ŞƏTƏL
ŞƏVƏSAÇ
OBASTAN VİKİ
Şəvərut
Şalıbulaq, Şahvarut, Uşakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şavarud kimi yazılır. Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur.

Digər lüğətlərdə

бурево́й мимо́за на со́весть нашлёпывать опозо́рение распуха́ние раще́ние холестери́н вжима́ться дескри́пция дискредита́ция ика́нье плеври́тный пята́ стартова́ть фармаколо́гия чёлн члени́ться пупитр сколька терн babble silly нагреметь сосновый