Üzv

Member 1) Hər hansı bir təşkilatın, birliyin və ya qurumun üzvü; 2) Fond Birjası tərəfindən təsdiq edilmiş və üzv olan şirkət tərəfindən ticarət zalında əməliyyatları həyata keçirməyə təyin edilmiş şəxs.
Üzərində göstərilən (nominal) dəyər
Üzv korporasiya
OBASTAN VİKİ
Üzv
Üzv: canlı orqanizmlərin bir hissəsi : ayaq, əl, burun və s.; hansısa toplumun bir vahidi: təşkilatın və ya bir ictimai toplumun sıravi üzvü: cəmiyyət üzvü, siyasi partiya üzvü, akademiya üzvü, ailə üzvü, parlament və ya bələdiyyə üzvü və s.; bir qayda olaraq həmin təşkilata üzvlük könüllü olduqda bu ifadə işlədilir. ("xalq üzvü" və ya "ordu üzvü" ifadəsi işlədilmir); beynəlxalq təşkilatın könüllü üzvü olan dövlət, (BMT üzvü, NATO üzvü). Üzvlük birlikdən çıxmağı nəzərdə tutmursa ifadə işıədilmi.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: muharibə, lokal muharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Türkiyənin Avropa Birliyinə üzv olması
Türkiyənin Avropa Birliyinə qəbulu müharibədən sonrakı Avropada ən problemli mövzulardan biridir. Türkiyə Cümhuriyyətinin özündə də AB-yə üzv olmaq məsələsi son onilliklərin mühüm bir ictimai-siyasi, iqtisadi, şəxsiyyət və hətta ideoloji problemidir, baxmayaraq ki, zaman keçdikcə öz kəskinliyini itirir: 2015-ci ilə qədər Türkiyə vətəndaşlarının AB üzvlüyünə dəstək 75 %-dən 20 %-ə endi. Türkiyə 1999-cu ildən bəri AB üzvlüyünə namizəddir. MKİ təsnifatına görə, Türkiyə Avropa Şurasında yeddinci və dünyada on beşinci iqtisadiyyata sahib olan inkişaf etmiş bir ölkədir və Gömrük Birliyi müqaviləsinin qüvvəyə mindiyi gündən bəri AB ilə gömrük birliyinin üzvüdür. 1996-cı ildə Türkiyə və AB. Türkiyə İƏİT-in (1961), ATƏT-in (1971) qurucu üzvlərindən biridir və eyni zamanda 1992-ci ildən bəri Qərbi Avropa Birliyinin köməkçi üzvüdür. Bundan əlavə, Türkiyə, Avropa Birliyi ilə sıx əlaqələri olan Sənaye G20'nin (1999) qurucu üzvüdür. Ölkə eyni zamanda BMT-nin Qərbi Avropa və Digər Ştatların Regional Qrupunun bir hissəsidir. 1949-cu ildən bəri Türkiyə Avropa Şurasının qurucularından biridir və 12 sentyabr 1963-cü ildə imzalanan AİK ilə Türkiyə arasındakı Assosiasiya Sazişi sayəsində, 1964-cü ildən bəri Avropa Birliyi və sələflərinin “ortaq üzvü” olmuşdur. Ölkə rəsmi olaraq 14 aprel 1987-ci ildə üzv olmaq üçün müraciət etdi, lakin 1999 Helsinki zirvəsində namizəd statusu əldə etmək 12 il çəkdi. 17 dekabr 2004-cü ildə Brüsseldəki zirvədən sonra (2004-cü ildəki genişlənmənin ardından), Avropa Şurası, Türkiyənin qoşulması ilə bağlı danışıqların rəsmi tarixini 3 oktyabr 2005-ci ildə elan etdi.
Cümlə üzvləri
Cümlə üzvləri – bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr. Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür söz və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Azərbaycan dilindəki əksər cümlələr tərkib hissələrinə ayrılır, yəni üzvlənir. Cümlə üzvlərini öyrənmək üçün: onların sintaktik vəzifəsini; ifadə vasitələrini; aralarındakı sintaktik əlaqə üsullarını; quruluşunu; sintaktik suallarını; daxili növlərini müəyyənləşdirmək vacibdir. Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri cümlə üzvü vəzifəsində iki cür çıxış edir: öz əsas funksiyasında; əlavə funksiyalarda. Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən həmin vəzifədə çıxış edir. Məsələn, mübtəda üçün adlıq halda, tamamlıq üçün yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında isim və əvəzliklər səciyyəvi ifadə vasitəsidir. Xitab və ara sözlərin sintaktik vəzifəsi olsa da, cümlə üzvü ola bilmir.
Cümlə üzvü

