Şərəf abidəsi

Şərəf abidəsi (türk. Onur Anıtı) — Türkiyənin Samsun şəhərininin İlkadım ilçəsindəki "Atatürk parkında yerləşən və şəhərin simvolu olan abidə. Mustafa Kamalın Samsuna gəldiyi hissəyə inşa edilən abidə İstiqlaliyyət müharibəsinin başlanğıcı sayılan bu hadisənin simvoludur.

Şərəf abidəsi
Xəritə
Ümumi məlumatlar
Növü abidə, atçılıq heykəli
Ünvan İlkadım
Ölkə Türkiyə
Şəhər Samsun
Koordinatlar 41°17′20″ şm. e. 36°20′11″ ş. u.HGYO
Tikintisinin başlaması 19 may 1927 (91 il əvvəl)
Tikintisi dayandırılıb 29 oktyabr 1931 (87 il əvvəl)
Açılma 15 yanvar 1932 (87 il əvvəl)
Sahibi Mustafa Kamal Atatürk
Hündürlük
Hündürlük 8,85 m (29,0 ft)
Texniki detallar
Material tunc, daş, mərmər
Dizayn və konstruksiya
Memar Heinriç Krippel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidənin heykəli Samsun qubernatoru Kazım paşa tərəfindən Samsun əhalisi adına Avstriya heykəltaraşı Heinriç Krippelə 1927-ci ildə sifariş edilmiş, həmin il 19 may tarixində qaydalara uyğun olaraq rəsmi təməlatma mərasimi keçirilmiş, 1928-ci ildə Vyana şəhərində başlayan heykəlin istehsal müddəti 1931-ci ildə sona çatdırılmış və heykəl 29 oktyabr 1931-ci il tarixində inşa edilmişdir. 15 yanvar 1932-ci il tarixində abidənin rəsmi açılış mərasimi keçirilərək respublika tarixinin on üçüncü abidəsi, Heinriç Krippelin isə Türkiyədəki inşa etdiyi dördüncü abidə olmuşdur.

Tuncdan hazırlanmış heykəlin hündürlüyü – 4.75 metr (15.6 ft). Daş blok ayaqlığın hündürlüyü – 4.10 metr (13.5 ft). Bütün heykəlin ümumi hündürlüyü – 8.85 metr (29.0 ft). Heykəl üçün memar 37.000 ABŞ dollarına razılaşmış, lakin heykəltaraş Heinriç Krippelə 5.500 ABŞ dolları əlavə olaraq ödəniş edilmişdir.

İdeya, inşa və tikiliş müddəti

[redaktə | mənbəni redaktə et]
1931-ci ildə abidənin təməlinin inşaat işləri sırasında çəkilmiş bir fotoşəkil.

Samsunda Mustafa Kamala həsr edilmiş bir abidənin inşa edilməsi fikri Samsun qubernatoru Kazım paşa tərəfindən ortaya çıxmışdır. 19 may 1927-ci il tarixində isə Kazım paşanın iştirak etdiyi heykəlin təməlatma mərasimi ilə də abidənin inşa müddəti rəsmi olaraq başlamışdır.[1] Abidənin inşası daha əvvəl Ankara Qələbə abidəsinin inşası üçün başladılmış müsabiqənin qalibi olmuş Avstriyalı heykəltaraş Heinriç Krippelə sifariş verilmişdir.[2][3][4] Krippel, 37.000 ABŞ dolları (2024 inflasiya nisbəti ilə 500.790.000 dollar) ilə razılaşmış və sifarişi qəbul etmişdir. Heykəltəraş heykəldəki bədən ölçülərini və üz kompozisiyasında daha əvvəlki işləri üçün Mustafa Kamalın Ankara şəhərindəki iqamətgahına gedərək aldığı ölçülərə əsaslanmış, heykəlin işlərini də Türkiyədə reallaşdırmışdır. Heykəlin tunc tökmə işləri isə 1928-ci ildə Vyanada yerləşən "Vereinigte Metallwerke" tunc istehsal edən tökməxanada başladılmış və 1931-ci ildə 32 hissə olaraq sonlandırılmışdır.[5] Tökmə mərhələsindən sonra təmizlənmə və retuş işləri üçün tökməxanada birləşdirilən abidə bu işlərin də bitirilməsindən sonra yenidən sökülmüş və hər bir hissə ayrı-ayrı sandıqlara yığılmışdır.[1]

