ŞE޹

[fars.] сущ. ругуд; // шеш (нард къугъуна).
ŞE޲
ŞEŞ-BEŞ
OBASTAN VİKİ
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Təzəkənd-i Şeşmal (Urmiya)
Təzəkənd-i Şeşmal (fars. تازه كندشش مال‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (10 ailə).
Şeşbəyli
Şeşbəyli (fars. شش بلوکی Şeşboluki‎; bəzi mənbələrdə Şişbölüklü və ya Altıbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Şeşdeh
Şeşdeh-İranın Fars ostanının Fəsa şəhristanının Şeşdeh və Qarabulq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,283 ailədən ibarət idi.
Şeşgilan
Şeşgilan(fars. ششگلان‎) — Təbrizin köhnə məhəllələrindən biri. Şeşgilan şimaldan Sırxab məhəlləsi, cenubdan Xiyavan məhəlləsi və Mehran çayı, şərqdən Daş Körpüsü və Selab məhəlləsi, qərbdən Sırxab və Hərəmxana məhəllələri arasındadır. Əmir Vüzəra məscidi Şeşgilanın ən önəmli məscididir. Şeşgilanın çoxlu tarixi evləri və binaları vardır. Əmir Nizam evi onların birisidir.
Şeşgilan məhəlləsi

Şeşpər
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Şeşpər-şeşpər
Şeşpər-şeşpər — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biri. Şeşpər-şeşpər yazın əvvəllərində və payızda keçirilən uşaq oyunlarındandır. Bu oyun bəzi yerlərdə, əsasən də Bakı kəndlərində "Şeşpər-şeşpər", bəzi yerlərdə "Şumaqədər", bəzi yerlərdə "Şappu", bəzi yerlərdə isə "Hadar-hadar" adlanır. Oyun uşaqları çevikliyə alışdırır və onlarda güc yaradır. Bu oyun bəlkə də hərbi məşq məqsədilə yaranmış, sonra uşaq oynuna çevrilmişdir. Oyunda bir neçə nəfər iştirak edir. Hər oyunçu özü ilə 50–60 sm uzunluğunda ucları yonulmuş çoxlu ağac gətirir. Bu ağaclara şeşpər deyilir. Böyük dairə çəkilir. Oyuna ilk başlayan oyunçu püşk yolu ilə müəyyənləşdirilir.
Şeştəməd
Şeştəməd — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Şeştəməd bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,246 nəfər və 671 ailədən ibarət idi.
Şeşəndaz plov
Şeşəndaz — plov növlərindən biri. İldə bir dəfə, yalnız Novruz bayramı axşamı bişirilən və xuruşuna çoxlu yumurta qatılmış xüsusi plov növüdür.
Şeşə
Şeşə və ya Şaşa — Azərbaycan və fars inanclarında şər quş, ruh və ya cin. Altı günlük və ya altı aylıq uşaqlara hücum eliyir. Şeşə quşu Azərbaycan türklərinin inanclarına görə bilinməzlər aləmindən gəlmişdir. Şeytani quruluşa sahib bu quş ancaq gecələri uçar və oğlan uşaqlarına ziyan verər. Əgər uşaq təkdirsə, onu vuraraq öldürər. Hücum elədiyi yer uşağın boğazıdır. Bununla bağlı olaraq, ailəsi uşağı qorumaq üçün altı aylığına qədər nəzarət altında saxlamalıdır. Quşun girdiyi evdə uşaq ölər. Əgər uşağın qırxı çıxmayıbsa, Şeşə quşu sadəcə onun üzərindən uçsa da o, qaralıb ölər. Gəlib uşağa ziyan vurmasın deyə uşağın yanında Şeşə quşunun adı deyilməz və uşağın bələyinə iynə sancılar.
Şeşə quşu

Digər lüğətlərdə