ŞEF-REDAKTOR

fr. chef – rəis +  fr. redacteur < lat. redactus < redigere – hərəkətə gə­tirmək

ŞAYBA
ŞEH
OBASTAN VİKİ
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. == Ədəbiyyat == Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Redaktor
Redaktor — nəşr, kitab və ya qəzet, jurnal işinə rəhbərlik edən məsul şəxs. Redaktor nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssisdir. Tutduğu vəzifəyə görə: Ədəbi redaktor Bədii redaktor Filmin redaktoru vəzifələri olur. Qəzet və jurnalların əsas məsul şəxsi baş redaktor adlanır və, əsasən, inzibati məsələlərlə məşğul olur. == Mənbə == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Redaktor sənəti
Redaktor – nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis Redaktor-mütəxəssisin vəzifəsi isə konkret materiallarla işləmək, onları təkmilləşdirməkdən ibarətdir. Redaktor redaksiyada redaktə prosesini həyata keçirən əməkdaşdır; Redaktor müəyyən bir nəşrə (kitab, jurnal, qəzet və s.) rəhbərlik edən, onun məzmununu və istiqamətini müəyyən edən mütəxəssisdir, Redaktor mətni çap üçün işləyib hazırlayan və ya nəşri tərtib edən şəxsdir. elmi, ədəbi, bədii və s. materialı redaktə edib çapa hazırlayan şəxs; hər hansı bir əsərin nəşrinə, əsərlər külliyyatının toplanıb çapa hazırlanmasına rəhbərlik edən şəxs; dövri mətbuatın (qəzet, jurnal və s.) məzmun və buraxılışına məsul şəxs". Redaktor-rəhbərin vəzifələri strateji məsələlərin (nəşrin siyasətinin müəyyənləşdirilməsi, ümumi rəhbərlik) həllini əhatə edir. Redaktor-mütə-xəssisin vəzifəsi konkret materiallarla işləmək və onları təkmilləşdirməkdir. Redaktor-mütəxəssis nəşri praktik olaraq çap üçün hazırlayan mütəxəssisdir, peşəkardır. Onun bilik və bacarıqları ilkin halda qeyri-mükəmməl olan materialı cilalamağa, yenidən işləyib hazırlamağa, daha da yaxşılaşdırmağa imkan verir. Bununla da o, həm müəllifə köməklik göstərir, həm də nəşrin gələcək oxucusunun qayğısına qalır. Qısaca desək, biz "redaktor" anlayışı altında praktik olaraq nəşri çap üçün hazırlayan peşəkar mütəxəssisi nəzərdə tuturuq.
Qrafik redaktor
Qrafik redaktorlar — informatikanın xüsusi bölməsi olub yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək üçün istifadə edilir. Belə proqramlara Microsoft Paint, Adobe Photoshop, CorelDRAW, Adobe Flash, Paint.net və s. missal göstərmək olar. Kompüterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və 1) saxlanılır. Qrafik redaktorlar üç qrupa bolünürlər: rastr (piksel), vektor və fraktal.
Layihə:Vizual redaktor/Rəy
Kitabşünaslıq və redaktor sənəti (jurnal)
«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal. == Jurnalın yaranma tarixi == «Kitabşünaslıq və redaktor sənəti» elmi-nəzəri və təcrübi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur. Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur. == Jurnalda dərc olunan mövzular == • Nəşriyyat işinin əsasları; • Mətnşünaslıq; • Ədəbiyyatşünaslıq; • Jurnalistikanın nəzəri və təcrübi məsələləri; • Mətbuat və kitab tarixi; • Sənəd-informasiya təminatı. == Redaksiya heyəti == Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya); Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan); Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan); Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə); Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna); Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə); Eldəniz Məmmədov - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).