üzüm
üzümçülük
OBASTAN VİKİ
Üzümçü
Üzümçülük — üzümün becərilməsi və yığımı. Bitkiçilik elminin bir növü olaraq sayılır. Dünyada istehsal olunan üzümün təxminən 71%-i şərab hazırlaması üçün, 27%-i təzə meyvə şəkildə, 2%-i isə kişmiş hazırlaması üçün işlənilir. Hazırda mövcud olan arxeoloji tapıntılara əsaslanan ən geniş şəkildə qəbul olunmuş hipoteza odur ki, mədəni üzümün əhliləşdirməsi təxminən e.ə. 6000-5800 illərində Qara və Xəzər dənizləri arasında yerləşən Cənubi Qafqazda baş verib. Bundan başqa, bu prosesin həmin ərazidə 20 min il əvvəl başlandığı da iddia edilir. Dünyada ən çox əkilən üzüm sortu siyahılaşmanın metoduna və ilinə görə dəyişir. Kioho, Kaberne Sovinyon və sultana (kişmiş) dünyanın ən çox əkilən növlərin arasəndadır.
Üzümçü (Bostanabad)
Üzümçü (fars. ازومچي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 149 nəfər yaşayır (40 ailə).
Üzümçü (Qobustan)
Üzümçü — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində qəsəbə.
Üzümçü (dəqiqləşdirmə)
Üzümçü (Qobustan) — Azərbaycanın Qobustan rayonunun inzibati ərazi vahidində qəsəbə. Üzümçü (Bostanabad) — Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.
Cabbar Nəcəfov (üzümçü)
Nəcəfov Cabbar Sərdar oğlu (11 aprel 1971, Naxçıvan) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiri, dosent, aqrar elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1992-cu ildə Ukrayna Respublikasında Kirovoqrad Kənd Təsərrüffatı Maşınqayırma İnstitutunun Kənd Təsərrüffatı Maşınları fakültəsini mühəndis-mexanik ixtisası ilə bitirmişdir. == Peşə və elmi fəaliyyəti == 1992-ci ildə Babək rayon 2 saylı üzüm emalı zavodunda baş mühəndis vəzifəsində işə başlamışdır. 1993-1996-cı illərdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Fililialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2023-cü ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müdiridir. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Naxçıvan Muxtar Respublikasının az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda" fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 13 aprel 2010-cu ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən, ictimai əsaslarla xaricdən gətirilmiş calaq əkin materialı ilə salınmış üzüm bağlarına Naxçıvan Bölgəsi üzrə nəzarət komissiyasının sədri təyin olunmuşdur.
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. == Tarixi == Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

Azərbaycanda üzümçülük
Azərbaycanda üzümçülük — Azərbaycan Respublikasında üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi. Azərbaycan xalqının təsərrüfat həyatında bağçılıqla yanaşı üzümcülük də mühümi rol oynamışdır. Əlverişli təbii-coğrafi şərait ta qədimlərdən bu ərazidə üzümçülüyün geniş inkişafına imkan yaratmış və bəzi bölgələrində bu təsərrüfat sahəsi əhalinin iqtisadi həyatında mühüm rol oynamışdır. Yabanı üzüm Azərbaycan meşələrinin çoxunda bitir. Ona görə də mədəni üzümün təşəkkülü və sonrakı inkişafını cır üzüm olan yerlərlə əlaqələndirmək daha düzgün olardı. Azərbaycanda cır meşə üzümünün geniş yayılması, bu ərazidə üzümçülüyün qədimlərdən mövcud olmasını bir daha təsdiq edir. Cır üzümün yarpağı və giləsi mədəni üzümə nisbətən kicik, az şirəli və həm də bir qədər turş olması ilə seçilir. Cənubi Qafqaz, o cümlədən Azərbaycan yabanı və mədəni üzümün yetişməsi üçün ən münasib ərazi hesab edilir. Azərbaycanda üzümçülüyün yaranması tarixi hələlik dəqiq öyrənilməmişsədə onun bu ərazidə yayılmasını hələ İlk Tunc dövrünə, daha dəqiq desək, e.ə. III minilliyin başlanğıcına aid etmək mümkündür.
Üzümçülük
Üzümçülük — üzümün becərilməsi və yığımı. Bitkiçilik elminin bir növü olaraq sayılır. Dünyada istehsal olunan üzümün təxminən 71%-i şərab hazırlaması üçün, 27%-i təzə meyvə şəkildə, 2%-i isə kişmiş hazırlaması üçün işlənilir. Hazırda mövcud olan arxeoloji tapıntılara əsaslanan ən geniş şəkildə qəbul olunmuş hipoteza odur ki, mədəni üzümün əhliləşdirməsi təxminən e.ə. 6000-5800 illərində Qara və Xəzər dənizləri arasında yerləşən Cənubi Qafqazda baş verib. Bundan başqa, bu prosesin həmin ərazidə 20 min il əvvəl başlandığı da iddia edilir. Dünyada ən çox əkilən üzüm sortu siyahılaşmanın metoduna və ilinə görə dəyişir. Kioho, Kaberne Sovinyon və sultana (kişmiş) dünyanın ən çox əkilən növlərin arasəndadır.
Üzümçülük (Lənkəran)
Üzümçülük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 2015-ci ilin iyun ayının 25-də kəndə təbii qaz verilişi bərpa olunmuşdur.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Üzümçülük və şərabçılıq (film, 1928)
Üzümçülük və şərabçılıq (film, 1938)
Üzümçülər
Üzümçülər – Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində qəsəbə. Üzümçülər qəsəbəsi 1986-cı ildə Ağyazı adlı yerdə uzümçülük sovxozu fəhlələri üçün salınmışdır. Ona görə də "Üzümçülər" adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Digər lüğətlərdə