ƏBABİL

Fil ilində Məkkəyə hücum etmiş Həbəşistan kralı Əbrəhənin qoşunlarına, Allahın buyruğu ilə hücum edərək onları darmadağın etmiş quşlardır. Əbabil quşları haqqında Quranda (105: 1-5) məlumat verilməkdədir. Bu möcüzəyə görə Əbrəhənin qoşunları şəhəri ələ keçirə və Kəbəni yağmalaya bilməmişlər. Bu hadisə Məhəmməd peyğəmbərin anadan olmasından az əvvəl baş vermişdir.
EVS
ƏBBAD İBN BİŞR
OBASTAN VİKİ
Əbabil
Əbabil — İslam ənənəsinə görə, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə Qurani-Kərimin 5 ayədən ibarət olan Fil surəsində (105-ci surə) bəhs edilir. Bu quşların hansı növə aid olması məlum deyildir. Çünki, əbabil sözü "quş dəstəsi" mənasına gəlir. Quranda Fil surəsində istifadə olunan {طَيْرًا اَبَابِيلَ, oxunuş: tayran əbabil(ə)} ifadəsi isə aşağıdakı kimi izah olunur. "Tayr" uçan bir şey (xüsusən quş) deməkdir, dilimizdəki təyyarə sözünün kökü də bu sözdür. "Əbabil" isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən sözdür (dilimizdəki ilxı, naxır sözləri kimi). Ərəb dilində dəvə sürüsü, at sürüsü ifadələrində də "sürü" mənasını ifadə edərkən "əbabil" sözü işlənir.
HESA Əbabil
İranın HESA şirkətinin istehsal etdiyi "Ababil" PUA-ları tək mühərrikli çoxməqsədli taktiki pilotsuz uçuş aparatıdır. "Ababil" PUA-ları əsasən "Ababil-2" və "Ababil-3" versiyalarında istehsal edilir. "Ababil-2"-nin özü isə bir neçə variantda buraxılır. Bu PUA-lar uzunmənzilli və aşağı texnologiyaya malik pilotsuz vasitə sayılır. . "Ababil" proqramı İran-İraq müharibəsi zamanı başlayıb. 1990-cı illərdə inkişaf etdirilən "Ababil-2" adi müşahidə imkanlarına malikdir və yüngül döyüş sursatı kimi də tətbiq edilə bilər, lakin daha çox HHM sistemləri üçün pilotsuz hədəf olaraq istifadə olunur. 2000-ci illərdə təqdim edilən daha böyük və daha geniş qabiliyyətli "Ababil-3" kəşfiyyat və müşahidə məqsədilə hazırlanıb və bunun üçün imkanlarını da inkişaf etdirib. Ümumilikdə, "Ababil" olduqca sadə, ucuz və istifadəsi asan bir sistemdir. "Ababil-2" və "Ababil-3" Orta Şərq və digər ölkələrin hökumət qüvvələrinə və qeyri-dövlət iştirakçılarına geniş şəkildə ixrac edilib.
Əbabil (Mifologiya)
Əbabil — İslam ənənəsinə görə, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə Qurani-Kərimin 5 ayədən ibarət olan Fil surəsində (105-ci surə) bəhs edilir. Bu quşların hansı növə aid olması məlum deyildir. Çünki, əbabil sözü "quş dəstəsi" mənasına gəlir. Quranda Fil surəsində istifadə olunan {طَيْرًا اَبَابِيلَ, oxunuş: tayran əbabil(ə)} ifadəsi isə aşağıdakı kimi izah olunur. "Tayr" uçan bir şey (xüsusən quş) deməkdir, dilimizdəki təyyarə sözünün kökü də bu sözdür. "Əbabil" isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən sözdür (dilimizdəki ilxı, naxır sözləri kimi). Ərəb dilində dəvə sürüsü, at sürüsü ifadələrində də "sürü" mənasını ifadə edərkən "əbabil" sözü işlənir.
Əbabil (mifologiya)

Digər lüğətlərdə