Hamburqdan "Deutşe Levante-Liniye" şirkətinin "Nisi" gəmisi ilə daşınılmış abidənin hissələri 15 oktyabr 1931-ci il tarixində Samsuna gətirilmişdir.[6][7] Lakin gömrük keçilməsi əsnasında 40 min lirə gömrük vergisi istənilən heykəl gömrük problemi yaşamışdır.[8] Verginin il təşkilatları ilə ödənilməsi mümkün olmadığı üçün Türkiyə hakimiyyəti məsələyə daxil olmuş və heykəlin gömrükdən çıxarılmasının ictimaiyyətdə mənfi təsir yaradacağı səbəbi ilə büdcə yaradılaraq vergi bu büdcədən qarşılanmışdır.[8]

Heykəlin gömrükdən çıxarılmasından daha sonra heykəlin quraşdırılma işlərinə start verilmiş və avstriyalı bir mühəndisin də köməkliyi ilə[6] 19 oktyabr 1931-ci ildə heykəl seçilmiş yerdə quraşdırılmışdır.[9]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Qüllənin sağ relyefi
Qüllənin sol relyefi
Qüllənin qarşı lövhəsi
Qüllənin arxa lövhəsi

4.75 metr (15.6 ft) yüksəkliyindəki tuncdan hazırlanmış atçılıq heykəli bütün Atatürk heykəlləri arasında ən dinamik və iddialı heykəllərdən biridir.[10][11] Heykəltəraş Aylin Tekinərin qiymətləndirməsinə görə, ritm və tarazlıq istiqamətindən olduqca təmin edici olan heykəldə hərəkətlilik, gərginlik və mexaniki irəliləmə son dərəcə tarazlıqdadır.[12] Heykəldə Mustafa Kamal marşal hərbi geyimi ilə ayağa qalxmış bir at üzərində müharibəyə əmr edirmiş kimi təsvirlənmişdir.[13] Üst bədəni sol tərəfə, üzü ilə sağ tərəfə baxan Mustafa Kamal sol əli ilə atın cilovlarını tutarkən sağ əli ilə də qılıncının tutulduğu yerini çəkmək vəziyyətindədir və geyimi də bədən hərəkətlərini əks etdirəcək və heykələ yaraşacaq şəkildə hazırlanmışdır.[13][14] Qılıncının ölçüsü dövrün zabitlərinin istifadə etdiyi qılıncın ölçüsü qədər deyil və ölçüsü çox uzundur.[13][15] Üz kompozisiyasının üzərində isə gənclik illərini xatırladan şəkildə işlənmişdir.[14] Heykəl qülləyə atın arxa iki ayağı və quyruğu ilə bağlanmışdır.[14] Atın bu cür taraz vəziyyətdə duruşu heykəlin dinamikliyini də gücləndirir.[12] Yenə Tekinərə görə ayağa qalxmış olan atın hərəkəti müharibəyə getmək istəyi qəzəbini, mübarizə aparmağını və qəhrəmanlığını əks etdirməklə yanaşı Mustafa Kamalın atın cilovlarını tutmağa çalışması müstəqillik üçün səbirsizlənən xalqı soyuqqanlılığa çağırmağa, cilovları rahat tutması onun gücünü və bacarığını əks etdirir.[12] Krippel özünün açılış mərasimindəki nitqində heykəl kompozisiyasını bu şəkildə açıqlamışdır: "…qürurlu bir şəkildə qərbə və daha da uzaqlara zillənmiş baxışları əzm dolu gözləri ilə, ayağa qalxmış atın üzərində Qazi Mustafa Kamal dik bir şəkildə oturmuşdur. Onun oturmasında qorxusuzluq, qolunun qılıncına uzanmasında isə türklüyün gücü var."[1]

