Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əndəbil
Əndəbil bu mənalarda gələ bilər: Əndəbil (Xalxal) — Cənubi Azərbaycannın Xalxal şəhristanının kəndlərindəndir. Əndəbil (Şəbistər) — Cənubi Azərbaycannın Şəbistər şəhristanının kəndlərindəndir.
Ərdəbil
Ərdəbil — İranda yerləşən şəhər. Ərdəbil ostanının mərkəzidir. Ərdəbilin 5000 ilə yaxın tarixi vardır. Bu, şumer abidələrində qeyd edilib. 2011-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 564,365 nəfər əhalisi var. Ərdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.
Dümdümə (Ərdəbil)
Dümdümə (fars. دمدمه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (53 ailə).
Dəliklidaş (Ərdəbil)
Dəliklidaş (fars. دليكلي داش‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 54 nəfər yaşayır (16 ailə).
Dəlili (Ərdəbil)
Dəlili (fars. دليلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (63 ailə).
Firuzabad (Ərdəbil)
Firuzabad (fars. فيروزاباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (18 ailə).
Fərab (Ərdəbil)
Fərab (fars. فاراب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (138 ailə).
Fərəcabad (Ərdəbil)
Fərəcabad (fars. فرج اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (20 ailə).
Fəxrabad (Ərdəbil)
Fəxrabad— İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Şərqi Meşgin bəxşində şəhər. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gilandeh (Ərdəbil)
Gilandeh (fars. گيلان ده‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 877 nəfər yaşayır (241 ailə).
Gilavan (Ərdəbil)
Gilavan (fars. گيلوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (92 ailə).
Goradil (Ərdəbil)
Goradil (fars. گورادل‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 377 nəfər yaşayır (91 ailə).
Gürgabad (Ərdəbil)
Gürgabad (fars. گرگ اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (14 ailə).
Hacıabad (Ərdəbil)
Hacıabad (fars. حاجي اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (37 ailə).
Heris (Ərdəbil)
Heris (fars. هريس‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (68 ailə).
I Ərdəşir
I Ərdəşir Babəkan (fars. اردشیر‎, lat. Artaxerxes — Sasanilər sülaləsinin ilk nümayəndəsi, şahənşah. == İlk illəri == Təbərinin məlumatına görə Ərdəşir 180-ci ildə İstəhrin Tiruda kəndində anadan olmuşdur. Gənc yaşlarında atası Fars knyazı Gozihrdən icazə alaraq onu Darab qalasına göndərmiş, qalanın arqbadı Tiridən sonra Ərdəşir qalanın hakimliyinə gəlmişdir. Get-gedə Ərdəşirin gücü artmış, atası Babək və qardaşı Şapurla birlikdə Gozihri devirmişdilər. Şapurun qəfil ölümündən sonra 222-ci ildə bütün Fars regionuna, Xuzistan və Kirmana hakimlik etməyə başlamışdı. == Hakimiyyəti == 28 aprel, 224-cü ildə Parfiya hökmdarı V Artabanın ordularını Bəndər Abbas yaxınlığında məğlub edən Ərdəşir özünü şahənşah elan etmişdi. 226-cı ildə Ktesifonda rəsmən tacqoyma mərasimi keçirilmişdi. Ərdəşir Sistan, Qorqan, Mərv, Xarəzm, Bəlx, Bəhreyn və Mosulu ələ keçirmiş, Kuşanı və Məkranı asılı hala salmışdı.
Kaftarə (Ərdəbil)
Kaftarə (fars. كفتاره‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (6 ailə).
Kamiabad (Ərdəbil)
Kamiabad (fars. كمي اباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 563 nəfər yaşayır (128 ailə).
Keriq (Ərdəbil)
Keriq (fars. كريق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,756 nəfər yaşayır (310 ailə).
Kolu (Ərdəbil)
Kolu (fars. كلي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (134 ailə).
Kuzətorpağı (Ərdəbil)
Kuzətorpağı (fars. كوزه تپراقي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə).
Kömək (Ərdəbil)
Kömək (fars. كمق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (34 ailə).
Külür (Ərdəbil)
Külür (fars. كلور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (21 ailə).
