ölçü prinsipi

ру принцип измерений en principle of measurement de Meßprinzip fr principe de mesure es principio de medida it principio di misurazione
ölçü nöqtəsi
ölçü vahidi
OBASTAN VİKİ
Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Gizlilik prinsipi
Bu prinsipin rəsmi versiyası Wikimedia:Privacy policy (azərbaycanca tərcüməsi) ünvanında yerləşir. meta:talk:Privacy policy (azərbaycanca tərcüməsinin müzakirəsi) səhifəsində sullarınızı verə və mövzu ilə bağlı müzakirələri oxuya bilərsiniz.
Müəyyənsizlik prinsipi
Heyzenberq qeyri-müəyyənlik prinsipi — 1927-ci ildə Verner Heyzenberq tərəfindən önə sürüldü. Kvant fizikasında Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və mövqeyi eyni anda tam doğruluqla ölçülə bilməz (moment dəyişməsi = kütlə dəyişməsi x sürət dəyişməsi). Qeyri-müəyyənlik prinsipini daha da ümumiləşdirilmiş olaraq anlatmaq istəsək bunları söyləyə bilərik. deterministik (klassik) fizikadan ayrı olaraq Kvant fizikasında hər fiziki kəmiyyətə uyğun gələn bir real say deyil, bir fəaliyyətçi var. Bu fəaliyyətçilər, klassikmexanikadan ayrı olaraq say dəyərləriylə ilə yox matrislər ilə təmsil edilir. Dolayısıyla, kvant mexanikasında ölçülən fiziki kəmiyyətin ölçmə sırası vacibdir. Hər hansı iki fiziki kəmiyyəti (məsələn: mövqe və moment) götürək. Əgər bu fiziki kəmiyyətlərə uyğun gələn iki fəaliyyətçi yer dəyişdiremirsə bu iki kəmiyyətin (məsələn: moment ve mövqe) eyni anda ölçülməsi mümkünsüzdür. Bu halda dəqiq nəticələrdən yox, bir ortalama dəyər yaxınlarında dalğalanan dəyərlərdən danışa bilərik. Bu prinsip fransız fiziki Pyer Simon Laplasın Laplasın şeytanı nəzəriyyəsini təkzib etmişdir.
Nisbilik prinsipi
Fizikada nisbilik prinsipi fizika qanunlarını təsvir edən tənliklərin bütün məqbul hesablama sistemlərində eyni formaya malik olduğunu tələb edir. Məsələn, xüsusi nisbilik çərçivəsində Maksvell tənlikləri bütün inersial hesablama sistemlərində eyni formaya malikdir. Ümumi nisbi nəzəriyyəsi çərçivəsində Maksvell tənlikləri və ya Eynşteyn sahə tənlikləri ixtiyari hrsablama sistemlərində eyni formaya malikdir. İstər biləvasitə (Nyuton mexanikasında olduğu kimi), istərsə də açıq şəkildə (Albert Eynşteynin xüsusi nisbilik və ümumi nisbilik nəzəriyyəsində olduğu kimi) elmdə bir neçə nisbilik prinsipi uğurla tətbiq edilmişdir. Elmin əksər bölmələrində nisbiliyin müəyyən prinsipləri geniş şəkildə qəbul edilmişdir. Ən geniş yayılanlardan biri hər hansı təbiət qanununun hər zaman eyni olması inamıdır və elmi araşdırmalar ümumiyyətlə təbiət qanunlarının onları ölçən şəxsdən asılı olmayaraq eyni olduğunu fərz edir. Bu cür prinsiplər ən fundamental səviyyələrdə elmi araşdırmaya daxil edilmişdir. İstənilən nisbilik prinsipi təbiət qanununda simmetriya təyin edir, yəni qanunlar bir müşahidəçiyə digərinə göründüyü kimi eyni görünməlidir. Noter teoremi adlanan nəzəri nəticəyə görə, hər hansı belə simmetriya saxlanma qanununu ifadə edir. Məsələn, müxtəlif vaxtlarda iki müşahidəçi eyni qanunları görürsə, enerji adlanan kəmiyyət saxlanır.
Verifikasiya prinsipi
Verifikasiya prinsipi, biliyi təcrübə, müşahidə və eksperimentin verdiyi məlumatlarla tutuşdurmaq yolu ilə yoxlamaq.