"Cümhuriyyət" qəzetində işləmiş İsmayıl Həbib Sevüg, atın ayağa qalxma anını 19 may 1937-ci il tarixli künc məqaləsində tənqid etmişdir.[16] Qüllənin qarşı hissəsindən heykələ baxıldıqda atın yalnız qarın nahiyəsinin göründüyünü, bu baxımdan baxıldığında atın qəhrəmanlığını deyil, bir sirk təlimini xatırlatdığını bildirmişdir.[17] İsmayıl Həbib Sevgü tənqidinə bu cür davam etmişdir: "Arxa hissəsindən baxıldığında isə yalnız yerə uzanan quyruğunun göründüyünü, bu yerə uzanma vəziyyətinin də həm quyruğa əsl funksiyasının xaricində başqa bir funskiya edildiyini hiss etdirdiyi həm də ayağa qalxış ekspozisiyasında məcbur vəziyyətdə qalırmış kimidir."[17] Sol tərəfdən nəzər salındıqda isə həm atın qarın hissəsinin, həm də quyruğun yerdən qüvvətlənməsinin görünüşü səbəbilə heykəlin daha yaxşı göründüyünü müdafiə etmişdir.[17] Sevüg son olaraq sağ tərəfə baxıldığında isə artıq diqqəti atın deyil, Mustafa Kamalın çəkdiyini bildirmişdir. Mustafa Kamalın baxdığı tərəf, bədən enerjisi, qılıncına tərəf əlinin uzanması və cilovları tutma tərzi heykəldə hiss oyandırdığını yazmışdır.[17]

4,10 metr (13,5 ft) hündürlüyündə olan qüllə, mərmərlə örtülmüş daş blok düzbucaqlı prizma şəklində inşa edilmişdir.[13][11] Qüllənin sağ tərəfində tərs üçbucaq bir iti kəmər daxilində yer alan tunc relyefdə Mustafa Kamal, marşal geyimi ilə üzü sola tərəfə baxmış ölçüdə və qollarını iki tərəfə açmış bir vəziyyətdə dik şəkildə təsvirlənmişdir.[18] Sağ və sol hissələrində isə əllərini qucaqlamış və diz çökən fiqurlarla Türk milləti təmsil edilmişdir.[18][12] Başqa heç bir Atatürk abidəsində rast gəlinməyən bu təsvir "tək bir adam" vurğusunu gücləndirməkdədir.[12] Sol hissədəki relyefdə isə yenə eyni şəkildəki taxça daxilində sahilə yaxınlaşan bir gəmi və bu gəmidə sursatları daşıyan insanlar təsvir edilmişdir.[18]

Qüllənin qarşı hissəsindəki lövhədə "Nitq"in ilk cümləsinə əsasən istinad edilən[19] "Vətəndə milli mübarizəyə başlamaq üçün Qazi Mustafa Kamal 19 may 1335=1919-cu il tarixində Samsuna gəldi." cümləsi və arxa hissəsindəki lövhədə "Bu heykəl Samsun vilayəti əhalisi tərəfindən 29 birinci qanunvericilik 1931-ci il tarixində inşa edilmişdir." ifadəsi qeyd edilmişdir.[18]

Açılış mərasimi

[redaktə | mənbəni redaktə et]
Abidənin 15 yanvar 1932-ci il tarixində açılış mərasimində çəkilmiş bir fotoşəkil.

Abidənin rəsmi açılış mərasiminin Birinci İnönü döyüşü qələbəsinin ildönümü olan 10 yanvar 1932-ci il tarixində keçirilməsi düşünülsə də abidənin hazırlıqların bitirilməməsi səbəbi ilə təxirə salınmışdır.[2][15] Bəzi mənbələrdə yanlış olaraq açılışın 29 oktyabr 1931 və ya 29 oktyabr 1932-ci il tarixində keçirilməsi məlumatı yer alan[20] mərasim, əslində 15 yanvar 1932-ci il tarixində saat 14:00-da keçirilmişdir.[1][21][22] Respublika tarixinin on üçüncü abidəsi,[23][24] Heinriç Krippelin isə Türkiyədəki dördüncü abidə işi olan[25] abidənin açılış mərasiminə hərbi əsgərlər, hərbi qitə, şəhərdə hüquq-mühafizə məmurları, birliklər və rəsmi təşkilatlar, siyasətçilər, yerli əhali və ictimaiyyət iştirak etmişdir.[1] Hərbi əsgərlərin İstiqlal marşının çalmasından daha sonra xüsusilə prezident Mustafa Kamalın bu teleqramı oxunulmuşdur:[26]

" Səlim bəy, Samsun qubernatoru!

Möhtərəm Samsun xalqının mənə qarşı bəslədiyi nəcib hislərin qiymətli bir təzahürünü bildirən bu teleqramınızdan çox müvəffəq oldum. Təşəkkür, məhəbbət və salamlarımın xalqıma çatmasını xahiş edirəm.

