yayılmasıda və satışında kömək edən şəxslər həbs olunublar. Bununla da qəzetin fəaliyyəti birdəfəlik dayandırıldı.
Çeşmə (İzmir)
Çeşmə (türk. Çeşme) — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 90 km-dir. İlçənin şərqində Urla ilçəsi, şimalında, qərbində və cənubunda Egey dənizi yerləşir. İlçənin sahəsi 285 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 44,363 nəfərdir.
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Dəniz Müharibəsi
Çeşmə dəniz döyüşü — 5–7 iyul 1770-ci il tarixlərində Rus donanması və Osmanlı Donanması arasında Çeşmə Körfəzində baş tutmuş döyüş. 1768–1774 Osmanlı-Rus Müharibəsinin bir parçası olan bu qarşıdurmanın nəticəsində Osmanlı Donanması Ruslar tərəfindən tamamilə yox edilmişdir. == Müharibə öncəsi == 1768-ci ildə Osmanlı-Rus Müharibəsi başladığında, Rusiyanın Qaradənizdə döyüş gəmisi olaraq sadəcə 6 xətt gəmisi var idi. Rus donanmasının böyük bir hissəsi Baltik Dənizində yerləşmişdir.1769-cu ilin noyabr ayında Rusiya Baltik Dənizindəki donanmasından iki donanma gəmisini dəyişik rotalarla Atlantik Okeanı və Cəbəllütariq boğazı yoluyla Aralıq dənizinə göndərdi. Rus donanmasının başçılığını Kont Aleksey Qriqoryeviç Orlov üstlənmişdi. Məqsəd Osmanlı Dövlətini zəiflətmək üçün Peleponnes Yarımadasındakı Yunanlar arasında bir üsyan çıxartmaq və Rusiya yanlısı bir Yunan dövlətinin qurulmasını təmin etməkdi. İki donanma gəmisi Aralıq dənizində birləşdi və Peleponnes Yarımadasına istiqamət götürdülər.50 rus əsgərinin köməyi ilə Mani bölgəsindəki Yunanlar arasında bir üsyan başlatmağı bacardı amma üsyan bütün yunanıstana yayılmadan Osmanlılar tərəfindən basdırıldı. Bu üsyana Orlov üsyanı (Yunanca: Ορλωφικά) deyilir. Yunanlar tərəfindən Yunan Müstəqillik Müharibəsinin nüvəsi olaraq qəbul edilir. Kaptan-ı dərya Mandalzadə Hüsaməddin Paşanın rəhbərliyindəki Osmanlı donanması ilk növbədə Yunan üsyanının basdırmaq üçün Peleponnes Yarımadasında Mora Yenişəhəri(hazırkı Nafplion) qabağında dayanırdı.
Çeşmə Kazım (Bicar)
Çeşmə Kazım (fars. چشمه كاظم‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Kürə (Bicar)
Çeşmə Kürə (fars. چشمه كوره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Mantaş (Bicar)
Çeşmə Mantaş (fars. چشمه منتش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,012 nəfər yaşayır (228 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Qulu (Bicar)
Çeşmə Qulu (fars. چشمه قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Rubah (Bicar)
Çeşmə Rubah (fars. چشمه روباه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Səngin (Bicar)
Çeşmə Səngin (fars. چشمه سنگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə Xəlil (Bicar)
Çeşmə Xəlil (fars. چشمه خليل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (14 ailə). Əhalisini kürdlər təşkil edir.
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Çeşmə Ədinə (Bicar)
Çeşmə Ədinə (fars. چشمه آدينه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (84 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çeşməbar (Əbhər)
Çeşməbar — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Əbhər şəhristanının Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 39 km cənub-qərbdədir.
Çeşməbasar
Çeşməbasar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrin əvvəllərinə qədər kəndin ərazisi Güznüt kəndinin əkin sahəsi olmuşdur. Çeşməbasar "su basarı yer" deməkdir. Yerli sakinlər kəndin əsl adının Çeşməsara olduğunu söyləyirlər. Çeşmə (bulaq) və sara (xalis, saf) sözlərindən düzəlmiş bu coğrafi ad isə "saf su" kimi izah olunur və vaxtilə ətraf zonada karbonat bulaqların çox olması ilə əlaqələndirilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Arazboyu düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Fəttah Heydərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini. Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı. Elbrus Əliyev Naxçıvan Muxtar Respublikasında Sədərək döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Digər lüğətlərdə