üzvi material

ру органический материал en organic material de organische Substanz fr matière organique es sustancia orgánica, es substancia orgánica it sostanza organica
üzvi istilikdaşıyıcı
üzvi piqment, üzvi boya
OBASTAN VİKİ
Material
Material — hər hansı bir əşyanın hazırlanmasında tətbiq olunan və ya hər hansı bir prosesə təsir edə biləcək maddə və ya maddələr birləşməsidir. Sonuncu halda material köməkçi və ya israf olunan materiallara bölünürlər. Qida, yanacaq və dərmanlar material sayılmırlar, çünki istismar prosesində onlar kimyəvi reaksiyaya girirlər və qismən və ya tamamilə yox olurlar. Qazları da çox vaxt materiallardan çıxarırlar. Materialın sürüncəkliyi — bərk cismin sabit yük və ya sabit mexaniki gərginlik altında zamandan asılı baş verən deformasiyasıdır. Bütün bərk cisimlər bu və ya digər şəkildə sürüncəklik xassəsinə malikdir. Metalların və digər materialların sürüncəkliyinin sistematik tədqiqi XX əsrin əvvəllərinə, əsasən də 40-cı illərinə təsadüf edir. Bu vaxtlar texnikanın inkişafı ilə əlaqədar buxar və qaz turbinləri pərlərinin, reaktiv mühərrik və raketlərin, müxtəlif konstruksiyaların disk elementlərinin sürüncəklik məsələlərinin həlli çox vacib idi. Detalların uzun müddət yüksək temperatur şəraitində yükə davamlı olmaları üçün yeni materiallar tələb olunurdu. Hesab edilirdi ki, sürüncəklik yalnız yüksək temperaturda baş verə bilər.
Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: təbii materiallar (kvars, sumbata, korund, təbii almaz) və süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz). Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır. Təbiətdə rast gələn süxurlar və minerallar (kvars, sumbata, korund və almaz) aiddir. Kvars iri kristallı silisium 4-oksiddən ibarət olub aşağı kəsmə xassələrinə malikdir. Qum itiləyiciləri, bülöv daşları və pardax sumbata kağızı hazırlanmasında istifadə olunur. Sumbata və təbii korund alüminium oksidi kristallarından və (AL2O3) qatqılardan (sumbatada 25-30%, korundda 95%-ə qədər) ibarətdir. Sumbata qara və qara-boz, korund isə qəhvəyi rəngdədir.
Ağac (material)
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Gips (material)
Gips — inşaat materialı. Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Kompozit material
Kompozit material (kompozisiya materialı və ya birləşmə materialı da deyilir) əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibli materialdan hazırlanmış və birləşdirildikdə əvvəlkindən fərqli xüsusiyyətlərə sahib bir məmulat istehsal edən bir materialdır. Kompozit materialları bir neçə komponentdən ibarət olan materiallardır. Adatən, kompozit material plastik bazadan (matrisadan) və ona əlavə möhkəmlik, sərtlik, yüngüllük və s. verən gücləndirici doldurucudan ibarət olur. İstifadə olunan materiallardan, onların miqdarından və istiqamətindən asılı olaraq kompozitlərin xüsusiyyətləri istənilən xassələri əldə etmək üçün dəyişə bilər.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Üzvi kimya
Üzvi kimya — tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir elmdir. Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər 2 elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ gətirən əsas dörd elementdir (O, H, N, C). Üzvi kimya karbohidrogenləri və onların törəmələrini, yəni karbon əsaslı birləşmələri öyrənən kimya sahəsidir. Üzvi kimya maddələrin quruluşunu, xüsusiyyətlərini, reaksiyalarını və sintez yollarını araşdırır. Aşağıda üzvi kimyanın əsas aspektləri və sahələri haqqında məlumat verilmişdir: Üzvi kimyanın əsas xüsusiyyətləri 1. Karbonun unikal rolu: Üzvi kimyada əsas element karbon atomudur. Karbon atomları öz aralarında və digər elementlərlə (hidrogen, oksigen, azot, kükürd, halogenlər və s.) sabit kovalent əlaqələr yarada bilir. Bu xüsusiyyət karbon birləşmələrinin müxtəlifliyini və mürəkkəbliyini təmin edir. 2.