Türkiyə Respublikasının prezidenti Qazi Mustafa Kamal.

"

Mustafa Kamalın teleqramından daha sonra baş nazir İsmət paşanın teleqramı oxunulmuşdur:[1]

" Səlim bəy, Samsun qubernatoru!

Böyük Qazi heykəllərinin inşası münasibətilə vətəni sevən Samsun əhalisinin göstərdiyi əsil və nəcib hislərlə təşəkkür edirəm. Əfəndim.

Baş nazir İsmət.

"

Bu iki teleqramdan daha sonra dövrün qubernatoru Mehmed Səlim bəy bir nitq söyləyərək heykəlin açılışını etmişdir.[2] Bu nitqdən daha sonra Xalq Partiyasının Samsun təşkilatı adına Ədhəm Veysi bəy, Samsun əhalisi adına Kəfəli Mühiddin bəy, Məclis-i Ümumi adına Zübeyiroğlu M. Fuad bəy, Samsun bələdiyyəsi adına Mühiddin bəy, "Maarif nazirliyi" adına nazirliyin Samsun rəhbəri Camal bəy (Gültəkin) danışmışdır.[27][15] Nitqlərdən daha sonra mərasim atlı qitənin yeriyişi ilə davam etmiş, əyalət məclisindəki qəbul mərasimi ilə birlikdə də sona çatmışdır.[28] Bundan başqa eyni günün axşam radələrində Heinriç Krippel və Mehmed Səlim bəyin şərəfinə yemək verilmiş,[26][15] daha sonra Krippelə əlavə olaraq 5.500 ABŞ dolları (2024 inflyasiya nisbəti ilə 93.690.000 ABŞ dolları) ödəniş edilmişdir.[1]

Simvolik önəmi

[redaktə | mənbəni redaktə et]

Samsunun İstiqlaliyyət müharibəsinin ilk dayanacağı və cümhuriyyət elanının simvolik önəmlərinin birindən olması[29][30] səbəbi ilə bunu simvollaşdıran bir abidənin inşa edilməsi qərarlaşdırılmış, abidənin isə bu simvolik mənaya uyğun olaraq Mustafa Kamalın Samsuna gəldiyi hissəyə inşa edilməsinə qərar verilmişdir.[4][31] Abidənin Mustafa Kamalın Samsuna gəldiyi körpünün yuxarı hissəsinə inşa edilməsinə baxmayaraq, vaxt keçdikcə dənizin doldurulması səbəbindən hal-hazırda sahil xəttindən uzaq qalmışdır.[32][31] Abidə bu səbəblərdən dövlət quruluşu ilə inşa edilmişdir. Abidənin açılışı zamanı müxtəlif şəxsi rəylər də bildirilmişdir.[31]

Bu rəylərdən biri də abidənin açılış mərasiminin nitqləri zamanı dövrün qubernatoru Mehmed Səlim bəy tərəfindən edilmişdir:

" ...Bu əsər Türkün əzmini, damarlarındakı nəcib qanda mövcud olan qüvvəti, cövhəri ifadə edən böyük qurtarıcımızın timsalıdır. Qəlblərdə yaşayan məhəbbətin bu mücəssəm timsalıdır...

Samsun qubernatoru Mehmet Səlim.

"

Eyni zamanda 1933-cü il tarixində yazdığı səyahət məqaləsində İbrahim Əlaəddin bəy də Samsunun və abidənin simvolik önəmindən söhbət açmışdır:[32]

" ...Bizim üçün Qara dənizdə Samsunun əhəmiyyəti Ağdənizdəki İzmirin dəyəri dərəcəsindədir deyilə bilər. İstiqlal tarixi Samsunda başlamış, İzmirdə tamam olmuşdur. Türk inqilabının günəşi olan o qızıl baş Samsunda türk elinə və İzmirdə də dünyaya açıldı. Samsunda çəkilmiş qılınc qanına İzmirdə daxil olmuşdur..

...Samsunda yaradılacaq ilk ən mühüm əsər, Qazinin ora ayaq basdığı böyük günü xatırladan abidədir. Bu abidə Qara dənizin tündxasiyyət ildırımlarından ilhamlanmış kimi Qazinin Milli Mübarizə başındakı kükrəmələrini müvəffəqiyyətlə ifadə edər. Onun daxilində olduğu park da Avropa şəhərlərindənki ümumi həyətlərdən fərqi yoxdur...

