Ödəniş Valyutası

müqavilə əsasında tərəflər arasında ödənişin həyata keçirildiyi valyuta.
Ödəniş Tələbnaməsi
Ödənişə Qarşı Tədarük
OBASTAN VİKİ
Azərbaycan valyutası
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması tətbiq olundu. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.
Beliz valyutası
Beliz dolları — Belizin pul vahidi. Bir dollar 100 sentə bərabərdir.
Nağd ödəniş
Ödəniş tapşırığı
Ödəniş tapşırığı — Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır. Ödəniş tapşırıqlarının mahiyyəti, onun yerinə yetirilməsi şərtləri və digər məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 973 – 976-cı maddələrində əks olunmuşdur. Onun icra mexanizmi isə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin 19 sentyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat "ı ilə müəyyən edilmişdir. Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər: Ödəyicinin adı və digər rekvizitləri; Vəsait alanın adı və digər rekvizitləri; Emitent bankın adı və digər rekvizitləri ("V" formatlı ödəniş tapşırığı istisna olmaqla) ; Benefisiar bankın adı və digər rekvizitləri; Vəsaitin məbləği və valyuta növü; Ödənişin təyinatı. Ödəniş tapşırıqları ilə hesablaşmalar "A" və "B" formatlı olur. " A " formatlı ödəniş tapşırığının "A1" hissəsində emitent (ödəyən) bankın adı, kodu, VÖEN – i, müxbir hesabı, SWIFT BIK kodu, "A2" hissəsində ödəyicinin adı, hesab nömrəsi və VÖEN – i, "B1" hissəsində benefisiar (alan) bankın adı, kodu, VÖEN – i, müxbir hesabın nömrəsi, SWIFT BIK kodu, vasitəçi bankın adı, "B2" hissəsində vəsait alanın adı, hesab nömrəsi, VÖEN – i, "C1" hissəsində ödəniş aparılan valyutanın növü, "C2" hissəsində ödəniş həyata keçirələn məbləğ rəqəmlə və yazı ilə əks etdirilir.
Mobil ödəniş
Mobil ödəniş, mobil pul, mobil pul transferi, mobil pulqabı — maliyyə qaydalarına əsasən fəaliyyət göstərən və rəqəmsal pulqabının əsas sinfi kimi mobil cihazdan və ya mobil cihaz vasitəsilə həyata keçirilən hər hansı müxtəlif ödəniş emalı xidmətləri. İstehlakçı nağd pul, qəbz, debet kartı və ya kredit kartları ilə ödəmək əvəzinə, geniş çeşidli xidmətlər və rəqəmsal və ya fiziki mallar üçün ödəniş etmək məqsədilə mobil cihazda ödəniş proqramından istifadə edə bilər. Sikkələrə əsaslanmayan valyuta sistemlərindən istifadə konsepsiyasının uzun tarixi olmasına baxmayaraq, bu cür sistemləri dəstəkləyən texnologiyalar yalnız XXI əsrdə geniş yayılmışdır. Mobil ödənişlər 2000-ci illərdə Yaponiyada və daha sonra bütün dünyada müxtəlif yollarla qəbul olunmağa başladı. Eksklüziv olaraq müəyyən edilmiş ilk patent "Mobil Ödəniş Sistemi" 2000-ci ildə təqdim edilmişdir. Financial Access-in 2009-cu il "Dünyanın yarısı banksızdır" adlı hesabatına görə, inkişaf etməkdə olan ölkələrdə mobil ödəniş həlləri "banksız" kimi tanınan cəmiyyətə maliyyə xidmətlərinin genişləndirilməsi vasitəsi kimi tətbiq edilmişdir ki, bu da dünyanın yetişkin əhalisinin 50%-ni təşkil edir. Bu ödəniş şəbəkələri tez-tez mikroödənişlər üçün istifadə olunur. İnkişaf etməkdə olan ölkələrdə mobil ödənişlərin istifadəsi Bill & Melinda Qeyts Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Mercy Corps kimi təşkilatlar tərəfindən dövlət və özəl maliyyə vəsaitlərini cəlb etmişdir. Avropa Ödəniş Şurasının (AÖŞ) məlumatına görə, mobil ödənişlər yeni inkişaf imkanlarına nail olmaq üçün ödəniş xidmətləri təminatçıları və digər bazar iştirakçıları üçün əsas alətə çevrilir. AÖŞ bildirir ki, "yeni texnoloji həllər əməliyyatların səmərəliliyini birbaşa təkmilləşdirir, nəticədə xərclərə qənaət və biznes həcminin artması ilə nəticələnir".
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.