ƏBƏDİ

sif.zərf [ ər. ]
1. Daimi, həmişəlik.
Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. S.Vurğun.
Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur… M.Rzaquluzadə.

// Ölməz, daim yaşayan.
Bu odlu nəğmələrdən; Parlaq, sönməz bir məşəl; Bu rəngin lövhələrdən; Qur əbədi bir heykəl. A.Şaiq.
Mən elə bildim ki, ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyacdır. S.Vurğun.

// Sonsuz, intəhasız, mütləq.
2. bax əbədən. Əbədi bizə gəlməyib. Əbədi xəbərim yoxdur.
◊ Əbədi istirahət evi tənt. – qəbir.
Əbədi yuxu – ölüm.
Afaq dodaqlarında təbəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi. Ə.Məmmədxanlı.

Əbədi yuxuya getmək, gözlərini əbədi yummaq, əbədi susmaq – ölmək, keçinmək.
Qız tab eləməyib, yerə dəydi, … əbədi olaraq susdu. T.Ş.Simurq.
Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz kədərli köksündə layla çalır. S.Rəhimov.

Синонимы

  • ƏBƏDİ ƏBƏDİ (daimi mövcud olan, daimi yaşayan) [Təliə:] Məncə əbədi qalan şey sevginin özü deyil, onun unudulmaz xatirələridir (M
  • ƏBƏDİ daimi — həmişəlik

Антонимы

  • ƏBƏDİ ƏBƏDİ – MÜVƏQQƏTİ Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur (M.Rzaquluzadə); Xalq müvəqqəti sükutu pozaraq dedi (M

Этимология

  • ƏBƏDİ Ərəb mənşəlidir, “daima” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏBƏDƏN
ƏBƏDİLƏŞDİRİLMƏ

Значение слова в других словарях