Cümlənin baş üzvləri
Cümlənin baş üzvləri — cümlənin qrammatik əsasını təşkil edir, fikir predmetini, onun hərəkət və əlamətini bildirir. Cümlənin mübtəda və xəbər olmaqla iki baş üzvü var.
Cümlənin ikinci dərəcəli üzvləri
Cümlənin ikinci dərəcəli üzvləri — cümlənin təşkiledici mərkəzinə, mübtəda , xəbərə və zərfliyə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələrə deyilir.Bəzən söz birləşməsi ilə də ifadə olunur Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi.
Daxili üzvlər bəhsi
Splanxnologiya ya Daxili üzvlər sistemi anatomiyanın daxili üzvlər sistemindən bəhs edən şöbəsi. Daxili üzvlər — lat. viscus s. viscera (yun. splanchna) və ya vegetativ həyat üzvləri boyun, döş qəfəsi, qarın boşluğu və çanaqda yerləşən üzvlərə deyilir. Topoqrafiya cəhətcə bu üzvlərə aid olan ürək — qan-damar sistemində, dalaq isə limfa sistemi ilə birlikdə təsvir edilmişdir. Daxili üzvlər üç aparat təşkil edir: Həzm aparatı — lat. apparatus digestorius — qəbul olunan qidanı həzm edir, mənimsəyici hala gətirir; qida maddələri olan zülallar, karbohidratlar və yazlar həzm kanalının divarından qana və limfaya sorulur. Tənəffüs aparatı — lat. apparatus respiratorius — tənəffüs vəzifəsini görür, burada qazlar mübadiləsi gedir.
Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012)
Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Demokratik Qüvvələrin Milli Şurasının üzvləri (siyahı)
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır. 28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir. 7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.
Demokratik Qüvvələrin Milli Şurasının üzvləri siyahısı

Dəri duyğusu üzvləri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Elementli üzvi birləşmələr
Elementli üzvi birləşmələr (EÜB) - Bu birləşmədə Karbon başqa birləşmələrdən fərqli olaraq atomlarla rabitələri mövcuddur. Əksər üzvi maddələr orqanogen-atomlardan (C, H, O, N, S) ibarətdir.Sonralar müəyyənləşdirildi ki, bunlardansavayı üzvi birləşmələrin tərkibində silisium, bor, metal atomları və praktik olaraq bütün elementlər ola bilər. Orqanogenlərdən fərqli olan bu birləşmələr element-üzvi birləşmələr (EÜB) adlandırılmışdır. Onlar praktik olaraq üzvi və qeyri-üzvi birləşmələrin xassələrini özündə cəmləşdirirlər. Hər şey arsendən başlandı. tanınmış alman alimi R.Bunzen 1841-ci ildə dimetilarseni (CH3)2AsH (kakodil) almışdır. bu ona baha başa gəldi. O, gözünü itirmiş, lakin tədqiqatı davam etdirmişdir. 50-ci illərdə Bunzenin tələbəsi E.Frankland sink-, qalay-, civə-üzvi birləşmələri almağa müvəffəq olmuşdur. Sonralar element üzvi birləşmələri XX əsrin görkəmli alimləri Fridel Krafts, Tsiqler, natta, Qrinyar, Andrianov, Nesmyanov və b.
Fosforlu üzvi birləşmələr
Fosforlu üzvi birləşmələr — tərkibində fosfor olan birləşmələrə deyilir.
Görmə üzvü
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Halogenli üzvi birləşmələr
Halogenli üzvi birləşmələr - tərkibində Karbon - Halogen rabitəsi saxlayan birləşmələrə deyilir. Halogenli törəmələr R-Hal kimi (Alk-Hal-alkilhalogenidlər və Ar-Hal-arilhalogenidlər üçün) ümumi formulaya malikdirlər. Sistematik nomenklatura ilə ad verərkən müvafiq doymuş karbohidrogenin adının əvvəlinə halogen atomunun yerini göstərmək şətrilə "xlor", "brom", "yod" - sözləri yazılır. halogen karbohidrogen zəncirinin hansı ucuna yaxındırsa, nömrələmə də ordan başlanır. Əgər zəncirdə ikiqat və üçqat rabitələr varsa, onda nömrələmə ondan başlanır. Əgər halogen zəncirdə yeganə əvəzləyicidirsə, müvafiq radikalın adının sonunda "xlorid", "florid", "bromid" və "yodid" sözlərini əlavə edirlər. Əgər ilkin karbohidrogenin bütün hidrogen atomları halogenlə əvəz olunubsa onda halogenli törəmənin adının əvvəlinə "per-" sözü əlavə edilir. Bir sıra halogenli törəmələr üçün trival nomenklaturadan istifadə edilir. Struktur quruluşuna görə alkil və arilhalogenidlərin qaynama və ərimə temperaturları müvafiq karbohidrogenlərdən böyükdür. Normal şəraitdə, ancaq ən kiçik halogenidlər: CH3F, C2H5F, C3H3F, CH3Cl, C2H5Cl, CH3Br qazdır.
Həmcins üzvlər
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir: a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir; b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır; c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir; ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur. Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var. Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s. Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cü illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (Azərbaycan)