Üzvi maddələr
Üzvi maddələr — biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr). Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır. Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur. Üzvi kimya bir çox elmlərlə əlaqəlidir. İlk növbədə q/üzvi kimya, biokimya, fiziki kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s. elmlərlə sıx əlaqəli inkişaf edir. Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur. Y. Sil, Ş. Jerar, E. Franklit, Kekule, A. Kuper, M. Lomonosov, A. M. Butlerov, M. Markovnikov, A. Zinin, N. Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y. Məmmədəliyev, Ə. Quliyev, A. Məhərrəmov, M. Qulubəyov, Ş. Ömərov və başqalarının xidmətləri olmuşdur. Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur.
Üzvi sintez
Üzvi sintez – üzvi maddələrin sintez üsuludur. Üzvi kimyanın mühüm bir sahəsidir. XIX əsrin əvvəllərinə qədər vitarizm nəzəriyyəsinin təsviri ilə belə hesab edilirdi ki, üzvi birləşmələr canlı orqanizmdə xüsusi həyati qüvvənin iştirakı ilə alına bilər. Həmin əsrin əvvəllərindən başlayaraq aparılan üzvi birləşmələrin ilk sintezləri bu nəzəriyyənin əsassızlığın göstərdi və o andan etibarən qeyri üzvi maddələr olan disian və amonyakın qarşılıqlı təsirindən üzvi maddə olan karbamidin (sidik cövhərinin) alınması ilə üzvi kimyada üzvi sintezin əsas qoyuldu: Göründüyü kimi ilk üzvi sintezlər o qədər də mürəkkəb olmayan birləşmələrin alınması ilə başlamış, lakin tədricən üzvi sintezlər mürəkkəbləşmiş bir neçə mərhələli olmuş və bir neçə təbii birləşmələrin alınması mümkün olmuşdur. 1904-cü ildə bu üsulla adrinalin sintez olunmuşdur. Hal-hazırda üzvi sintez sahəsi inkişaf etdirilərək təsdiq edilmişdir ki, çoxmərhələli reaksiyalar əsasında ən mürəkkəb quruluşlu, xüsusi əhəmiyyət kəsb edən birləşmələri əldə etmək olur. Üzvi sintezin üsulları iki cürdür. Retrosintetik sintez üsulu Templat sintez üsulu Hazırda üzvi sintezin elə imkanları vardır ki, ən mürəkkəb quruluşlu birləşmələri sintez etmək mümkün olur, hətta bu bir neçə yolla baş verir. Çoxvariantlı sintez imkanı olduqda, sintezin səmərəliliyi əlavə olaraq başlanğıc birləşmələrin, reagentlərin asan əldə olunması reaksiya şəraitinin sadəliyi, məqsədli məhsulların çıxımının yüksək olması və sair digər amillərlə müəyyən olunur. XX əsrin ilk illərindən başlayaraq məqsədli molekulların sintezinin planlaşdırılmasına sistematik yanaşma üsulundan – retrosintetik analiz adlanan bir üsul tətbiq edilmişdir..
Kömür (qrafik material)
Qrafik material olan kömürlə çəkilmiş rəsm sənəti; Qurğuşun, kömür, qrafit kimi rəsm alətləri ilə çəkilmiş şəkildir. Təbiətdə olan bir çox materialına görə ən qədim sənət sahələrindən biridir. Təsviri sənətlərdə təhsilə və işə başlamaq üçün qrafik alət olan kömürlə çəkilmiş dizayn işlərindən istifadə edilir. Bununla birlikdə, Kömürlə çəkilmiş şəkillər özü bir sənət qolu olmuşdur. Ölçü şəkilə fərqli rənglər əvəzinə eyni rəngin fərqli tonları ilə verilir. Mənzərə, interyer, natürmort və abstrakt əsərlər kömür ilə çəkilə bilinsə də, daha çox portret şəklində istifadə olunur. Portretlərdə kömür və yağlı boya əvvəllər olduğu kimi bədii və ticarət dəyərini qoruyur. Eyni zamanda, digər texnikalardan daha asan və daha ucuz olması bu sahədəki həvəskar tədqiqat eskizlərini artırmışdır. Müxtəlif bədii baxışlara baxmayaraq kömür realizmin ən qalıcı texnikasıdır. Rəssamların fərqli üslublarına baxmayaraq, ən fərqli üslublar; ştrixləmə, cızma-qara, tonlamaq və kölgələndirmək.