Kürdkəndi (Ərdəbil)
Kürdkəndi (fars. كردكندي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 222 nəfər yaşayır (58 ailə).
Kürdqışlağı (Ərdəbil)
Kürdqışlağı (fars. كردقشلاقي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 405 nəfər yaşayır (89 ailə).
Eldəniz
Eldəniz — Azərbaycan kişi adı. Eldəniz Məmmədov — azərbaycanlı müğənni Eldəniz Zeynalov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000) Eldəniz Səlimov ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı. Eldəniz Əzizli — Azərbaycanın yunan-roma güləşçisi. Eldəniz Elgün — azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. Eldəniz Rəsulov — Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). Eldəniz Verdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Eldəniz Quliyev — Azərbaycanlı ssenarist və kinodramaturq. Eldəniz Süleymanov — Azərbaycan futbolçusu.
Elteber
Elteber — Türk (xəzər, qırğız və başqa xalqların) xaqanlıqlarında ali əyanların titulu. . == Tarixi == Qədim tüklərdə elteberlər, xəzərlərdə, qırğızlarda, azlarda, uyğurlarda və qarluqlarda vali vəzifəsini yerinə yetirən hökmdarlardan asılı vassallar idilər. Türk xaqanlıqlarındakı titul, ünvanları nəzərdən keçirən G. Dörfer belə qənaətə gəlmişdi: "Elteberlər hakim sülaləyə mənsub deyildilər, amma haçansa hökmdar olmuş köklü nəsildən çıxmışdılar. Onlara muxtariyyət verilmişdi:. . Elteber termininə VII əsr yazılı abidələrində rast gəlinir. orxon abidələrində qarluq və uyğur hakimlərinə aid olduğu bilinir.. == Ədəbiyyat == Угдыжеков С. А. Социальная структура раннесредневековых кыргызов. Абакан, 2003. Шервашидзе И. Н. Фрагмент древнетюркской лексики.
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Eldəniz Hüseynov
Eldəniz Həsənov
Eldəniz Əli oğlu Həsənov (1 aprel 1958, Dəli Quşçu, Zərdab rayonu) — Professor, aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ali Media Mükafatının laureatı, Qızıl qələm mükafatı laureatı adına və diplomuna layiq görülmüş, 2018-ci il 30 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənd Təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.. == Həyatı == Eldəniz Həsənov 1 aprel 1958-ci il tarixdə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1976-cı ildə M. Müşfiq adına Dəli Quşçu kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. == Təhsili == 1976–1981-ci illərdə S. Ağamalıoğlu adına "Şərəf Nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsinin yerquruluşu şöbəsində təhsil almış və bu təhsil ocağının Azərbaycanda "yerquruluşu ixtisası" üzrə ilk buraxılışının məzunu olaraq İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə oxuduğu illərdə tədris-təcrübə praktikalarını Gürcüstan Respublikasının Yerquruluşu ekspedisiyalarında, Gəncə Torpaq Ekspedisiyasında keçirmişdir. Dərs əlaçısı, ictimaiyyətçi tələbə olduğuna görə, Voronej şəhərindəki Mərkəzi Qaratorpaq Dövlət Yerquruluşu Layihə İnstitutuna 4 aylıq diplom praktikasına göndərilmiş və həmin müddətdə Voronej vilayəti Romanski rayonunun Lebyaje kəndində, təsərrüfatda yerquruluşu texniki kimi fəaliyyət göstərmiş, naturada müvafiq yerquruluşu işlərinin icrası ilə məşğul olmuş və "Təsərrüfatdaxili yerquruluşu layihəsi" mövzusunda (rus dilində) diplom işi yazmışdır. Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun tanınmış alimi, Dövlət İmtahan Komissiyasının sədri, professor A. V. Kojevnikov diplom müdafiəsi zamanı onun diplom işinə əla qiymət vermişdir. İnstitutun Aqronomluq fakültəsinin 24 iyun 1981-ci il tarixli, 06 saylı iclas protokoluna və Dövlət İmtahan Komissiyasının rəyinə əsasən institutda müəllim saxlanılması və məqsədli aspiranturaya qəbul olunması qərara alınmışdır. İnstitutu bitirdikdən sonra, 1981-ci ilin iyul ayından oktyabr ayına kimi hərbi xidmətdə və akademik məzuniyyətdə olmuşdur.