Kişi cinsiyyət üzvü
Kükürdlü üzvi birləşmələr
Kükürdlü üzvi birləşmələr - tərkibində Karbon - Kükürd rabitəsi birləşdirən birləşmələrə deyilir. Kükürd üzvi birləşmələri adlandırmaq üçün "tio" hissəciyindən istifadə edilir.Bu ikivalentli kükürd atomunu göstərir. Bundan başqa "tio" oksigenin kükürdlə əvəz olunmasını göstərir. Məsələn "ol" hidroksil qrupunu OH, "tiol" ilə -SH qrupunu, "on" karbonil qrupunu, "tion" ilə C=S qrupunu adlandırırlar. "Tia" hissəciyi ("tio"dan fərqli olaraq) karbon atomunun kükürdlə əvəz olunmasını göstərir. S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı-2003.
Metal üzvi birləşmələr
Metal üzvi birləşmələr Metal-üzvi kimya metal-üzvi birləşmələri öyrənir. Metal-üzvi birləşmələr (MÜB) üzvi qrupların bilavasitə metal atomu ilə metal-karbon rabitəsi vasitəsilə əmələ gətirdiyi birləşmələrdir. Əgər üzvi liqand keçid metal atomu ilə bilavasitə keçid metal–karbon rabitəsi ilə birləşibsə, belə birləşmələr keçid metalların metal-üzvi birləşmələri, əgər qeyri-keçid metalla birləşibsə, onda qeyri-keçid metalların metal-üzvi birləşmələri adlanır. Metalüzvi birləşmələrin kompleks birləşmələrdən fərqi odur ki, kompleks birləşmələrdə bilavasitə metal–karbon rabitəsi yoxdur. Bu baxımdan metal-üzvi birləşmələr kompleks birləşmələrin xüsusi formasıdır. Keçid metalların metal-üzvi birləşmələrinə maraq əsasən iki aspektlə (praktik və fundamental) əlaqədardır. Ən əvvəl bu komplekslərin tədqiqi keçid metal atomunun rabitə yaratma qabiliyyətini araşdırmağa və keçid metal-üzvi liqand arasındakı çox mərkəzli ikielektronlu rabitələrin xüsusiyyətlərini dərindən dərk etməyə imkan verir. İkincisi keçid metalların metal-üzvi birləşmələrinin perspektivli katalitik sistemlər olması ilə əlaqədardır. Məlumdur ki, keçid metallar əsasında alınmış homogen katalizatorlar çoxtonnajlı kimyəvi məhsulların — spirtlər, plastifikatorlar, sirkə turşusu, dərman maddələrinin və s. sintezində istifadə edilir.
Mexaniki və üzvi həmrəylik
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
Müsavat və Bitərəflər fraksiyasının üzvləri
Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində ən çox millət vəkilinə sahib olan fraksiya. 1919-cu ilin oktyabrında Bitərəflər fraksiyasında parçalanma baş verdi. Səkkiz nəfərdən ibarət böyük əksəriyyət (Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəmil bəy Sultanov, Yusif Əhmədov, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev, Ağa Aşurov) Müsavat fraksiyası ilə birləşərək parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavat fraksiyası ilə birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. Fraksiyaya 40 parlament üzvü daxil idi: Azərbaycan Cümhuriyyəti Parlamenti (1918–1920).
Müstəqillər fraksiyasının üzvləri
Müvazinət-eşitmə üzvü
Müvazinət-eşitmə üzvü — İnsanlar eşitmə sayəsində özlərinin əmək və ictimai fəaliyyətində bir biri ilə əlaqə saxlayır, başqalarının təcrübəsini şifahi nitq vasitəsilə öyrənirlər. Onlar daim müxtəlif səslər aləmində yaşayırlar. İnsanın eşitmə analizatoru saniyədə 16-20 min dəfəyədək dəyişən, yəni 16-20 min hersə bərabər səs dalğalarını ayırd etmək qabiliyyətinə malikdir. 20 min hersdən yuxarı səs dalğaları ultrasəs sahəsinə 16 hersdən aşağı səs dalğaları isə infrasəs dalğaları sahəsinə aiddir. 1000-3000 hers hədlərində insan qulağı maksimal həssalığa malikdir. Eşitmə analizatoru aşağıdakı üç hissədən təşkil olunmuşdur: daxili qulağın reseptor sahəsi, eşitmə siniri və beyin qabığının eşitmə nahiyəsi. Daxili qulaqda eşitmə reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları da yerləşmişdir. Xarici qulaq-qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Xarici qulaqla orta qulaq arasında təbil pərdəsi yerləşmişdir. Orta qulaq kiçik kamera şəklindədir.

Digər lüğətlərdə