Azotlu üzvi birləşmələr
Azotlu üzvi birləşmələr — azot tərkibli birləşmələrə deyilir. Azotlu üzvi birləşmələr mühüm birləşmələrdən biridir.
Elementli üzvi birləşmələr
Elementli üzvi birləşmələr (EÜB) - Bu birləşmədə Karbon başqa birləşmələrdən fərqli olaraq atomlarla rabitələri mövcuddur. Əksər üzvi maddələr orqanogen-atomlardan (C, H, O, N, S) ibarətdir.Sonralar müəyyənləşdirildi ki, bunlardansavayı üzvi birləşmələrin tərkibində silisium, bor, metal atomları və praktik olaraq bütün elementlər ola bilər. Orqanogenlərdən fərqli olan bu birləşmələr element-üzvi birləşmələr (EÜB) adlandırılmışdır. Onlar praktik olaraq üzvi və qeyri-üzvi birləşmələrin xassələrini özündə cəmləşdirirlər. Hər şey arsendən başlandı. tanınmış alman alimi R.Bunzen 1841-ci ildə dimetilarseni (CH3)2AsH (kakodil) almışdır. bu ona baha başa gəldi. O, gözünü itirmiş, lakin tədqiqatı davam etdirmişdir. 50-ci illərdə Bunzenin tələbəsi E.Frankland sink-, qalay-, civə-üzvi birləşmələri almağa müvəffəq olmuşdur. Sonralar element üzvi birləşmələri XX əsrin görkəmli alimləri Fridel Krafts, Tsiqler, natta, Qrinyar, Andrianov, Nesmyanov və b.
Fosforlu üzvi birləşmələr
Fosforlu üzvi birləşmələr — tərkibində fosfor olan birləşmələrə deyilir.
Halogenli üzvi birləşmələr
Halogenli üzvi birləşmələr - tərkibində Karbon - Halogen rabitəsi saxlayan birləşmələrə deyilir. Halogenli törəmələr R-Hal kimi (Alk-Hal-alkilhalogenidlər və Ar-Hal-arilhalogenidlər üçün) ümumi formulaya malikdirlər. Sistematik nomenklatura ilə ad verərkən müvafiq doymuş karbohidrogenin adının əvvəlinə halogen atomunun yerini göstərmək şətrilə "xlor", "brom", "yod" - sözləri yazılır. halogen karbohidrogen zəncirinin hansı ucuna yaxındırsa, nömrələmə də ordan başlanır. Əgər zəncirdə ikiqat və üçqat rabitələr varsa, onda nömrələmə ondan başlanır. Əgər halogen zəncirdə yeganə əvəzləyicidirsə, müvafiq radikalın adının sonunda "xlorid", "florid", "bromid" və "yodid" sözlərini əlavə edirlər. Əgər ilkin karbohidrogenin bütün hidrogen atomları halogenlə əvəz olunubsa onda halogenli törəmənin adının əvvəlinə "per-" sözü əlavə edilir. Bir sıra halogenli törəmələr üçün trival nomenklaturadan istifadə edilir. Struktur quruluşuna görə alkil və arilhalogenidlərin qaynama və ərimə temperaturları müvafiq karbohidrogenlərdən böyükdür. Normal şəraitdə, ancaq ən kiçik halogenidlər: CH3F, C2H5F, C3H3F, CH3Cl, C2H5Cl, CH3Br qazdır.
Kükürdlü üzvi birləşmələr
Kükürdlü üzvi birləşmələr - tərkibində Karbon - Kükürd rabitəsi birləşdirən birləşmələrə deyilir. Kükürd üzvi birləşmələri adlandırmaq üçün "tio" hissəciyindən istifadə edilir.Bu ikivalentli kükürd atomunu göstərir. Bundan başqa "tio" oksigenin kükürdlə əvəz olunmasını göstərir. Məsələn "ol" hidroksil qrupunu OH, "tiol" ilə -SH qrupunu, "on" karbonil qrupunu, "tion" ilə C=S qrupunu adlandırırlar. "Tia" hissəciyi ("tio"dan fərqli olaraq) karbon atomunun kükürdlə əvəz olunmasını göstərir. S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı-2003.
