ŞİT

Adəmin oğlu olmuşdur. Qurana görə Adəmin oğlu Qabil, qısqanclıq səbəbi ilə qardaşı Habili öldürmüşdü. Rəvayətlərdə deyilir ki, Allah öldürülmüş Habilin yerinə Adəmə Şit adlı başqa bir oğlan uşağını verməklə onu müjdələmişdir. Şit atası Adəmin sevimli oğlu olmuşdur. Adəm ona Allahdan öyrəndiyi müxtəlif bilikləri və sirləri öyrədərək onu öz mənəvi varisi etmişdir. Adəmin vəfatından sonra Allah Şiti peyğəmbər kimi vəzifələndirmiş, ona 50 səhifəlik sühuf endirmişdir. Rəvayətlərə görə o, ardıcılları ilə birlikdə minə qədər şəhər salmışdır. Orada insanlar xoşbəxtlik içində yaşamışdır.Yenə rəvayətlərə görə, Şit ətraf bölgələrə səyahətlər etmişdir. Yəməndə olanda o, Qabilin soyundan olan yollarını azmış qəbilələri doğru yola dəvət etmişdir. Ancaq, onlar Şiti və onun tərəfdarlarını eşitmək istəməmiş, onlara qarşı gəlmişdirlər. Buna görə də, Şit bu qəbiləyə qarşı savaşmışdır. Bu tarixdə din uğrunda aparılan ilk savaş olmuşdur və bu savaş Şitin tərəfdarlarının qələbəsi ilə nəticələnmişdir. Daha sonra rəvayətlərdə qeyd edilir ki, Şit Adəmlə birlikdə Kəbə evini inşa etmişdirlər. Rəvayətlərə görə Şit peyğəmbər iki yüz ildən artıq yaşamışdır. Atası Adəmin Minadakı məzarının yanında torpağa tapşırılmışdır. Onun ölümündən sonra insanlar doğru yoldan uzaqlaşmışdır. Buna görə də, Allah onları hidayətə dəvət etmək üçün İdris peyğəmbəri göndərmişdir.
ŞİRK
ŞÜEYB
OBASTAN VİKİ
Meir Şitrit
Meir Şeerit (ivr. ‏מאיר שטרית‏‎; 10 oktyabr 1948) — İsrailli siyasətçi. 1981–1988-ci illər arasında Likud partiyasından olub, Knessetin üzvü və 1992-ci ildən 2005-ci ilə qədər isə Kadima partiyasının üzvü olub. O, 2012-ci ildə Hatnuaha qatılanadək Kadimanın Knesset üzvü olaraq qaldı; 2015-ci ilə qədər bu vəzifədə çalışdı. Ayrıca bir sıra nazir vəzifələrini tutdu; Daxili İşlər Naziri, Mənzil və Tikinti Naziri, Maliyyə Naziri, Ədliyyə naziri, Nəqliyyat və Təhsil, Mədəniyyət və İdman Naziri. 2014-cü ildə də İsrail prezidentliyinə namizəd idi.
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Şitalakşa (çay)
Şitalakşa (benq. শীতলক্ষ্যা নদী; Shitalokkha Nodi) — Brahmaputranın bir qoludur. Başlanğıcının bir hissəsi Banar çayı kimi də tanınır. Çay 110 kilometr (68 mil) uzunluğundadır və təxminən 300 metr (980 ft) uzunluğunda hissəsi Narayanqang yaxınlığından keçir. Çay Narsinqdi ilə sərhədi təşkil edərək Qazipur bölgəsindən axır və sonra Narayanqang rayonunun ərazisindən keçir. Çayın maksimal dərinliyi 70 fut (21 m), orta dərinliyi isə 33 fut (10 m)-dir. Van den Brokun xəritəsində çay Barrempooter (Brahmaputra) qərbə axan Lekki adlı çay kimi qeyd edilmişdir. Van den Brokun dövründə (1660) Şitalakşa böyük və sürətlə axan çay idi. XIX əsrin əvvəllərinə qədər belə idi. Bununla yanaşı, Van den Broukun xəritəsinin düzgünlüyünə dair bəzi qeydlər də var.
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Şitskvara
Şitskvara (gürc. შიცკვარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Suxumidən 20 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 10.

Digər lüğətlərdə