Şvars prinsipi
Fərz edək ki, σ {\displaystyle \sigma } oblastı konturu üzərində düzgün γ {\displaystyle \gamma } analitik xətti saxlayır. σ {\displaystyle \sigma } oblastında analitik və γ {\displaystyle \gamma } üzrə sərhəd qiymətləri analitik funksiya olan f ( z ) {\displaystyle f(z)} funksiyasını γ {\displaystyle \gamma } xəttindən analitik davam etdirmək olar. f ( z ) {\displaystyle f(z)} -in γ {\displaystyle \gamma } üzrə qiymətləri z → t {\displaystyle z\rightarrow t} olduqda f ( z ) {\displaystyle f(z)} -in f ( t ) {\displaystyle f(t)} limit qiyməti başa düşülür. Əvvəlcə teormi xüsusi hal üçün isbat edək. Fərz edək ki, γ {\displaystyle \gamma } həqiqi oxun [ a , b ] {\displaystyle [a,b]} parçasıdır. Onda γ {\displaystyle \gamma } -nın tənliyi { x = t y = 0 {\displaystyle {\begin{cases}x=t&\\y=0&\end{cases}}} α ≤ t ≤ β {\displaystyle \alpha \leq t\leq \beta } olar. Şərtə görə f ( t ) {\displaystyle f(t)} funksiyası [ a , b ] {\displaystyle [a,b]} üzərində analitik olduğundan bu parçanın x o {\displaystyle x_{o}} nöqtəsi ətrafında f ( t ) = ∑ k = 0 ∞ C k ( t − x 0 ) k {\displaystyle f(t)=\sum \limits _{k=0}^{\infty }C_{k}(t-x_{0})^{k}} olar. Burada t {\displaystyle t} evazine kompleks z {\displaystyle z} dəyişənini yazsaq φ ( z ) = ∑ k = 0 ∞ C k ( z − x 0 ) k {\displaystyle \varphi (z)=\sum \limits _{k=0}^{\infty }C_{k}(z-x_{0})^{k}} funksiyasrı x = x o {\displaystyle x=x_{o}} nöqtasinin müəyyən ətratında analitik funksiya olar. ω ( z ) = φ ( z ) − f ( z ) {\displaystyle \omega (z)=\varphi (z)-f(z)} ile işarə edək. Aydındır ki, ω x 0 , σ x 0 {\displaystyle \omega _{x_{0}},\sigma _{x_{0}}} oblastında analitik funksiya olmaqla γ x 0 {\displaystyle \gamma _{x_{0}}} üzrə lim z → t ω ( z ) = lim z → t φ ( z ) − lim z → t f ( z ) {\displaystyle \lim \limits _{z\rightarrow t}\omega (z)=\lim \limits _{z\rightarrow t}\varphi (z)-\lim \limits _{z\rightarrow t}f(z)} ω ( t ) = f ( t ) − f ( t ) = 0 {\displaystyle \omega (t)=f(t)-f(t)=0} olur.
Ölçü (fəlsəfə)
Ölçü — predimetin və ya hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriyadır. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır. Bu xarakteristikalar dəyişkən və mütəhərrikdir. Lakin onların özünün dəyişməsi zəruri surətdə müəyyən hüdudlarla məhdudlaşır ki, bunlardan kənara çıxdıqda kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə gətirib çıxarır.(Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.) Bu hüdudlar Ölçüdür. Öz növbəsində mövcud obyektin keyfiyyətinin dəyişməsi onun kəmiyyət xarakteristikalarının və ölçüsünün dəyişməsi ilə nəticələnir.Kəmiyyət və keyfiyyətin əlaqəsi və vəhdəti mövcud obyektin təbiətindən asılıdır. Əgər obyektin inkişafını nəzərdən keçirsək, o zaman bu prosesin bir pilləsindən digər pilləsinə keçid nöqtələri dəyişkən nöqtələr kimi aşkara çıxır. Belə düyün nöqtələri sistemini ölçülərin düyün xətti adlandırmaq qəbul olunmuşdur. Fəlsəfə tarixində Ölçü kateqoriyasını ilk dəfə Hegel hazırlamışdır. Fəlsəfə Ensklopedik lüğəti.
Ölçü cihazı
Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur. İndikasiya üsuluna görə: Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir. Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər. Ölçmə üsuluna görə: Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr. Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir. Nəticənin təsvirinə görə: Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur. Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir. Başqa əlamətlərinə görə: Çəmləşdirici ölçmə ciha zı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir. İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.
