Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbcəd
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.
Əshamə ibn Əbcər
Əshamə ibn Əbcər (ərəb. أصحمة بن أبجر‎) – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi). Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır.
Əhməd Əsəd Uras
Əhməd Əsəd Uras (türk. Əhməd Əsəd Uras, əsl adı türk. Ahmet Esat Uras; 1882, Amasya – 11 yanvar 1957 və ya 1957, Ankara) — türkiyəli siyasətçi. 1882-ci ildə Amasiyanın Qumacıq məhəlləsində doğulmuşdur. Ataları vaxtilə Şirvan-Kürdəmir bölgəsindən gəlmiş, Şirvanzadələr ailəsinə mənsubdurlar. Şamaxıdan Amasiyaya gələn babası İsa Ruhi Əfəndi Mövlanə İsmayıl Şirvanizadənin qardaşı oğlu və kürəkənidir. Əsəd Urasın atası Hacı Nuri bəy Osmanlı dövlətində qazı olub. Əsəd Uras ilk təhsilini Fateh Əsgəri rüşdiyyəsində və Vəfa Edadisində alıb. 1904-cü ildə Mülkiyə məktəbinin siyasi elmlər fakültəsini bitirib. Bir müddət İzmir liseyində fransız dili müəllimi olaraq çalışıb.
Bəcəh
Bəcəh (ərəb. بجح‎; q.misir znmwt) — tarixi Nubiya ərazisində, Nil çayı boyunca və Misirin cənubundakı Əsvan mühafəzəsi daxilində ada və arxeoloji sahə. 1902-ci ildə bəndin tikintisi başa çatdıqdan sonra ada Əsvan SES-in su anbarında yerləşir. == Qədim Misir == Ada əvvəllər Nil çayının birinci axarında yerləşirdi və onun istehkamı qədim Yuxarı Misir və Nubiyaya çıxışa nəzarəti təmin edirdi. File və Agilkiya adalarına, eləcə də onların su anbarındakı qədim arxeoloji sahələrinə yaxın yerdə yerləşən ada Ümumdünya İrsi siyahısına əlavə edilmişdir. Bəcəh adası qədim misirlilər üçün müqəddəs sayılırdı. Onlar inanırdılar ki, Osiris bu adada dəfn edilib və onun üzərində dayanan məbəd Abaton (yunanca "ayaqsız yer") kimi tanınırdı, çünki oraya yalnız kahinlərin ayaq basmasına icazə verilirdi. Məbəd həm Seneka, həm də Lukan tərəfindən qeyd edilmişdir. B.e. III əsrin ortalarında və ya axırlarında Kuş çarı Talaxidamaninin səfirliyi hədiyyələrlə Abatonu ziyarət etmişdir.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Əbhər
Əbhər — İranın Zəncan ostanının şəhərlərindən biri, Əbhər şəhristanının inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 70,836 nəfər və 19,136 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Bölgənin adı ya "nərgiz çiçəyi, gözəl, qəşəng ada" kimi mənaları olan "əbhər" sözündən, ya da ərəb dilindəki "bəhr" (dəniz) sözünün cəm halı olan "əbhar" (dənizlər) sözündən gələ bilər.
Əbyən
Abya mühafazası — Abya mühafazasının ərazisi 21 939 km2-dır. 2013-cü ilə olan məlumatlara əsasən Abya mühafazasının əhalisi 658 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Əbədə
Əbədə — türk və tatar mifologiyasında ağac cini. Meşələrdə yaşayır. İnsanlara zərər verməz. Yaşlı bir qadın görümündədir. Meşələrdə yerlərdəki qurumuş ağac yarpaqlarından gələn çıtırtılar onun ayaq səsləridir. (Eb/Əb) kökündən törəmişdir. Ebe sözcüyü yaşlı qadın mənasındadır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Ər — Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Şah Əhməd Əhməd Əhmədov Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Əbəy
Əbəy - türk və altay mifologiyasında yer tanrıçası. Abay və ya Apay da deyilir. Yer üzünü qoruyar. Skif (Saka) mifologiyasındakı Ana Tanrıça Abay ilə əlaqəlidir. Aba/Ava sözünün Həvva ilə əlaqədar olduğunu qarşıya qoyan görüşlər vardır. Türklərdə Əbə (Ebe) sözü nənə demək olduğu qədər, bir insanı doğurtan kəs (ad hemşiresi) mənasına da gəlir ki, bu sözün "törəmək" olan ilk mənasını bir şəkildə içərisində saxlamaqdadır. (Ebe/Əbə) kökündən törəmişdir. Yaşlı qadın mənasındadır. Türkcə Aba/Ebe, monqolca Ebe/Əbi/Evə, tungusca Evə/Evke/Ebke sözləri ana Bunu mu demek istediniz? ana tərəfli qohumluqların bəzilərini karşılmakta istifadə edilər.
Ədəd
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Əhəd
Əhəd — kişi adı. Əhəd Əliyev — Azərbaycan qarmonçusu. Əhəd Kərimov — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı Əhəd Hüseyni — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam. Əhəd Yaqubov — geologiya-mineralogiya elmləri doktoru (1941) Əhəd Muxtar — tərcüməçi. Əhəd Rəhmanzadə — iqtisad elmləri doktoru, professor.
Əsəd
Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Eyvanək (Əbhər)
Eyvanək (fars. ايوانك‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 444 nəfər yaşayır (99 ailə).
Dərsəcin (Əbhər)
Dərsəcin (fars. درسجين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 549 nəfər yaşayır (168 ailə).
Faiq Əhməd
Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not” adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində də Azərbaycanı təmsil etmişdir. Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.
Funişabad (Əbhər)
Funişabad (fars. فونش اباد‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,627 nəfər yaşayır (370 ailə).
II Əhməd
II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643, Konstantinopol – 6 fevral 1695, Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. == Şahzadəlik dönəmi == I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi. == Hakimiyyət illəri == Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi.
I Əhməd
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], Konstantinopol, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Kabudçeşmə (Əbhər)
Kabudçeşmə (fars. كبودچشمه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,015 nəfər yaşayır (243 ailə).
Küləxana (Əbhər)
Küməcin (Əbhər)
Küməcin (fars. كماجين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (6 ailə).
Ebrend
Edred
Edred (ing. Edred, Eadred; 923, Uesseks krallığı[d] – 23 noyabr 955) — 946-955-ci illərdə İngiltərənin kralı. Böyük Eduardın üçüncü arvadından olan kiçik oğlu. 26 may 946-cı ildə Eduardın böyük oğlu Edmundun ölümündən sonra kral elan olunmuşdur. Edred kral olduğu dövrdə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün dövlət işlərini anası Edqiva və özünün yaxın məsləhətçisi olan Abbat Dunstana həvalə etmişdi.
EBird
eBird — alimlərə, tədqiqatçılara və həvəskar təbiətşünaslara quşların yayılması və bolluğu haqqında real vaxt məlumatları təqdim edən quş müşahidələrinin onlayn məlumat bazasıdır.
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi erməni soyqırımının tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Elçe
Elçe (isp. Elche) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 326,07 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 230822 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 21 km uzaqlıqda yerləşir.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.