Metal üzvi birləşmələr
Metal üzvi birləşmələr Metal-üzvi kimya metal-üzvi birləşmələri öyrənir. Metal-üzvi birləşmələr (MÜB) üzvi qrupların bilavasitə metal atomu ilə metal-karbon rabitəsi vasitəsilə əmələ gətirdiyi birləşmələrdir. Əgər üzvi liqand keçid metal atomu ilə bilavasitə keçid metal–karbon rabitəsi ilə birləşibsə, belə birləşmələr keçid metalların metal-üzvi birləşmələri, əgər qeyri-keçid metalla birləşibsə, onda qeyri-keçid metalların metal-üzvi birləşmələri adlanır. Metalüzvi birləşmələrin kompleks birləşmələrdən fərqi odur ki, kompleks birləşmələrdə bilavasitə metal–karbon rabitəsi yoxdur. Bu baxımdan metal-üzvi birləşmələr kompleks birləşmələrin xüsusi formasıdır. Keçid metalların metal-üzvi birləşmələrinə maraq əsasən iki aspektlə (praktik və fundamental) əlaqədardır. Ən əvvəl bu komplekslərin tədqiqi keçid metal atomunun rabitə yaratma qabiliyyətini araşdırmağa və keçid metal-üzvi liqand arasındakı çox mərkəzli ikielektronlu rabitələrin xüsusiyyətlərini dərindən dərk etməyə imkan verir. İkincisi keçid metalların metal-üzvi birləşmələrinin perspektivli katalitik sistemlər olması ilə əlaqədardır. Məlumdur ki, keçid metallar əsasında alınmış homogen katalizatorlar çoxtonnajlı kimyəvi məhsulların — spirtlər, plastifikatorlar, sirkə turşusu, dərman maddələrinin və s. sintezində istifadə edilir.
Oksigenli üzvi birləşmələr
Oksigenli üzvi birləşmələr — molekulunda Karbon — Hidrogen, Karbon — Oksigen rabitəsi saxlayan birləşməyə deyilir.
Qeyri-üzvi birləşmə
Qeyri-üzvi birləşmə — üzvi olmayan mənasına gəlir. Biologiyada su, mineral, turşu, əsaslar, duzlar kimi orqanizmlərin quruluşunda olan ancaq canlı olmayan və ya bir canlı tərəfindən istehsal edilməmiş kimyəvi birləşmələrdir. Təbiətdən hazır olaraq alınır, qeyri-üzvi birləşmələrin istehsalı mümkündür. Qeyri-üzvi birləşmələr, sıxlıqla karbon daşımayan molekullardır. Bunlara misal kimi, anionlar və kationlar olaraq təsnif edilən müxtəlif ion birləşmələr ilə kovalent birləşmələrin verə bilərik. Fotosintez edə bilən canlılar (dəniz yosunları, bitkilər və sianobakteriya) qeyri-üzvi birləşmələri sintezləşdirərək üzvi maddələr yaradırlar. Qeyri-üzvi birləşmələr canlı quruluşuna qatılır və metabolik reaksiyalarda tənzimləyici vəzifəsi görür.
Silisiumlu üzvi birləşmələr
Silisiumlu üzvi birləşmələr - tərkibində Karbon - Silisium rabitəsi olan birləşmələrə deyilir. Bəzən onları Silikonlar adlandırırlar.
