şoranlı

şoranlı
şoranlaşmaq
şoranlıq
OBASTAN VİKİ
Koypasa şoranlığı
Koypasa şoranlığı (isp. Salar de Coipasa) — şoranlıq Boliviya və Çili sərhədində, Oruro departamenti və Tarapaka vilayəti əerazisində yerləşir. 3680 metr hündürlüyə malikdir. Sahəsi 2218 km²-dir ki, bununda cəmi 25 % Çili ərazisinə düşür. Şorun qalınlığı 100 metrdir. Koypasa şoranlığı sahəsinə görə Boliviyanın Uyuni şoranlığından sonra ikincidir. Poopo gölündən qidalanan Koypasa gölü bütünlüklə Koypasa şoranlığı ilə əhsatələnmişdir. == Mənbə == Vikianbarda Koypasa şoranlığı ilə əlaqəli mediafayllar var.
Uyuni şoranlığı
Salar de Uyuni və ya Salar de Tunupa-10.582 kvadrat kilometr (4,086 kv mi) ilə dünyanın ən böyük duz düzü, gölü və səhrası. Cənub-qərb Boliviyada Potosi və Oruro bölgələrində və And krestinin yaxınlığında və orta dəniz səviyyəsindən 3.656 metr (11,995 ft) yüksəkdə yerləşir. Dünyanın ən iri duzlu səhrasıdır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
Şoranlıq
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Şoranlıq qaçançayırı
Şoranlıq qaçançayırı (lat. Aeluropus littoralis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qaçançayır cinsinə aid bitki növü.
Şoranlıq sirkəni
Şoranlıq sirkəni (lat. Atriplex halimus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Şoranlıq sistanxesi
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Şoranlıq süsəni
Şoranlıq süsəni (lat. Iris halophila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Şoranlıq toppuzlusu
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.

Digər lüğətlərdə