Ölçü transformatoru
Ölçü transformatorları — cərəyan və gərginlik səviyyələrinin transformasiyası və izolyasiyası üçün istifadə olunan yüksək dəqiqlik sinifli elektrik qurğularıdır. Ölçü transformatorları cərəyan və gərginlik transformatorları olmaqla iki növə ayrılır. Ölçü cərəyan və gərginlik transformatorları yüksək gərginlikli dəyişən cərəyan dövrələrində ölçmə , mühafizə və avtomatika cihazlarına birləşdirmək üçün istifadə edilir. Ölçü gərginlik taransformatoru yüksək gərginlik dövrəsinə paralel qoşulur. Ölçü cərəyan transformatorları isə dövrəyə ardıcıl və dolayı qoşulur.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Ölçü vahidləri
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Bloklara qoşulmamaq prinsipi
Bloklara qoşulmamaq prinsipi — dövlətin dinc dövrdə hərbi bloklarda iştirak etməməsini, habelə öz ərazisində xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsinə yol verməməsini nəzərdə tutan xarici siyasət xəttinin əsası. == Haqqında == Siyasi və beynəlxalq hüquq ədəbiyyatında Bloklara qoşulmamaq prinsipi, həmçinin pozitiv bitərəflik siyasəti adlandırılır. Beynəlxalq siyasətdə Bloklara qoşulmamaq prinsipi yalnız İkinci dünya müharibəsindən sonra mühüm əhəmiyyət kəsb etmişdir. Bloklara qoşulmamaq prinsipinin hüquqi əsası, adətən, dövlətin müvafiq birtərəfli bəyannaməsidir. Bloklara qoşulmamaq siyasətini qəbul etmiş dövlət şox zaman bloklara qoşulmayan ölkə adlanır. Bu qəbildən olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin böyük bir qrupu, habelə Avropanın bir sıra ölkəsi bütün dünyada sülhü təmin etmək, irqçiliyə qarşı mübarizə aparmaq, ölkələr arasında bərabər hüquq və qarşılıqlı fayda əsasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək siyasəti yeridir. 1961-ci ildən bloklara qoşulmayan ölkələrin konfransları keçirilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı,2013.
Hüygens-Frenel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.
Hüygens-Freznel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.
Qalileyin nisbilik prinsipi
Qalileo Qaliley cisimlərin hərəkətinin öyrənilməsinə dair tədqiqatlarını ümumiləşdirərək 1636-cı ildə özünün nisbilik prinsipini formalaşdı: Mexanika qanunları bütün ətalət hesablama sistemlərində eynidir. Bu prinsip mexaniki hərəkət tənliklərinin quruluşuna müəyyən sərhəd qoydu: mexaniki hərəakəti ifadə edən tənliklər bütün ətalət hesablama sistemlərinda eyni şəkildədir. Klassik adlandırılan bu təsəvvürlərə görə, mexaniki hərəkəti xarakterizə edən zaman mütləq hesab olundu - cismin xətti ölçüləri onun sükunətdə və ya hərəkətdə olmasından asılı deyildir, işıq sürəti isə sonsuz böyük qəbul olundu. Nyuton mexanikası bütövlükdə bu prinsip üzərində qurulmuşdur. Beləliklə, klassik mexanikada koordinat, zaman, uzunluq və sürətlərin müxtəlif ətalət hesablama sistemlərəin nəzərən əlaqələri yığcam formada "Qaliley çevrilmələri" adlanan və ondan çıxan nəticələrlə təsvir edildi).
Qeyri-müəyyənlik prinsipi
Heyzenberq qeyri-müəyyənlik prinsipi — 1927-ci ildə Verner Heyzenberq tərəfindən önə sürüldü. Kvant fizikasında Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və mövqeyi eyni anda tam doğruluqla ölçülə bilməz (moment dəyişməsi = kütlə dəyişməsi x sürət dəyişməsi). Qeyri-müəyyənlik prinsipini daha da ümumiləşdirilmiş olaraq anlatmaq istəsək bunları söyləyə bilərik. deterministik (klassik) fizikadan ayrı olaraq Kvant fizikasında hər fiziki kəmiyyətə uyğun gələn bir real say deyil, bir fəaliyyətçi var. Bu fəaliyyətçilər, klassikmexanikadan ayrı olaraq say dəyərləriylə ilə yox matrislər ilə təmsil edilir. Dolayısıyla, kvant mexanikasında ölçülən fiziki kəmiyyətin ölçmə sırası vacibdir. Hər hansı iki fiziki kəmiyyəti (məsələn: mövqe və moment) götürək. Əgər bu fiziki kəmiyyətlərə uyğun gələn iki fəaliyyətçi yer dəyişdiremirsə bu iki kəmiyyətin (məsələn: moment ve mövqe) eyni anda ölçülməsi mümkünsüzdür. Bu halda dəqiq nəticələrdən yox, bir ortalama dəyər yaxınlarında dalğalanan dəyərlərdən danışa bilərik. Bu prinsip fransız fiziki Pyer Simon Laplasın Laplasın şeytanı nəzəriyyəsini təkzib etmişdir.
Sosialist realizmi prinsipi
Sosialist realizmi (rus. Социалистический реализм) və ya sosrealizm — SSRİ-nin və digər sosialist ölkələrinin incəsənətində bədii yaradıcılığa dövlət siyasəti vasitələri, o cümlədən senzura ilə yeridilən və sosializm quruculuğu məqsədinə xidmət edən dünyagörüşü metodudur. Azərbaycan dramaturgiyasında sosial realizmin banisi Cəfər Cabbarlı sayılır. Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovethakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi. Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu.
Üç xalq prinsipi
Üç xalq prinsipi (millətçilik, demokratiya və xalq rifahı) - (Sanmin doktrinası - ənənəvi Çin heroqlifləri ilə: 三民主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 三民主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: Sān Mín Zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : сань минь чжуи) - Çin filosofu və siyasi xadimi Sun Yatsen tərəfindən işlənilmiş və təkmilləşdirilmiş siyasi doktrina. Çinin azad, çiçəklənən və güclü dövlətə çevrilməsinə istiqamətləndirilmiş siyasi fəlsəfənin tərkib hissəsi. "Üç xalq prinsipi" ideologiyası daha çox Çin Respublikasının (Tayvan) dövlət quruluşu haqqında baxışlar sistemi və Homindan ideologiyası əsasında formalaşmışdır. Bu "xalq prinsipləri" Tayvanın dövlət himninin birinci sətrində və və Tayvan Konstitusiyasının birinci maddəsində də öz əksini tapmışdır . Millətçilik prinsipi - ənənəvi Çin heroqlifləri ilə: 民族主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民族主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínzú zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньцзу чжуи) - Çinin imperialist dövlətlərinin dominionluğundan azad olunmasını nəzərdə tuturdu. Sun Yatsen hesab edirdi ki, bu məqsədə çatmaq üçün "vətəndaş millətçiliyi"nin (etnik mərkəzləşdirilmənin əksinə) inkişaf etdirilməsi və Çinin müxtəlif xalqlarının, ilk növbədə, beş əsas xalqın (xantsıların, monqolların, tibetlilərin, mancurların və uyğurların bir hissəsini təşkil edən müsəlmanların) birləşdirilməsi zəruridir. Bu beş xalqın birliyi Çin Respublikasının (1911-1928) beş rəngli bayrağında öz ifadəsini tapmışdır. Əslində isə bu nəzəriyyə həmin xalqların süni şəkildə mancur mənşəli Tsin imperiyasının süqutundan sonra özünüidarə hüququ almış xantsıların milli dövlətinin - Çin Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tuturdu. Demokratiya prinsipi - ənənəvi Çin heroqlifləri ilə: 民權主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民权主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínquán zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньцюань чжуи) - qərb yönümlü konstitusiya idarəçiliyinə uyğun gəlirdi. Sun Yatsenin ideyasına əsasən Çinin siyasi həyatı üçün ən ideal variant hakimiyyətin iki yerə bölünməsidir: Siyasi hakimiyyət - ənənəvi Çin heroqlifləri ilə: 政權, sadələşdirilmiş Çin heroqlifləri ilə: 政权, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: zhèngquán, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : чжэнцюань) Qərbdə olduğu kimi vətəndaşlıq hüquqlarının və parlament hüquqlarının siyasi tələblərdə ifadə olunması.
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Farad (ölçü vahidi)
Farad (işarəsi: F) – elektrik tutumunun (işarəsi: C) vahididir. BS-də törəmə vahiddir. Bu termin ingilis fiziki və kimyaçısı Maykl Faradeyin şərəfinə adlandırılmışdır.
Fransız ölçü şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3 Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer (fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Karat (ölçü vahidi)
Karat — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi. Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə — girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir.
Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi. Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N. Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada — qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.