özünüçəkmə 2021
özünüdərketmə
OBASTAN VİKİ
Özünüdərk
Özünüdərk (lat. qnoseoloji) — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır. Bu zaman bütün bilik və fəaliyyətlər insanın özü-özünü anlamağa yönəldilir. İnsan öz qəlbi və ruhunun kəşfindən çox, dünya və cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə bilmişdir. Özümüz haqqında bir çox şeyləri bilmirik: məsələn, ekstrasenslərin müəmmalı xüsusiyyətləri; cadugərlik və magiyanın mövcudluq sirləri, telepatiya hadisəsinin izah edilə bilməməsi, telekinez (məsafə çərçivəsində fikirlərin ötürülməsi), gələcəyi görə bilməyi və digər insan potensiyasının açılmamış sirləri hələ bizlər üçün maraq doğurur. Bütün bunlar bir neçə illər məkanımızda dilə gətirilməyən problemlər olmuşdur. İnsanın özündə möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir. Əgər elə olmasaydı insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş etməzdi.

Digər lüğətlərdə