ŞAN-ŞƏRƏF

сущ. честь и слава. Füzuli Azərbaycan ədəbiyyatının şanı-şərəfidir Физули – честь и слава азербайджанской литературы
ŞAN-ŞƏRAFƏTLİ
ŞAN-ŞƏRƏFLƏ
OBASTAN VİKİ
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Şərəf
Şərəf — sədaqət, ədalət, dürüstlük, alicənablıq kimi fərdi keyfiyyətləri qiymətləndirilməsi ilə bağlı kompleks etik və sosial mənaları. Şərəf müəyyən mədəni və ya sosial ənənələr, maddi səbəbləri və ya şəxsi ambisiyaları ilə həyat gətirdi nisbi anlayış kimi görülə bilər. Digər tərəfdən, şərəf ilk xas insan duyğusu, onun şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir.Lüğət VI Dahl, bu bölgü əks etdirən şərəf müəyyən və bir "daxili mənəvi ləyaqət, cəsarət, dürüstlük, soul və yaxşı vicdan alicənablıq," və "şərti, dünyəvi, dünyəvi alicənablıq, tez-tez yalan, xəyali".
Lyu Şan
Lyu Şan (çin. ənən. 劉禪, sadə. 刘禅, pinyin: Líu Shàn), (207—271), digər adı Qunsı (çin. ənən. 公嗣), həmçinin Şençji (çin. ənən. 升之) — Çin ərazisində Üç çarlıq dövründə Şu çarlığının ikinci və sonuncu hökmdarı.
Sen-Şan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Şan-şuy
'Şan-şuy' (Çin dilində:山水 hərbi mənası «dağlar-sular») - Çində dünyanın kişi və qadın başlanğıcının (in-yan) simvolu kimi, dağların və suların, sarkal elementlərin təsvirlərinin kompozisiyasından ibarət peyzaj rəsmləri. Bu rəsmlərin çəkilməsində mineral boyalardan və qara tuşdan istifadə olunur, təsvirlər kalliqrafik yazılarla müşayət olunurdu . Bu janr eramızın əvvəllərində meydana çıxmış, X-XIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdır. (Pəssamlar Qo Si , Li Tan, Ma Yuan). Şan-şuy öz ənənəvi mahiyyətini bizim günlərə qədər qoruyub saxlamışdır. Çjan Tszitsyan (550-617) U Dao-tszi (685-758) Tszin Xao (870-915) Quan Tun (870-960) Dun Yuan (? -962) Xuan Tsyuan (900-965) Tszuy-jan (X əsr) Fan Kuan (990—1020) Tsuy Bo (1050—1074) Li Qun-lin (1049—1106) Mi Fu (1051—1107) Van Simen (1096—1119) Sya Quy (1180 — 1230) Çjao Menfu (1254—1322) U Çjen (1280—1354) Xuan Qunvan (1269—1356) Van Men (1308—1385) Li Tszay (?—1431) Day Tszin (1388—1462) Tan In (1470—1524) Ven Çjenmin (1470—1559) Çen Çun (1482—1544) Dun Tsiçan (1555—1636) Lan In (1585—1666) Van Şi-min (1592—1680) Виноградова Н. А. Китайская пейзажная живопись. — М.: Изобразительное искусство, 1972 Го Жо Сюй. Записки о живописи: что видел и слышал. — М.: Наука, 1978.
Şan (Myanma)
Şan ştatı — Myanmada yerləşən ştat. Şan ştatı şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə həmsərhəddir.
Şan (dəqiqləşdirmə)
Şan — Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Şan həmçinin bu mənalara gələ bilər: Şan (Myanma) — Myanmada ştat Şanlar — Cənub-Şərqi Asiyada yaşayan etnik qrup Şan dili — Şan xalqının doğma dili Arı şanı — arı məhsulu.