Eldəniz Məmmədov
Eldəniz Məmmədov (tam adı: Məmmədov Eldəniz Kamran oğlu; 22 iyun 1975, Sərdarlı, Füzuli rayonu) — azərbaycanlı müğənni, "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi. == Həyatı == Məmmədov Eldəniz Kamran oğlu 22 iyun 1975-ci ildə Füzuli rayonunun Sərdərli kəndində anadan olmuşdur. 1981-ci ildə Yal Pirəhmədli kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə orta məktəbi bitirmişdir. Orta məktəbdə oxumaqla yanaşı musiqi məktəbində də musiqi təhsili almışdır. Ağabala Abdullayev adına Uşaq İncəsənət Məktəbinə ilk qəbul olunan şagirdlərdən biri olmuşdur. Orta məktəbdə oxuyarkən о, bir sıra dövlət tədbirlərində iştirak etmiş, dəfələrlə "Xarıbülbül" festivalının laueratı olmuş, bir sıra mükafatlara layiq görülmüş, dəfələrlə "Ocaq" Folklor ansanblının müşayiəti ilə telekanallarda çıxış etmişdir. Eldəniz Məmmədovun 14 yaşında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ifa etdiyi "Arazbarı" ritmik muğamı Azərbaycan radiosunun "Qızıl Fond"una daxil edilmişdir. 1996-cı ildə Bakı Musiqi Akademiyasının muğam şöbəsinə daxil olmuş, görkəmli xanəndə, xalq artisti, professor İslam Rzayevdən muğam dərsləri almışdır. 2000-ci ildə həmin akademiyada təhsilini başa vurmuşdur. Eldəniz Məmmədovun ən böyük uğuru 2007-ci ildə "Soy" prodakşının və Azad Azərbaycan TV kanalının birgə layihəsi olan "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi olmasıdır.
Eldəniz Nəzərov
Eldəniz Qasımov
Eldəniz Quliyev
Quliyev Eldəniz Cümşüd oğlu — Azərbaycanlı ssenarist və kinodramaturq. == Həyatı == Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979–1981). "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981–1987), "Debüt" studiyasının baş redaktoru (1987–1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993–1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub.
Eldəniz Rüstəmov
== Siyahı ==
Eldəniz Rəsulov
Eldəniz Qeybulla oğlu Rəsulov (30 aprel 1952, Qax)— Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Rəsulov Eldəniz Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. 1971-ci ildən bədii filmlərə çəkilir: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s. Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edir. Dramaturq Qeybulla Rəsulovun oğludur. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Eldəniz Rəsulov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Eldəniz Süleymanov
Süleymanov Eldəniz Nizami oğlu (29 avqust 1975, Naxçıvan) — Azərbaycan futbolçusu. == Həyatı == Eldəniz Süleymanov 29 avqust 1975-ci ildə Naxçıvanda anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Azəri Bakı, Arsenal Tula, Stroitel Ufa, Jemçujina Soçi, Kəpəz Gəncə, Araz Naxçıvan, AMMK Bakı. 2005-ci ilin əvvəlindən Qəbələdə çıxış edir. 1993-cü ildə Azərbaycan milli futbol komandasının heyətinə cəlb edilib.
Eldəniz Səlimov
Eldəniz Adil oğlu Səlimov (2 noyabr 1976, Xaçmaz) ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı. == Həyatı == Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovun atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi. Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi kimi çalışmışdır. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir. 2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində fəaliyyət göstərmiş, 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı, 2014–2015-ci illərdə Xaçmaz rayon İcra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. === Ailəsi === Eldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var. == Siyasi fəaliyyəti == Eldəniz Səlimov 2015 və 2020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olmuşdur.
Eldəniz Verdiyev
Eldəniz Zeynalov
Eldəniz Məmməd oğlu Zeynalov (1 yanvar 1937, Bakı – 5 noyabr 2001, Bakı) — görkəmli Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956–1962). Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yadda qalan obrazlar yaradıb. Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019–2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985–1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014–2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.