ƏZİŞDİRMƏK

f.
1. Ora-burasını əzmək, bərk əzmək.
Quyudan çıxan daş qırıntıları güllə kimi … gəlir və qabağına keçən hər şeyi əzişdirirdi. M.Hüseyn.

2. Ovuşdurmaq, övkələmək, ovxalamaq.
Gülşad ixtiyarsız olaraq barmaqlarını əzişdirdi. Ə.Vəliyev.

3. məc. Döymək, kötəkləmək, qol-qabırğasını əzmək.
Telli kandarda çıxardığı başmaq tayını aldı, [pişiyi] əzişdirəcəkdi. S.Hüseyn.
Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd elə hambalları büküb-bükmələyib əzişdirə bilərdi. S.M.Qənizadə.
Qonşum az qaldı məni divara dirəyib əzişdirsin. S.Rüstəm.

// məc. Məğlub etmək, darmadağın etmək.
Dayan, almanları əzişdirək qoy; Hüseynə edərik yaxşıca bir toy. M.Rahim.

Синонимы

  • ƏZİŞDİRMƏK ovuşdurmaq — övkələmək — ovxalamaq
  • ƏZİŞDİRMƏK döymək — kötəkləmək
  • ƏZİŞDİRMƏK əzişdirmək bax döymək 1
ƏZİŞDİRMƏ
ƏZİYYƏT

Значение слова в других словарях