ƏDALƏTLİ

ƏDALƏTLİ [Ərəstu:] Ey ədalətli, möhtərəm xaqan! Nə gərək bu döyüş, bu fitnə, bu qan? (A.Şaiq); ADİL Səbr elə, dərdə döz, adildir qəni (M.Rahim); İNSAFLI Vəli bəy: Çox insaflı adamsan... (S.S.Axundov); VİCDANLI Həyat vicdanlı və namuslu adamı mübarizlər cərgəsinə çıxarmışdır (S.Rəhman).

ƏDALƏT
ƏDALƏTSİZ
OBASTAN VİKİ
Ədalətli istifadə
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədilə yaradılmış əsərlərdən başqa).
Ədalətli rəftar
Ədalətli rəftar (ing. Fair Dealing) — termini əsasən müəllif hüquqları qanunlarında istifadə olunur və əsərin müəllif hüquqları ilə qorunan hissələrindən məhdud, ədalətli şəkildə istifadəni tənzimləyir. Termin, müəllif hüquqlarının pozulmadan əsərin müəyyən hissələrinin istifadə olunmasına imkan yaradır. Ədalətli rəftar xüsusilə təhsil, tədqiqat, xəbər yayımı və tənqid məqsədləri ilə bağlıdır. Müəyyən bir istifadə "ədalətli" hesab edilə bilmək üçün bir neçə əsas meyar nəzərə alınır: İstifadənin məqsədi — əgər istifadə tədqiqat, təhlil, xəbər yayımı və ya tədris məqsədi daşıyırsa, bu, ədalətli rəftar hesab oluna bilər. Əsərin məzmunu — məhsul ictimaiyyət üçün geniş şəkildə əlçatan olan materiallar üzərində ədalətli rəftar prinsipi daha geniş tətbiq edilə bilər. İstifadənin miqyası — əsərin çox kiçik bir hissəsinin istifadəsi ədalətli sayıla bilər, lakin əsərin tam surətinin çıxarılması adətən bu prinsiplə uyğun gəlmir. İstifadənin təsiri — əsərin kommersiya dəyərinə və ya müəllifin gəlirlərinə mənfi təsir etməməsi də vacib şərtdir. Əgər istifadə əsərin bazardakı satışlarına və ya müəllifin gəlirlərinə zərər verirsə, bu, ədalətli rəftar sayılmaya bilər. Beləliklə, "ədalətli rəftar" müəllif hüquqları qanununda balans yaradan bir vasitədir və istifadəçilərə, müəllifin icazəsi olmadan da müəyyən şərtlər daxilində əsərdən yararlanmağa imkan verir.
Dünya xalqları ədalətliləri
"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr. ‏חסידי אומות העולם‏‎) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri ad. 1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir. Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur. Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib. == Möminlərin fəaliyyəti == Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi.

Значение слова в других словарях