Şan dövləti
Şan dövləti — indiki Myanma ərazisində tarixi dövlət. Myanmada yaşayan xalqlardan olan şanların ilk dövləti (mərkəzi Muanmau). VII əsrdə yaranmış, XIV–XV əsrlərə yaxın ərazisi xeyli genişlənmişdi. XV əsrdən sonra tənəzzül etmiş və 30 feodal knyazlıqa parçalanmışdı. Myanma 1948-ci ildə istiqlaliyyət qazandıqdan sonra Myanma İttifaqının tərkibindədir. 1974-cü il konstitusiyasına əsasən Şan milli vilayəti yaradılmışdır.
Şan sülaləsi
Şan sülaləsi — e.ə. 1554 və e.ə. 1046-cı illər arasında mövcud olmuş Çin səltənəti. XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti zamanı (E.ə. 1401 - E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi. O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Şan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı.
Şan ştatı
Şan ştatı — Myanmada yerləşən ştat. Şan ştatı şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə həmsərhəddir.
"Şərəf" ordeni
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir. == Tarixi və statusu == "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir. Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə; Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə; İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə. Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır. == Təsviri == "Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir.
Şərəf Rəşidov
Şərəf Rəşidoviç Rəşidov (özb. Sharof Rashidovich Rashidov; 24 oktyabr (6 noyabr) 1917, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu – 31 oktyabr 1983, Daşkənd) — Özbəkistanın partiya və dövlət xadimi, yazıçı, iki dəfə sosialist əməyi qəhrəmanı, 1959–1983-cü illərdə Özbəkistan KP MK-nın I katibi olmuşdur. Şərəf Rəşid oğlu Rəşidov Özbəkistan Dövlət Universitetinin Filologiya fakultəsini bitirmişdir (1941). Səmərqənd şəhərində "Ленин йўли" qəzetinin redaktoru vəzifəsində işləmişdir.
Şərəf Taşlıova
Şərəf Taşlıova (d. 10 aprel 1938, Ərdahan – ö. 20 sentyabr 2014, Türkiyə) — Türkiyə aşığı. Aşıq Şərəf Taşlıova 10 aprel 1938-ci ildə Ərdahanın Çıldır ilçəsinin Gülyüzü kəndində doğulmuşdur. Kiçik yaşlarda atası vəfat etmişdir. Atasını adı Hacı bəy, anasının adı isə Nərgiz xanımdır. 10 yaşı olanda Aşıq Şenniyin oğlu Aşıq Qasım onu toyda görmüş, səsini bəyənmiş və beləcə o aşıqlığa başlamışdır. 13 sentyabr 2014-cü ildə xəstələnmiş və 20 sentyabr 2014-cü il axşam saat 21:30-da Dışkapı Hastanesində vəfat etmişdir. Qarsda İnönü Prospekti üzərindəki "Aşıklıq heykəlləri"ndə heykəli ucaldılmışdır Şərəf Taşlıova Türkiyənin məşhur aşığı olmaqla, YUNESCO-nun "Canlı insan xəzinəsi" titulunu qazanmış bir aşıqdır. 44 il Konya aşıqlar bayramına qatılmışdır.
