Adi çivdimdik
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü.
Nadirdir.
Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər.
Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.