İbrahim Ələaddin bəy.

"
Şərəf abidəsi və qarşısında xatirə fotoşəkli çəkdirən əcnəbilər.

Bu rəylərdən daha sonra Aylin Tekinər hadisəyə fərqli fikir baxımından yanaşaraq "Atatürk heykəlləri: Mədəniyyət, Estetika, Siyasət" adlı kitabında abidənin tikilməsinin arxa planında 1930-cu il yerli seçkilərinin təsirli olduğunu iddia etmişdir. Tekinər Seçkidə Samsun seçiciləri Mustafa Kamalın rəhbərliyindəki Cümhuriyyət Xalq Partiyasına 416, müxalifət partiyası Sərbəst Cümhuriyyət Partiyasına 3.312 səs verərək[33] açıqca Cümhuriyyət Xalq Partiyasının və Mustafa Kamalın hakimiyyəti buraxmasının lazım olduğunu düşündüklərini ortaya qoymuşdur. Seçkilərdən bir müddət sonra Sərbəst Cümhuriyyət Partiyasının bağlanılmasından daha sonra Türkiyə səyahətinə başlayan Mustafa Kamalın səyahət edəcəyi ilk şəhərlərdən biri də Samsun olmuş, İstiqlaliyyət müharibəsinin başlanğıc yeri olaraq simvollaşdırdığı[10] şəhərdə gözlədiyi maraq və diqqətlə qarşılanmamışdır.[34] Bu səbəblərlə seçkilərin və Mustafa Kamalın səyahətindən dərhal sonra Sərbəst Cümhuriyyət Partiyasının geniş şəkildə dəstək gördüyü İzmirdə və Samsunda monumentan abidələrin inşa edilməsi əhaliyə yaxşı davranmaları üçün təmbeh və ya qorxutma kimi təfsir olunur.[10] Lakin bu fərziyyə abidənin inşa müddətinin seçkilərdən üç il əvvəl başladığı hesab edildiyi zaman əsassız olaraq qalır.[1]

Abidə, hal hazırda Samsunun simvolu halına gəlmişdir və turistlərin tez-tez ziyarət etdiyi səyahət məntəqələrindən birinə çevrilmişdir.[35] "Ondoqquz May Universiteti", "Samsun Vəkillər Assosiasiyası", "Samsun Böyükşəhər bələdiyyəsi", "Samsunspor" və bu cür digər təşkilatların emblemində Şərəf abidəsi yerləşdirilmişdir. Bundan əlavə, hal hazırda Türk lirəsinin yeddinci emissiya qrupunda yer alan yüz min lirəlik əsginasının qarşı hissəsində istifadə edilən abidənin Karqıpınarında yerləşən "Cümhuriyyət meydanı"nda daha kiçik ölçülərdə bir surəti yer almaqdadır.[36]