Şərəf abidəsi
Şərəf abidəsi (türk. Onur Anıtı) — Türkiyənin Samsun şəhərininin İlkadım ilçəsindəki "Atatürk parkında yerləşən və şəhərin simvolu olan abidə. Mustafa Kamalın Samsuna gəldiyi hissəyə inşa edilən abidə İstiqlaliyyət müharibəsinin başlanğıcı sayılan bu hadisənin simvoludur. Abidənin heykəli Samsun qubernatoru Kazım paşa tərəfindən Samsun əhalisi adına Avstriya heykəltaraşı Heinriç Krippelə 1927-ci ildə sifariş edilmiş, həmin il 19 may tarixində qaydalara uyğun olaraq rəsmi təməlatma mərasimi keçirilmiş, 1928-ci ildə Vyana şəhərində başlayan heykəlin istehsal müddəti 1931-ci ildə sona çatdırılmış və heykəl 29 oktyabr 1931-ci il tarixində inşa edilmişdir. 15 yanvar 1932-ci il tarixində abidənin rəsmi açılış mərasimi keçirilərək respublika tarixinin on üçüncü abidəsi, Heinriç Krippelin isə Türkiyədəki inşa etdiyi dördüncü abidə olmuşdur. Tuncdan hazırlanmış heykəlin hündürlüyü – 4.75 metr (15.6 ft). Daş blok ayaqlığın hündürlüyü – 4.10 metr (13.5 ft). Bütün heykəlin ümumi hündürlüyü – 8.85 metr (29.0 ft). Heykəl üçün memar 37.000 ABŞ dollarına razılaşmış, lakin heykəltaraş Heinriç Krippelə 5.500 ABŞ dolları əlavə olaraq ödəniş edilmişdir. Samsunda Mustafa Kamala həsr edilmiş bir abidənin inşa edilməsi fikri Samsun qubernatoru Kazım paşa tərəfindən ortaya çıxmışdır.
Şərəf ordeni
"Şərəf" ordeni — Azərbaycan Respublikasının ordeni.
Tyan Şan dağları
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
"Şərəf" ordeni (Azərbaycan)
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir. == Tarixi və statusu == "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir. Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə; Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə; İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə. Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır. == Təsviri == "Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir.
"Şərəf" ordeni (Rusiya)
Şərəf ordeni (rus. Орден Почёта) — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordeni ilə təltif edilmişdir == Rusiya prezidenti V. Putin və ordenlə təltif edilib — 2 qat Olimpiya çempionu Svetlana Xorkina. 8 iyun 2001-ci il Bax Şərəf Ordeninin Cəngavərləri İlk olaraq 1994-cü ildə 17-ci Qış Olimpiya Oyunlarının nəticələrinə görə mükafatlandırılan idmançılar və məşqçilər oldu.
"Şərəf" ordeni laureatları
== 2009 ==
FİBA şərəf zalı
Beynəlxalq Basketbol Federasiyasının (FİBA) şərəf zalı 2007-ci ildə İspaniyanın Alkobendas şəhərində açılmışdır. Şərəf zalının əsas vəzifəsi beynəlxalq basketbol tarixində xüsusi xidmətləri olan insanların fəaliyyətini əbədiləşdirməkdir. Müasir dövrdə Şərəf zalı 4 kateqoriya şəxslərin xidmətlərini əhatə edir: oyunçular, məşqçilər, hakimlər və məmurlar. Hər iki ildən bir Şərəf zalının üzvlüyünə yeni üzvlər qəbul olunur. ABŞ-nin hüdudlarından kənarda ilk basketbol muzeyinin yaradılması ideyası 1991-ci ildə məşhur ispan məşqçisi Pedro Fernandes tərəfindən irəli sürülmüşdür. 1999-cu ildə FİBA Şərəf zalı layihəsinin yaradılmasına dair layihə bu təşkilat tərəfindən təsdiq olunmuşdur. Şərəf zalının açılışı mərasimi 2007-ci ildə olmuş və FİBA-nın 75 illik yubileyinə həsr olunmuşdur. Şərəf zalının binası dörd mərtəbəlidir və 2000 kvadrat metrlik sahəni əhatə edir.
