ƏRƏZ

\[cəm آسآص ; ing. Accident\] – fəlsəfi terminologiyaya aiddir. Bir şeydə var olan, fəqət o şeyin təbiəti xaricində yer olan her məna arazıdır. Orta əsrlər Şərq fəlsəfəsində şeyin mahiyyətini təşkil edənə cövhər, ona əlavə olunanlara isə ərəz deyilirdi. Müasir fəlsəfi dildə bu sözün əvəzində aksidensiya ifadəsindən istifadə olunur. Şeyin zatında mövcud olan, lakin onun mahiyyətindən kənarda qalan hər şey ərəzdir. Ərəzlərin müstəqil var ola bilmə xarakterinə malik deyil, çünki ərəzlər cövhərlərin təbiətinə əlavə olunduqda varlıq əldə edirlər. Misal üçün, taxta şeyin cövhəri, onun hər hansı bir formaya salınmış şəkli, rəngi isə ərəzlərdir. Elə ərəzlər vardır ki, onlar sanki əşyanın mahiyyəti ilə bərabərdirlər, onları cövhərlərdən ayrı düşünmək mümkün deyil. Bu ərəzlərə lazım ərəz deyilir. Əşyanın mahiyyətindən fərqlənən və xarakterik olaraq, onlardan ayrıla bilən ərəzlərə isə fərqlənən ərəzlər deyilir. Misal üçün, hər hansı bir şəxsin peşəsi onun üçün lazım ərəz olduğu halda, geyimi, tipi, yaxud hərəkəti, sükunəti fərqlənən ərəzdir.
ƏRDƏM
ƏRMIŞ

Значение слова в других словарях