ƏLDARAĞI

сущ. гъилин регъ, регъ (сар эвядай).
ƏLÇİM,
ƏLDƏBİR
OBASTAN VİKİ
Əldarağı sümükləri
Əldarağı sümükləri (lat. ossa metacarpalia) — əlin obuc nahiyəsinə aid sümüklərdir. Əldarağı skleti beş uzun əldarağı sümüklərindən ibarətdir. Hərbirinin bir cismi (lat. corpus) və iki ucu: yuxarı ucu və ya əsası — lat. basis və aşağı ucu və ya başı — lat. caput (capitulum — BNA) vardır. Uclardan ancaq biri (başı) həqiqi epifiz hesab edilir, ona görə də daraq sümükləri monoepifizar uzun sümüklərdən hesab olunur. Bu sümüklərin arxa səthi yastı, ovuc səthi isə basıqdır. Onların uzunluğu müxtəlifdir.
Bilək-əldarağı oynaqları
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq beşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəsilə möhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır.
Bilək-əldarağı oynağı

Digər lüğətlərdə