əsas mətləb 1. (işin mahiyyəti)

the crux of the matter гвоздь вопроса (суть, соль вопроса); 2. that’s just the point! / that’s the whole thing! / that’s just the trouble! / there’s the rub! / the thing (the point, the trouble) is that … в том-то и дело! (в том-то и суть)
əsas divar
əsas təşkilatçı
OBASTAN VİKİ
Hüququn mahiyyəti
Hüququn mahiyyəti — hüququn ən sabit xüsusiyyətlərini göstərən nəzəri kateqoriya. Hüququn ümumbəşəri, sinif funksiyaları və prinsipləri ilə aşkarlanır. A.Lısenkovun fikrincə hüququn mahiyyətinin tərifi dörd yanaşmaya bölünə bilər: normativ, geniş, fəlsəfi və inteqrativ . A. V. Yuşkoya görə, hüququn mahiyyəti hüquqi düşüncənin növündən asılıdır, çünki hər hansı bir doğru nəzəriyyənin əsasını təşkil edir. == Müasir tənzimləyici hüquqi düşüncə == Rudolf İeringə görə (realist məktəbin nümayəndəsi kimi) hüququn mahiyyəti onun praktiki həyata keçirilməsindədir . Dövlətin iradi, normativ əlamətləri baxımından qanunun mahiyyətini "... əsas şey, sabit, təbii ..." kimi təsvir edən M.İ.Baytin, hüququn mahiyyəti arasındakı birbaşa əlaqəni ".. ... dövlətin bütün real həyatı cəmiyyətin iradəsi ... "və" ...
Vəhyin mahiyyəti
Vəhyin mahiyyəti Bir Allaha imana əsaslanan dünya dinlərində: yəhudilik, xristianlıq və islamda vəhy məhfumu mühüm rol oynayır. Lakin bir dinin içində belə ayrı-ayrı məzhəblər vəhyin mahiyyəti üstündə ixtilafa düşürlər. Məsələn, xristianların arasında vəhyi Allahın insana "diktə" ilə yazdırması və Allahla insanın birgə işləməsi kimi qəbul edənlər vardır. Bununla belə, səmavi sayılan bu dinlərin hərəsində, ümumiyyətlə, vəhyin mahiyyətinə dair bir əqidə formalaşıb. Yəhudi dini ilahi vəhyin insanlara görüntüdə, röyada və ya mələklərin vasitəsilə verildiyini və tək bir adamın – Musa peyğəmbərin bilavasitə Allahla söhbət etdiyini öyrədir. Yəhudi ilahiyyatçıları Tövratın dünya yaranmazdan əvvəl səmada var olduğuna və dünyanın Tövratın vasitəsilə yarandığına inanırlar. Onlar Tövrat dedikdə çox vaxt ümumilikdə Tanaxı nəzərdə tuturlar. Yəhudilər bütün Tövratın, o cümlədən şifahi Qanunun da Sina dağında Musaya diktə edildiyinə inanırlar. Tövratın Allahın Kəlamı kimi müqəddəsliyi yəhudilikdə son dərəcə əhəmiyyətli bir əqidədir. Musanın Tövratda özündən bircə kəlməsini əlavə etdiyini güman edən insan Allahın Kəlamını təhqir etmiş sayılır.
Əsas
Əsas bünövrə, özül, bina, təməl; başlıca, ən mühüm, zəruri. Məsələn, əsas səbəb, əsas məsələ; bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut; adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Məsələn, kimyanın əsasları, nəzəri mexanikanın əsasları; qrammatikada sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi. R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sosial işin tarixi
Sosial işin yaranma tarixi 4 mərhələyə ayrılır. I mərhələ — qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, mərhəmət, filantropiya və xeyriyyəçilk bu dövrdə formalaşmışdır. II mərhələ — XIX əsrin sonu və XX əsrin əvvələrində sosial iş ayrıca peşə kimi formalaşmışdır. III mərhələ — 80-ci illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumidünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır. IV — mərhələ 80-ci illərin sonu və 90-cı illərin əvvələrində sosial işin nəzəriyyəsi tam formalaşır. Və bununla dünya eliminə daha bir elm sahəsi əlavə olunur. Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət Kodeksini tərtib etmişdir.
Mətləb Abdullayev
Mətləb Abdullayev (tam adı: Mətləb Fətəli oğlu Abdullayev; 2 avqust 1969) — Azərbaycan aktyoru. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Qaraxan ("Ana intiqamı" Vidadi Babanlı), Carçı ("Kral Lir" Vilyam Şekspir),Hüseynqulu xan ("Hökmdar və qızı" İlyas Əfəndiyev), Şəhər əhli ("Ah, Paris Paris!" Elçin), Topal ("Fərhad və Şirin" Səməd Vurğun), Şahzadə Tiqran ("Pompeyin Qafqaza yürüşü" Nəcəf Həsənzadə), Can ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),4-cü ərizəçi ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qurban ("Aydın" Cəfər Cabbarlı), Əbdürrəhman ("Ədirnə fəthi" C.Cabbarlı), Səfi bəy ("Eşq intiqam" Süleyman Sani Axundov), Halaypozan ("Hələ sevirəm deməmişdilər" Ramiz Novruz), Rozenkrants ("Hamlet" V.Şekspir), 1-ci cangüdən ("Varlı qadın" Əli Əmirli), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Möhnət ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Nağı ("Ölüləri qəbiristanlıqda basdırın" İsmayıl Şıxlı), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Elmi işçi ("İkinci səs" Bəxtiyar Vahabzadə), Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), sədr ("Almaz", Cəfər Cabbarlı). Aktyor "Yurd yeri" (Ordu əsgəri), "Sağ ol!" (Satıcı), "Qırmızı qar" (Suren) teletamaşalarında oynayıb. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 29 oktyabr 2019-cu ildə “Əməkdar artist” adına layiq görülüb. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları.
Mətləb Cəfərov
Mətləb Həsənov
Mətləb Muradov
Mətləb Müttəlimov
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.
Mətləb Mütəllimli