  1. 1 2 3 4 5 6 7 8 Sarısakal, Baki. "ONUR ANITI AÇILMA TÖRENİ" (PDF) (türk.)). bakisarisakal.com. 11 iyul 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 fevral 2018.
  2. 1 2 3 Osma, 2003. səh. 73
  3. "Samsun Belediyesi Meclis Zabıt Tutanakları 7. Toplantı 1. Celse". 22 noyabr 1931.
  4. 1 2 Zübeyiroğlu, M. Fuat. "Gazi'nin 19 Mayıs 1919'da Anadolu'ya Çıktığı Yerde". Hakimiyet-i Milliye. 3 yanvar 1932. səh. 1-2.
  5. Aslanapa, 1993. səh. 46
  6. 1 2 Ahali. 20 noyabr 1931.
  7. Osma, 1999. səh. 854
  8. 1 2 Ciğerim, Cemil. "Atatürk Heykeli, Gümrük'e takılmış" (türk.)). ekipgazetesi.com. 28 yanvar 2014. 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2019.
  9. Abidənin arxa hissəsindəki tunc lövhədə "Bu heykəl Samsun vilayəti əhalisi tərəfindən 29 birinci qanunvericilik 1931-ci il tarixində inşa edilmişdir." ifadəsi qeyd edilmişdir.
  10. 1 2 3 Tekiner, 2010. səh. 120
  11. 1 2 "ATATÜRK ANITI - ONUR ANITI". SAMSUN: GÜNEŞİN DOĞDUĞU ŞEHİR (PDF) (türk.)). Yeşilırmak Havzası Kalkınma Birliği. 2010. 50. ISBN 9789758329885. 11 iyul 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 fevral 2019.
  12. 1 2 3 4 5 Tekiner, 2010. səh. 122
  13. 1 2 3 4 Osma, 2003. səh. 74
  14. 1 2 3 Tekiner, 2010. səh. 121
  15. 1 2 3 4 Osma, 1999. səh. 856
  16. Sarısakal, Baki. "SAMSUN GAZİ HEYKELİ" (PDF) (türk.)). Bakisarisakal.com. 2 iyul 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 fevral 2019.
  17. 1 2 3 4 Sevük, İsmail Habip. "Samsun'daki Heykel". Cumhuriyet (4674). 19 may 1937. (#redundant_parameters)
  18. 1 2 3 4 "Onur Anıtı" (türk.)). kulturportali.gov.tr. 2014-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  19. Tekiner, 2010. səh. 123
  20. Gezer, 1984. səh. 58
  21. "Gazi'nin 1919'da Anadolu'ya Çıktığı Yerde Dikilen Abide Emsalsiz Bir Tezahürle Evvelki Gün Açıldı". Hakimiyet-i Milliye. 17 yanvar 1932. səh. 1.
  22. "Gazi'nin heykeli". Akşam. 16 yanvar 1932. səh. 1-2.
  23. Osma, 2003. səh. 191
  24. Osma, 2003. səh. 192
  25. Osma, 2003. səh. 193
  26. 1 2 "Gazi Hz.nin Samsun'daki Heykeli: Heykeli Yapan M. Krippel Güzel ve Şayana Dikkat İki Nutuk Söyledi". Milliyet. 21 yanvar 1932. 6.
  27. Samsun. 21 yanvar 1932.
  28. Zübeyiroğlu, M. Fuat. "Gazi Heykeli'nin Açılma Resmi: Resmi Küşat Nasıl Oldu ve Söylenen Nutuklar". Hakimiyet-i Milliye. 26 yanvar 1932. səh. 5.
  29. Gür, Faik. "Atatürk heykelleri ve Türkiye'de resmî tarihin görselleşmesi". Toplum ve Bilim (90). 2001: 147–166.
  30. Osma, 1999. səh. 853
  31. 1 2 3 Osma, 1999. səh. 855
  32. 1 2 Osma, 2003. səh. 72
  33. Yetkin, Çetin. Atatürk'ün Başarısız Demokrasi Devrimi: Serbest Cumhuriyet Fırkası. İstanbul: Toplumsal Dönüşüm Yayıncılık. 1997.
  34. Aydemir, Şevket Süreyya. Tek Adam. 3. İstanbul: Remzi Kitabevi. 1975. 424.
  35. "Onur Anıtı" (türk.)). samsun.bel.tr. 2014-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  36. "E 7 - YÜZBİN TÜRK LİRASI III. TERTİP" (türk.)). tcmb.gov.tr. 2015-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  • Aslanapa, Oktay. Türkiye'de Avsturyalı Sanat Tarihçileri ve Sanatkarlar. İstanbul: Eren Yayıncılık. 1993. ISBN 0978975762232.
  • Gezer, Hüseyin. Cumhuriyet Dönemi Türk Heykeli. Ankara: Türkiye İş Bankası Kültür Yayınları. 1984.
  • Tekiner, Aylin. Atatürk Heykelleri: Kült, Estetik, Siyaset. İstanbul: İletişim Yayınları. 2010. ISBN 9789750507908.
  • Osma, Kıvanç. "Atatürk'ün Samsun'a Çıkışının 80. Yıldönümünde Samsun Atlı Atatürk Anıtı". Erdem. Ankara: Atatürk Kültür Merkezi. 11 (33). 1999. ISSN 1010-867 (#bad_issn).
  • Osma, Kıvanç. Cumhuriyet Dönemi Anıt Heykelleri (1923-1946). Ankara: Atatürk Araştırma Merkezi. 2003. ISBN 9751616786.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Memarlıq portalı П:  İncəsənət portalı П:  Mədəniyyət portalı П:  Türkiyə portalı