"Şərəf" ordeni (Gürcüstan)
Şərəf ordeni (gürc. ღირსების ორდენი) — Gürcüstan Prezidenti tərəfindən təltif edilən fəxri addır. 1992-ci ildə təsis edilmiş "Şərəf" ordeni Corciya ştatının quruculuğunda — idarəetmənin, müdafiənin, asayişin, iqtisadiyyatın, səhiyyənin, mədəniyyətin, təhsilin, elmin, incəsənətin və ya ədəbiyyatın inkişafında fərqlənən şəxslərə verilir. Həmçinin töhfəli, idman nailiyyətləri, qəhrəmanlıq, sədaqət və s kimi seçilən şəxslərdə layiq görülür. == Nişanlar == "Şərəf" ordeninin diametri 38 millimetr olan dairəvi formaya malikdir. Yeddiguşəli hörüklü qızılı ulduz dairəvi laylı morkal formalardan ibarət gümüş sahənin üzərində dayanır. Diametri 20 millimetr olan hörükün ortasında yeddiguşəli gümüşü Ulduz işarəsinə bənzər fiqurlu qızılı üzüm yarpağı var. Ulduz qəlpələri arasında üzüm toxumu şəklində altı gümüş dənəsi var Sifarişin sapı hərəkətli şəkildə 28 mm genişlikdə bir mötərizə ilə mötərizəyə bərkidilir. Qrupun ağ fonunun ortasında geniş mavi zolaq var. Mavi zolağın hər iki tərəfində 2 mm enində qırmızı zolaqlar var.
Hakan Şərəf Olgun
Hakan Şərəf Olgun (1967, Çay, Afyonqarahisar ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Hakan Şərəf Olgun 1967-ci ildə Afyonqarahisar ilinin Çay ilçəsində anadan olub. Baytar Sağlamlıq Peşə Liseyini bitirib. Daha sonra isə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1984-1988-ci illərdə Ankara ilinin Çubuğ, Elmadağ və Mamağ ilçələrində Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində baytar sağlamlıq işçisi olaraq çalışıb. Hüquq təhsili aldıqdan sonra hüquqşünas olaraq çalışıb. 1990-cı ildə Afyonqarahisar Bürosunda, 2003-cü ildə isə İstanbul Bürosunda çalışıb. Çay Ticarət və Sənaye Palatasının 2001-ci ildə Məclis üzvü, 2003-2009-cu illərdə isə Məclis İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində Ana Vətən Partiyası, Türkiyə Partiyası və İYİ Partiyanın üzvü olub. 1994-cü il bələdiyyə seçimlərində İl Məclisinin üzvü seçilib.
IEEE Şərəf Medalı
IEEE Fəxri Medalı — Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) ən yüksək mükafatıdır. O, 1917-ci ildən, ilk mükafatı mayor Edvin H. Armstronq olduğu vaxtdan bəri verilir. Bu, IEEE maraq sahələrində müstəsna töhfə və ya qeyri-adi karyera üçün verilir. Mükafat qızıl medal, bürünc replika, sertifikat və qonorardan ibarətdir. Şərəf medalı yalnız fərdi şəxsə verilə bilər. Medal Radio Mühəndisləri İnstitutu (IRE) tərəfindən IRE Şərəf Medalı kimi yaradılmışdır. IRE 1963-cü ildə Amerika Elektrik Mühəndisləri İnstitutu (AIEE) ilə birləşərək IEEE-ni yaratmaq üçün IEEE Fəxri Medal mükafatına layiq görüldü. Qərara alınıb ki, IRE-nin Şərəf Medalı IEEE-nin ən yüksək mükafatı, Edison Medalı isə IEEE-nin medalı kimi təqdim edilsin. əsas medal. Edvard Field Sanford, Jr.
Şərəf Medalı (Türkiyə)
Türk Silahlı Qüvvələrinin Şərəf medalı — Türkiyə Silahlı Qüvvələrinin 1967-ci ildən bu yana müvəffəqiyyət qazanmış şəxsi heyətinə verdiyi medaldır. Müharibənin idarə olunmasında və qalib gəlməsində mühüm rol oynayanlar üçün qızıl üzləmə ilə təqdim edilir. Öz həyatlarını riskə ataraq həyatı təhlükədə olan insanları və birlikləri xilas edən türk və əcnəbi əsgər və mülki şəxslərə gümüş medallarla təltif edilir. Tünd göy fonda beş böyük və beş kiçik qızılı ulduz var. Ortada qırmızı fonda aypara və ulduz türk bayrağını simvolizə edir.

Digər lüğətlərdə