Mətləb Mütəllimov

Mətləb Məmmədov
Mətləb Məmmədov - Azərbaycan futbolçusu. Mətləb Məmmədov 14 avqust 1981-ci ildə Gəncədə anadan olmuşdur. Əvvəlki klubları: Şəmkir, Gəncə, Karvan. 2008-ci ildən Qəbələdə çıxış edir. Titulları: ikiqat Azərbaycan çempionu (Şəmkir – 2000, 2001).
Mətləb Quliyev
Mətləb Quliyev (9 yanvar 1959, Jdanov – 31 avqust 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. Əslən Cəbrayıl rayonundandır. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. Hərbi xidmətini isə Ukraynada keçirir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununla da onun həyatının narahat günləri başlayır. Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı.
Mətləb Zamanov
Mətləb Əkbərov
Mətləb Ələsgərov
Mətləb Ağa
Mətləb Ağa — Azərbaycanlı yazıçı–şair, bəstəkar və hüquqşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997-h.h.) Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokurorudur. Ədliyyə müşaviri xüsusi rütbəsindədir. Əli bəy Hüseynzadə mükafatı laureatıdır. Ağayev Mətləb Rəfail oğlu 23 yanvar 1975-ci ildə Salyan rayonunun Beşdəli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. AYB-nin elə həmin ildəki X və 2014-cü ildəki XII qurultayının iştirakçısı olub. 2014-cü ildə "AzVision" saytının Azərbaycanın ədəbiyyat nümayəndələri arasında keçirdiyi sorğuya əsasən Müstəqillik dövrünün ən yaxşı şairlərindən biri kimi qeyd edilib. 2016-cı ildə "Sözün işığı" jurnalının təsis etdiyi mükafata layiq görülüb.
Əsas cəhətlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Əsas gəlir
Əsas gəlir, bəzən qeyd-şərtsiz əsas gəlir, təməl gəlir, və ya universal əsas gəlir kimi qeyd olunur — bir vasitə testi və ya iş tələbi olmadan əhalinin müəyyən hissəsinin bütün vətəndaşlarına çatdırılan dövri bir ödəmə üçün hökumət dövlət proqramı. Əsas gəlir milli, regional və ya yerli formada həyata keçirilə bilər.
Əsas kapital
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º). Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
Əsas məna
Əsas məna; Bir sözün ortaya çıxmasına səbəb olan, həmin sözün zehndə meydana gətirdiyi ilkin mənasıdır. Bu mənadan əmələ gələn və sıx əlaqəli olan yeni mənalar törəmə mənalar adlanır. Əsas və köməkçi mənalar birlikdə “həqiqi mənaları” təşkil edir. Məsələn, “ayaq” sözü canlılardakı əzalardan biridir. Bu məna sözün əsas mənasıdır. Eyni söz masa ayağı üçün istifadə edildikdə, törəmə mənalardan birinə çevrilir. Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlər əsas mənalarında istifadə olunmuşdur: Həkim ağrıyan gözümü diqqətlə müayinə etdi. Uşaq ağzını salfetlə sildi. Tez otağın qapısını bağladım.
Əsas qiymət
Əsas qiymət və ya baza qiyməti — satıcı ilə alıcı arasında aparılan danışıqlarda opsion əməliyyatının bağlanması zamanı təyin olunan malın qiymətidir. Baza qiymət əşyanın faktiki qiymətini müəyyən edir. Baza qiymətinə əlavə ödənişlər və endirimlər miqyası var. Bazar şəraiti dəyişdikdə, əsas qiymətlər sabit qalır, əlavə haqlar və endirimlər isə dəyişilə bilər ki, bu da qiymətlərin müvafiq artımına və ya azalmasına səbəb olur. Faktiki qiymətlərin baza qiymətlərindən kənara çıxma dərəcəsi satış şərtləri və iqtisadiyyatın vəziyyəti ilə müəyyən edilir. Planlaşdırma və statistik uçotda əsas qiymət dedikdə istehsalın dinamikasını, maya dəyərini və xalq təsərrüfatının inkişafının digər göstəricilərini xarakterizə edən indekslər hesablanarkən qəbul edilən qiymət başa düşülür. Əsas qiymətlərdən ona görə istifadə olunur ki, eyni məhsulun qiymətlərinin səviyyəsi ildən-ilə dəyişə bilər və müxtəlif illərdə milli iqtisadiyyatda maya dəyəri göstəricilərinin cari qiymətlərlə ölçülməsi və müqayisəsi onların real dəyişməsi haqqında düzgün təsəvvür yaratmır. Xarici iqtisadi fəaliyyətdə baza qiymət ümumən və ayrı-ayrı mal qrupları üzrə beynəlxalq ticarətin (ixrac və idxal) qiymət indeksinin müəyyən edilməsi üçün əsas rolunu oynayır. Beynəlxalq və xarici ticarət statistikasında, BMT-nin iqtisadi dövri nəşrlərində dərc edilmişdir. Baza qiymətinə sistematik şəkildə yenidən baxılır ki, bu da xarici ticarət dövriyyəsinin diapazonunda dəyişiklikləri nəzərə almağa imkan verir, xüsusən də baza qiymətləri vahid dəyər kimi hesablanan hazır məhsullar üçün.
Əsas instinkt
Əsas instinkt (ing. Basic instinct) — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır. Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi. Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur. Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi.
Əsas sərnişin
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.