şanagül

şanagül
şana-şana
şanagüllə
OBASTAN VİKİ
Fındıqcalı şanagüllə
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Xəzər şanagülləsi
Xəzər şanagülləsi - (lat. Nelumbo caspica (DC.) Fisch. syn. (Nelumbo nucifera auct.)) Şanagüləkimilər — Nelumbonaceae Dumort. fəsiləsinə aiddir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür. Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur.
Şanagüllə
Şanagüllə (lat. Nelumbo) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinə aid bitki cinsi. Cyamus Sm. Nelumbium Juss. Tamara (bitki) Roxb. ex Steud. Nelumbo lutea (Willd.) Pers.
Şanagülləkimilər
Şanagülləkimilər (lat. Nelumbonaceae) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Şanagülə
Elmi adı:Nelumbo caspica (DC.) Fisch. (Nelumbo nucifera auct.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür. Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur. Çiçəkləri iri, ətirli, 20 (25) sm diametrdə; ləçəkləri çəhrayı və ya açıq –çəhrayı rəngdə, tərs –yumurtavari, uzunsov formadadır. Erkəkcikləri yumruvari, çoxsaylıdır. Meyvəsi – xırda qoz, 10-22 (daha çox 14-17) sayda, yumruvari, tünd –göyümtül qabıqlı, 1-1,5 sm uzunluqdadır. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—iyul—avqust aylarına təsadüf edir.