Zərif üzvi sintez
Zərif üzvi sintez – çoxmərhələli reaksiyalar sxemi üzrə az miqdarda reaktivlərlə mürəkkəb quruluşa malik birləşmələrin sintez üsuludur. Onların arasında bir sıra fərqlərin olduğunu aşkara çıxarır.. Əsas üzvi sintezin məhsullarından fərqli olaraq zərif üzvi sintezin məhsulları çox diqqətlə təmizlənməlidirlər. Zərif üzvi sintezin istehsallarının həcmi əsas üzvi sintezinki ilə müqayisədə çox da böyük olmur. Zərif üzvi sintezin məhsulları öz çeşidinə görə çoxsaylı və rəngarəngdir, məhsulların dəyəri isə nisbətən yükskdir. Adətən bu sənaye sahəsini “Kiçik tonnajlı kimya” adlandırırlar. Zərif üzvi sintez üsulu ilə ilk dəfə sintetik üzvi birləşmələr toxuculuq sənayesində tətbiq olunmuşdur. XIX əsrin axırlarında ilk sintetik dərman preparatı (E.Fişer) və sintetik boyaq maddəsi (U.Perkin) alındı və kimya-əczaçılıq sənayesi yarandı. XX əsrin ortalarındatəbii maddələrin nümayəndələri (vitaminlər, antibiotiklər) sintez olundu və tətbiq sahəsi tapdı. Sonralar zülallar, nuklein turşuları, lipidlər, karbohidratların ayrı-ayrı nümayəndələri və fraqmentləri sintez olundu.
Qeyri-üzvi birləşmələr
Qeyri-üzvi birləşmə — üzvi olmayan mənasına gəlir. Biologiyada su, mineral, turşu, əsaslar, duzlar kimi orqanizmlərin quruluşunda olan ancaq canlı olmayan və ya bir canlı tərəfindən istehsal edilməmiş kimyəvi birləşmələrdir. Təbiətdən hazır olaraq alınır, qeyri-üzvi birləşmələrin istehsalı mümkündür. Qeyri-üzvi birləşmələr, sıxlıqla karbon daşımayan molekullardır. Bunlara misal kimi, anionlar və kationlar olaraq təsnif edilən müxtəlif ion birləşmələr ilə kovalent birləşmələrin verə bilərik. Fotosintez edə bilən canlılar (dəniz yosunları, bitkilər və sianobakteriya) qeyri-üzvi birləşmələri sintezləşdirərək üzvi maddələr yaradırlar. Qeyri-üzvi birləşmələr canlı quruluşuna qatılır və metabolik reaksiyalarda tənzimləyici vəzifəsi görür.
Qeyri-üzvi kimya
Qeyri-üzvi kimya — kimyanın bütün kimyəvi elementlərin və onların qeyri-üzvi birləşmələrinin quruluşunu, reaksiya qabiliyyəti və xassələrini öyrənən sahəsi. Bu sahə üzvi maddələr istisna olmaqla, bütün kimyəvi birləşmələri əhatə edir (adətən qeyri-üzvi kimi təsnif edilən bir neçə sadə birləşmə istisna olmaqla, karbonu ehtiva edən birləşmələr sinfi). Tərkibində karbon olan üzvi və qeyri-üzvi birləşmələr arasındakı fərqlər, bəzi fikirlərə görə, ixtiyaridir. Qeyri-üzvi kimya kimyəvi elementləri və onların əmələ gətirdiyi sadə və mürəkkəb maddələri (üzvi birləşmələr istisna olmaqla) öyrənir. Ən son texnologiya materiallarının yaradılmasını təmin edir. 2013-cü ildə məlum olan qeyri-üzvi maddələrin sayı 500 minə yaxındır. Qeyri-üzvi kimyanın nəzəri əsasını dövri qanun və ona əsaslanan D.İ.Mendeleyevin dövri sistemi təşkil edir. Qeyri-üzvi kimyanın ən mühüm vəzifəsi müasir texnologiya üçün zəruri olan xassələrə malik yeni materialların yaradılması üsullarının işlənib hazırlanması və elmi əsaslandırılmasıdır. Tarixən qeyri-üzvi kimya adı canlı varlıqlar tərəfindən əmələ gəlməyən elementlərin, birləşmələrin və maddələrin reaksiyalarının öyrənilməsi ilə məşğul olan kimya hissəsinin ideyasından irəli gəlir. Bununla belə, 1828-ci ildə görkəmli alman kimyaçısı Fridrix Völer tərəfindən həyata keçirilən qeyri-üzvi birləşmə ammonium sianatdan (NH4OCN) karbamid sintezindən bəri cansız və canlı təbiətin maddələri arasındakı sərhədlər silindi.
Karbon lifli süni material
Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır. Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur.
"Mexaniki və üzvi həmrəylik."
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
Mexaniki və üzvi həmrəylik
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).