Xəzər şanagülləsi
Xəzər şanagülləsi - (lat. Nelumbo caspica (DC.) Fisch. syn. (Nelumbo nucifera auct.)) Şanagüləkimilər — Nelumbonaceae Dumort. fəsiləsinə aiddir.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür.
Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur.