Ərciş
Ərciş — inzibati cəhətdən Türkiyənin Van ilinə daxil olan ilçələrdən biri.
Ərciş ilçəsi 2,115 km² ərazini əhatə edir.Van gölündən 5 km məsafədə qurulan Ərciş, Vandan 100 kilometr aralıdır.
Türkiyə Statistika Qurumunun 31 dekabr 2011-ci il tarixinə olan olan məlumatına əsasən Ərciş ilçəsinin faktiki əhalisi 159,450 nəfərdir (82612 nəfəri kişilər, 76838 nəfəri qadınlar). Onlardan 76,463 nəfəri (40195 nəfəri kişilər, 36268 nəfəri qadınlar) şəhər əhalisi, 82,987 nəfəri (42417 nəfəri kişilər, 40570 nəfəri qadınlar) isə kənd əhalisidir.
Bölgədə əsasən Türklər (daha çox azərbaycanlılar) və kürdlər yaşayır.Ərciş əhalisinin kürdlər, azərbaycanlılar (kürəsünnilər), Anadolu türkləri və sonradan Əfqanıstandan burada yerləşdirilmiş qırğızlardan ibarətdir.